Thursday, February 21, 2019

Günəşi yemək!

Heç günəşi yerdə görmüsüz? Və yaxud ağladığını. Halbuki o yanır. Biz yananda ağlamaq lazım olduğunu öyrənmişik. Əslində bu yalnış fikirdi. İnsan yetərincə yananda ağlamır, parıldayır, isidir və işıq saçır.


Beynimin sürətinə dilin çatmadığı gözəl bir qarlı havada özümü yenə blog yazan yerdə tapdım.12 İl əvvəl blog yazanda dünyanı xilas edəcəyimə, ilk öncə bu əməliyyatı yaşadığım şəhərdən başlayacağımı zənn edirdim. Ağlıma gəlməzdiki, 12 il sonra günəşi yedikdən sonra yenə yazmaq həvəsinə gələcəm.Özümü Sanço Pançosuz Don Kixot kimi hiss edirdim. Yel dəyirmanlarının mənim müharibəmə ehtiyacı olduğu və bəşəriyyətin xilasının tək mənim əlimdə olduğunu zənn edirdim. Popamdan çıxan macəra təklifləri mənə çox məntiqli gəlməklə yanaşı bunu kainatın mənə bir işarəsi olaraq qiymətləndirməyim popamla kainat arasında böyük fərqi hiss etmədiyim vaxtlara təsadüf edir. bu yumuşaq organın irəli sürdüyü bütün təkliflərə atlamaqla yanaşı, vücudumu yara bərə izləri ilə zənginləşdirməkdən başqa beynimin necə də mənim üzərimdə söz sahibi olmadığına daha yaxşı şahid olmama səbəb olurdu. Yara-bərə izləri is ok, bunları "Bax mənim nəyim var" deyə lovğalanacaq bir mövzu olaraq qiymətləndirirdim. taa ki, günəşi yeyənə qədər! Ağzın, dilin, əlin, bədənin, ruhun yanır o proses zamanı. Elə yanır ki, gözündən yaş gəlmir. Elə yanırsankı, əvvəlki səndən əsər əlamət qalmır.Küllərin birləşib yeni bir sən gəlir ortaya.Və sonunda göz qamaşdırıcı bir işığa dönüşürsən.
Mənə soruşsalar bunun yaxşı və ya pis olduğu ilə bağlı bir fikir söyləyə bilmərəm. Nəticə etibari ilə insanı ən çox yaralayan vasitədən qurtulursan ilk öncə -"Ümidlər". Ümidlər liliput və iylənmiş kişilər kimidi,Snow White`in yanında yaşayıb əllərində çiçəklə evə gələn balaca adamlar.Bunun nəyi pisdiki deyə bilərlər. onlar çox yorucudur, çox danışır və həqiqəti səndən gizlədirlər. Onlar yox olduqda ortada heçnə qalmır.
İkinci hədəf- Qorxular. Qorxuların amputasiyası ən çətin və uzun mərhələdi ki, bunun "qorxular" və  `qorxu keçirməyin qorxusu` olaraq iki ayrı hissəyə bölərək qırmaqdı. Qorxu və təhlükə ikisi ayrı ünsurdu , təhlükə bizi xəbərdarlıq edir, qorxu bizi öldürür. Günəşi yediyim zaman qorxular da əl-ələ verib uzaqlaşdı.İnsanlıq tarixinin ən ülvi qorxusu tək qalmaq qorxusudur. əsas instinktə yenik düşərək bundan qorxaraq səhv seçimlər edib sakitcə  ölməyi seçən nə qədər adam var? ikincisi də birinin səndən üstün olma qorxusu, uduzmaq qorxusu. bundan heç danışmağa dəyməz, insanlar yaşamadan ölməyi də buna görə seçirlər.
Özünlə üzləşmə
Günəşi yediyin zaman əsas instinktiv qorxu- tək qalmaq qorxsununu öldürməkdən keçir. Tək qalırsan. Çox ağır mərhələdir, o qədər zəhlətökəndir ki, tək qalmaq. Çünki doğulandan kimliyini daşıdığın ama heç tanımaq imkanı olman `Öz`ünlə tanış olursan. (yenə tupac və michael jackson üçün darıxdım. bu o deməkdir ki, hələ bu yazını tamamlamın vaxtı deyil) 2 fevral 2019

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...