Friday, October 20, 2023

Yenə bir hekayə Yenə bir hekayə Yenə bir hekayə

 Mənim həyatım, hekayələrim bəlkə çoxuna dram, dəhşət, acı kimi gələr. " Bu yazıq qızın  günahı nədir ki, bu qədər gijdillax, narsist, xiyarlar rast gəlir buna?" deyər çoxu, əslində dostlarım da deyir, yazığı gələn də var, mənə inanmayan "Hadi canım! Bu qədər də yox daaa" deyib inanmayan ya da. Hər nəysə, vaxt itirmədən növbəti hekayəmə keçmək istəyirəm. Məni çox bəyənib, aşiq olduğunu deyəndən sonra "petux" olduğunu etiraf edən oğlandan sonra artıq heçnə məni təəccübləndirməz deyirdim. Amma unutduğum odur ki, macəra pərisi bütün stavkalarını mənim üstümə qoyduğunu unutmuşdum yəqin. Anyways.

pişiyimin pipisini kəsdirdiyim gün

2019-da artıq 4ildir işlədiyim yerə yeni düzələndə parkingdə bir oğlan mənə kömək etmişdi. Öz parking kartıyla məni keçirtdi, özü isə qaldı. Çox romantik gəldi mənə o an. Ondan sonra o oğlanı tez-tez görürdüm fərqli yerlərdə, həmişə də "kaşki mənim olsa" deyib ah çəkirdim. 4ildən sonra oğlanı özünə bağlamağı bacardım, əslində bacarmadım amma nə isə oldu. Mənim avropa səfərim zamanı dayanmadan kontakt halında olduq, daha sonra gələn günü görüşdük, bir xeyli qaynaşdıq.3-4 gün sonra oğlanda bir çatışmamazlıq sezmişdim amma, nəysə mən onsuzda gıjdıllax və debil sevirəm deyib çox dərinə getməmişdim. Qısacası bunda nəsə psixolojı xəstəlik var imiş, uzman doktor + Don Kixot olaraq mən bunu həll etdim Aya Housca seanslarına oxşar terapiya yöntəmimlə. Mən buna təsəlli verərkən "Amaaaan, boş ver məndə də borderline var, heç vecimə də deyil" demişəm. Bu da bundan sonra, mənim mood swing lərimə ilişdi "hər nə olsa da yanında olacam, lap istəsən çön bir kon qoyacam de, ona da okeyəm, səni buraxan deyiləm" deyirdi qaqaş. İndi oxuyanda əslində ürküdücüdür. Sonra nə oldu? Anidən yox oldu, Filizin toyuna biryerdə bilet almışdıq getməyə. Aeroportda gözlədim gəlmədi... 2 həftə keçib üstündən, çox da üzülməmişəm. Amma indi bunu yazanda üzüldüm.İndi başa düşürəm, çox pis şey yaşamışam. Nəysə 4 damcı göz yaşı arası verdikdən sonra davam edim.Yes, ortadan itdi,  classy mesaj yazıb blok elədim, depressiyaya zada düşmədim nə yalan deyim. Filizin toyuna da tək getdim, bir xeyli əyləndim. Dönüşdə mənim əşyalarımı ofisin receptionuna qoyması biraz üzdü amma 10 dəqiqə üzüldükdən sonra özümə gəldim. Çünki yadıma düşdü ki, mən onunla bir şey yaşayanda, dərindən birşeylər deyəndə bilirdim ki, o başa düşmür. Onun hiss etmədiyini anlayırdım. O hiss edə bilmir, narsistlərin hiss qabiliyyəti yoxdur çünkü. Kaşki hiss edə bilsəydi. Hiss edə bilsəydi məncə heçvaxt məni buraxmazdı. Başa düşərdiki, necə də bomba idi hərşey və mən excel sheet deyiləm. Onun hiss etmədiyini anladığım üçün çox da üzülə bilmədim nə yalan deyim, mən üzülərkən onun qozuna olmaması da qoyar valla. Bu dəfə biraz fərqli oldu, bu dəfə çox əyləndim, çox roller coaster feeling yaşadım həm də, ən bahalı hədiyyəni aldım  bütün münasibətlərim boyunca ilk dəfə, çox ani tərk edildim, v proçem pis hekayə deyil. Mən deyəsən bir çox şeyi sırf hekəyə olsun deyə yaşayıram. 

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...