Thursday, January 25, 2024

Narsistləri çıxartdıq indi beyini söndür

Nə yalan deyim özümü göt kimi hiss edirəm.

Bu boyda seanslar, terapiyalar, içməklər, sıçmaqlar, meditasiyalar, üzməklər, qaçmaqlar, göt-göt şeylər yenə eyni sikik vəziyyətdə özümü tapmaq.

Yenə özümü danlayıram, yenə olmaq istədiyim xarakteri başqasında görüb ona tapıram, yenə özümü böcəyə dönüşən Gregor kimi hiss edirəm.

Maraqlıdır ki, nə vaxt ağıllı mülahizə edirəm o gün göt oluram 0-a düşürəm. Görəsən nəyi səhv edirəm?

Okey deyək ki, mən çox düşünürəm yaşamaq və anda qalmaqdan çox. 

Amma yaşamaq həmişə maraqlı deyil axı, mənim konekum odur da düşüncələr. Off mən xəyal qururam orda xoşbəxt oluram, görəndəki xəyalımın gerçəkliyiylə əlaqəsi yoxdu pıçaxxxxlamax istəyirəm.

Sonra da oluram qeyri- adekvat, həm insanlar məni sevmir, həm də mən özümü danlayıram.

Ona görə nə etmək lazımdı?

Necə pretend edək ki, hər şey cooldur və həyatdan zövq alırıq?

Məncə bu gün biraz içime, amma telefonu kənara qoyum. Heçkəsə musallat olmadan.

Bir də macərapərəst götüm!

Artıq istəmirəm macərapərəst götümü, ancaq ağıllı, maraqsız və sıradan biri olmaq istəyirəm.

Getdikcə rənglərimdə boğuluram.

Ayrıca terapiyalara get, sağal, həyatın daha yaxşı olacaq deyənlər də pox yeyir.

Bu yola girəndən sonra geri dönüşün olmur. Hərşeyi dəyişmək lazımdır, daha detallı baxırsan hərşeyə bir məna zad.


Karma da var. Vse söz verirəm artıq sıfırlanıram. 

Keçmişimi sikdir edirəm!

Axşamlar telefonu söndürüb atıram kənara!

Heçkəsi istifadə etmirəm artıq!

Hamıya da soxum (bu öz yerində)!

Özümə və işimə fokus oluram!

Fokus demiş maşını da satıram!

Vse adekvat olacam day, adekvat!


Allahım, noolar beynim artıq heçnəyə ilişməsin, noolar. Amin.


Aldım, qəbul etdim zad!


Friday, January 12, 2024

Bu günü unutma dedim mənə


 içimdəki səs, piyada bir xeyli yolu tək gəlib, ara-sıra ağlayıb, özümə qarşı edilən haqsızlıqları düşünüb, öz səhvlərimi təhlil edib mənə dedi "bu günü unutma"

Əgər ilahi ədalət varsa o bərqərar olacaq və bu posta baxanda rahat şəkildə nəfəs ötürəcəksən. Əgər yoxdursa bəlkə də, dəliliyinin ilk addımı olacaq.

Dalbadal öz təşəbbüsümlə 2 iş görüşündən sonra, köhnə iş yerimdə mənə haqsızlıq edən adamların, mənə verdikləri sözü hayasızca çeynəməyini beynimdə düşünüb kiminsə nə vaxtsa vicdana gələcəyinə ümid edəcək qədər cılızlaşırdım.

Digər tərəfdən isə, yeni iş yerimdə haqlı olaraq aldığım müdafiə divarlarının sarsılmaz əzmlə qoruduğum üçün biraz vicdan əzabı çəkirdim.

Paralel olaraq necə böyük işlər üçün təşəbbüsə əl atdığımı düşünüb biraz qorxu. biraz ümid və biraz ümidsizlik içində get-gəl yaşayırdım.

Anlamağım lazım olan şey bu idi ki, hər şey olmalı olduğu kimi oldu və yaxşı ki oldu!

1-Mən vəzifədən, şan şöhrətdən getmək istəyirdim ki, özümü tapım və ona görə getdim! Kiminsə bu işdə göstərdiyi klounluq məni maraqlandırmamalı idi.

2-Təzə iş yerində o divarlar lazım idi, müdafiə də yersiz deyildi. Haqlı idim və müharibənin ən başlanğıcında bu iş mənə balaca gəldi və əlimi çəkdim.

3-Göstərdiyim təşəbbüslər isə potensialın qışqırtısıdır. Hara qədər aparacaq get. Nə olacaq təslim ol! Sına, əmin ol heçnə itirməyəcəksən özünü tapdıqdan sonra.

Thursday, January 4, 2024

Kömək edin, ağıllanıram!

 35 ildir intensiv şəkildə bu dünyada yaşaıram.20 ildir də vaxtaşırı beynimlə cinsi əlaqədəyəm. Hələ ruhumu demirəm. Son postu yazandan sonra, verdiyim sözlərin əksəriyyətinə riayət elədim. Özümə hörmətim qayıdır, artıq böyük şəkilin içində özümü görürəm, kimisə əlavə etmədən. Narsist oğraşla bağlı düşüncələrim ağlıma gəlib, özümü zorlamağa hazırlaşdığımı gördüyüm an "what the fuck he is doing in my mind" dyib, doğurdan da necə mənə görə xs adam olduğunu başa düşürəm. Mənə əziyyət verən, nə situasiya, nə indiki vəziyyətim deyil. Baby mən möhtəşəm yerdəyəm, qorxuları çıxsaq əjdaha imişəm. Sanki bir yola çıxmaq qərarını gözləyirdi tanrı, işarələri və yolları göstərdi mənə. Uzun zamandır oxumağa başladığım, amma sonra unudub bir kənara atdığım kitab keçdi əlimə. Sanki təlimatmış kimi, mənə necə saxta şəxsiyyətdən xilas olmam lazım olduğunu, bunu necə etməli olduğumu başa salır. Beynimi nə kimisə qınamağa, nə özümü üzməyə həsr edirəm. Sadəcə bu anda olaraq, özümlə tək başına olaraq tamam olmaq olurmuş. Tam əksinə özünlə tamam deyilsənsə heç kimlə birləşmək şansın yoxdur, olsa belə bu qorxu üzərindən atılan addımdır. bu da uzun müddətli olmur təəssüf ki. 2024-də özümə bəzi sözlər verdim və həyata keçirməyə başladım

1-Siqareti tərgitmək (etdim)

2-Üzməyə gedirəm

3-Yogaya davam edirəm

4- Hər gün kitab oxuyuram

5- Çörək və şəkəri çıxarmışam (qismən)

6-İnsanlarla ünsiyyətdə söyüş söymürəm (beynimin içində hələ də ara-sıra söyürəm)

7-İnsanları qınamıram, ya da az qınayıram

Özümlə çox xoşbəxətəm 


YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...