Okey başa düşürəm, hekayə dram filan sevdiyimi amma çox da poxunu çıxartmırsan sanki? Hekayəni danışa- danışa yenidən yaşamaq, yenidən üzülmək, sonra ayılıb uzun müddətdir hekayəyə ilişib qaldığını, əsəblər və sağlamlıq, həmçinin ən önəmlisi zamanımı itirdiyimi görmək yenidən üzülmək üçün babat səbəb olur. Dünən gecənin bir yarısına kimi yataqda qıvrılıb, fikirlərdən yuxuya gedə bilmədiyim, sonunda fikizi ağrıya dönüşən yarama baxdım. C^mon, ağrı mənəm, öz pipisini yara görən, hərşeydən drama çıxartmağı sevən mən. Yerimdən qalxıb, özümə qışqırdım "Bəsdir artıq! Ya macərə götünə son ver, ya da macəra yaşayacaqsansa bunu sonra cəriməyə dönüşdürmə. Bütün dünya səndən vaz keçsə mən yenə sənə heyranam, təkcə mən deyil. Nə istəmisən ona da nail olmusan, Azərbaycan reallığında bu qədər beyin, hislər, əyləncə və təəssüf ki, üzüntü yaşayan nə qədər yaşıdım və həmcinsim var? 14-15 yaşımdakı mənim xəyallarını yaşayıram, hələ də uluyuram. Ay filankəs yazmadı, ayy o görəsən niyyətlə belə elədi. Bi de sikik insanlara məni yem edirsəneee, nə bilim valla bu da son olsun. Bundan sonra nə kiminsə haqq hesabına girəcəm, nə də kiməsə görə özümü üzəcəm.Ən bomba hisləri yaşamağa da davam edəcəm, birşeylər, bir yerdə olmaya bilər bu əslində bomba şeydi, hələ sonun yaxın olmadığını göstərir. Dola da hamını çubuğuna, sehirli çubuğuna özü də :)) Məsələn hamı indi səni işin başından aşdığı halda, dəli kimi məşğul olduğunu zənn etdiyi zaman girib burda şellənirəm, kofemi içirəm zad. Elə bu ərəfə də, eks günahlarımdan biri gəlir, onu yola verirəm zad. Həyat budur, balam.