Wednesday, November 27, 2024

Götəşlər

 Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu idi, heç düşünməyə vaxtım olmurdu, durmadan özümü ifadə edirdim, gülürdüm. Təklikdə özümlə əylənmək çətin gəlir. Kim bir addım qabağa gəlir biraz keçəndən sonra 100 addım uzağa gedir sanki. Yadıma hələ mənim 18 yaşım olan Nigarın dediyi sözlər exo verir beynimdə "belə etmə, axırda tək qalacaqsan". Ağlamaq basır, amma ağlaya bilmirdim, çıxdım çölə yetimçələrimə yemək almağa.Yolüstü bəlkə özümü inandıraram içki də alaram dedim. Amma molodes mənə almadım, əvəzində sarıkız aldım dedim tekila shotu kimi töküb çırpacam. Yolüstü küləkdənmiydi nədi biraz gözlərim də yaşardı, biraz ağlansımdım da. Yolumu botanistdən saldım ki, sosiallaşan insanlara baxım həsəd aparım deyə. Fuu ürəyim necə sıxıldı, mən könüllü şəkildə götəşləri çıxarmışame həyatımdan. Çünki mən orta istəmirəm, ya var ya yoxdu. Çünki mən götəş istəmirəm. Çünki mən götəş istəmirəm. Ürəyim sıxılır çünki çox vaxtım var, çünki dedicated adam deyiləm və sürətliyəm özümü nə işə nə ona nə buna verə bilmirəm. Versəm də tez bitirirəm. Mənim enerjim çox,vaxtım da çoxdu, ətrafda götəş də çoxdur. Ona görə evdə darıxıram deyə içirəm. Amma çox gözələm, çox xarizmatikəm tötümü yeyimmmm. Çirkin amma götəşlərlə olmaqdan yaxşıdır. Təcili, özümlə dost olmalıyam, təcili! həyatıma hansısaa xiyarları daxil edib həyatımı ruin etməkdənsə bədənimə və ruhuma yaxşı baxmalıyam. Bu sakitçilik də zamanı gələndə gözəl gülüşlərlə əvəz olunacaq, ətrafımdakı götəşlər də səmimi insanlarla əvəz olacaq. Yaxşı insanlar, insanı təmənnasız qəbul edib sevən insanlar var. Mən insanlara inanıram.Mən özümə inanıram. Bütün qapılarımı möcüzələr üçün açıram.! 

Bəyaq işdən evə gələndə gördüm ki, divar unitaza işəyir. Yəni şaxtadan su partdayıb axır. Elə ovqatımı təlx etmək istəyirdim ki, dedim su aydınlıqdır, aldım kabul ettim zad :)))

İzninlə ex boyfriendimin hədiyyə etdiyi 1350 azn-lik ayaqqabılarımı geyinib Celia - Carnaval mahnısına rəqs edib sonra Deepak Chopranı oxuyub yatacam. Sabah da 1 illik şengen vizası aldığım pasportumu səfirlikdən götürəcəm. Axşam da 3 ayını əvvəlcədən ödədiyim şəxsi treynerlə olan idmanıma gedəcəm 💓

P.S. Pipişimi yesinlər götəşlər



Friday, November 22, 2024

Bomba şeylər olacaq, ya da oldu

 Əgər daha əvvəlki postun adını Hell yes qoymasaydım bu postun adını 100 faiz elə qoyardım. Durmadan yuxuluyam, üzərimdə nəsə ağırlıq var amma buna baxmayaraq o qədər hüzurluyam ki, özümü o qədər haqqını verirəm ki. Nə qədər üstün olduğumu falanda filan.İçimdə oturub, dünyanı müşahidə etdiyim yer çox rahatdı və gözəldi. Bəlkə də onun verdiyi yuxu və yorğunluq halı var.

Son 1 həftədə yaxşı insan olduğumu da anladım. Həmişə şübhə edirim. Tanımadığım birinə evimi açdım və 1 həftə boyunca öz sistemimin pozulmasına mane olsa da səbrlə davranaraq onun sözlərinə görə həyatında ən gözəl anları yaradıram. Və bunu təmənna güdmədən edirəm, bura niyə yazıram çünki heçkəs oxumaz. Mən də öz insanlığıma şübhə edəndə bunu xatırlasam yaxşı olar. İnsan depressiyada olmayanda həyat necə gözəl yer olur. Bəs görəsən mənim keçdiyim ruh burulğanlarından hamı asanlıqla keçə bilərdi yoxsa doğurdan da yük fərdidir və insanın yaşayabiləcəyi qədər təmin olunur? Əgər elədisə bəs insanlar niyə intihar edir, əgər yaşayacağı qədər idisə yük? Bəyəm yükün ağırlığına görə insan intihar edir? Bioloji qeyri-stabilliyin də rolu çoxdur, vproçem bir çox amillər əl-ələ verəndə olur ya da anlıq bir dürtüsəl qərar da ola bilər. Bilmirəm niyə bu haqda uzun- uzadı düşünmək istədim. Koreyadan gələndən dincələ bilməmişəm, Afrikalı qonağın evə gəlməsi də yükümü artırıb, hər gün yemək edib, onu xoşbəxt etməyə çalışıram. Ya da bəzən məktəb vaxtlarında uşaqları bulling edib ləzzət alan mən də çıxmaq istəyir ortaya- basdırıram.

İdmana yazılmışam, özü də treynerlə. 3 ayın pulunu qabaqcadan ödəmişəm ki, götüm çatıb fırlatmayım. Şengen vizasına müraciət etdim 1 illik.

İşdə könüllülük layihəmi başlatmışam bomba gedir, amma işə getmirəm.

Best friendimlə araya soyuqluq girib. O da daxil olmaqla heçkimlə ünsiyyət qurmaq istəmirəm.

Narsistim ortaya çıxdı mənə kömək elədi sənəd məsələsində. Başa düşdüm ki, bu adam heçvaxt məni sevməyib, heç vaxt da sevməyəcək. Əsası o mənim idealımdakı partnerumdan uzaqdı. O zaman yuxarıdakı intiharla bağlı olan suallara bənzər suallar yaranır məndə - O zaman niyə? What the fuck ilişmisəm və düşünürəm bu məsələni. Bu məsələni keçmişdə buraxmaq istəyirəm. Mənim əsas ehtiyacım şeylər hal-hazırda bunlardır:

-Gəlirimi 25K etmək

-Fit və sağlam olmaq

-Gözəl olmaq

-Mental olaraq güclənmək

-Daha gözəl xatirələr yaratmaq 

-Həyatlara toxunmaq

Friday, November 15, 2024

Hell yes!


 4 gün içində 26 saat uçmuşam. Yəni həyatımın 1 günü uçuşda keçib, yarım günü isə coğrafi saatın qəzəbi ilə həyatımdan ixtisara düşüb. İnşallah ömür paylananda bunu nəzərə alarlar, ya da həyatım bitəndə extra zaman verərlər. Koreyaya getdim, Avropadan sonra Koreya mənə cənnət kimi idi. Çox xoşuma gəldi, bəlkə bu qısa müddətlikdir bilmirəm. Amma özümlə yaxınlaşmağa, biraz daha yaxından tanımağa şansım oldu. Hell yes, damn girl, çox bombasan yenə bunu gördük. Mən hətta əcnəbi və rəngarəng auditoriyaları asanlıqla ələ ala bilirəm, and hell yes people are cool! İnsanlar doğurdan şirindilər. Burda bir fəlsəfə inkişaf etdirdim özümə - insanlar həyatı asanlaşdırmaq üçün var, həyat onsuz da çətindir. Əgər biri həyatını asanlaşdırmırsa uzaqlaş. Eyni şəkildə, sən də insanların həyatını asanlaşdırmalısan. Otherwise onsuz da həyat qəlizdir. 

Qoca arvadlar kimi, təyyaraəyə minər-minməz yatmağımı nəzərə almasaq çox yuxusuzam. Bu səyahətimdə heç içmədim- düzdü Qırğızıstanlı qıza "Мы Кафказцы, за Кафказ" deyib soxuşdurduğum 2 shot Sojunu (Koreya içki) nəzərə almasaq. Amma bugün sorry içdim.

Əsl məsələyə gələk - həyatım şükür, əladır.Allahın mənə açdığı qapılara görə sonsuz minnətdaram. Pişiklərim böyüyür, kaktusum yekələnir. Amma mən nəsə fövqəltəbii bir şey gözləyirəm hələ də...Yəqin ki, gəlməyəcək. Bəzən enerjiləri manipulasiya etmək istəyirəm, alınmır, olmur, üzülmək istəyəndə öz əlimdən tutub "yaxşı ki, olmur" deyə təsəlli vermək istəyirəm amma əslində özü elə odur. Beynimdən yarımçıq hekayələri silib atmaqda əziyyət çəksəm də, həyat budur. Həyat mənə aid olan hissədir. Başqalarının seçimlərinə aid olmayan hissə. Öz-özümlə qaldığım, özümə dərslər çıxarıb irəlilədiyim.

Biraz keçmiş ərim üçün darıxıram. Düşünürəm ki, onun yanında necə təkəm deyə hesab edirdim, amma tək deyildim. İndi təmtəkəm. Sonra deyirəm ki, siktir et səni tək hiss etdirən adam yaxşıdır, yoxsa özünlə tək olmaq?  Doğru cavabın nə olduğunu bildiyim halda, cavab verməyə də tələsmirəm.

Saturday, November 9, 2024

Mən hüzurluyam və xoşbəxtəm

 Bugün iş günü deyil, bayraq günü olduğu üçün. Səhər oyandım, biraz qəhər basdırmaq istəyirdi (hər zamankı kimi səbəbi bəlli olmayan) durdum, evin hər küncünü təmizlədim. Sonra manikürə yazıldım, gelləri çıxartdığımdan öz dırnağıma manikür elədim, nə gözəl əllərim var düşündüm. Daha sonra heçnə yemədiyimi düşünüb Nərgiz mall-da park etdim, yeməyə bir yerdə oturmaq istədim. Yenə ani qərarla Mc Donalds-a keçdim, baxmayaraq ki, eşşək kimi siqarət çəksəm ə, içsəm də sağlam qidalanmağa diqqət edirəm. 

Yadıma uşaq vaxtı ilk dəfə Mc Donaldsa gəlməyim düşdü. Bibim gətirmişdi, onun da maddi vəziyyəti məlumat məsələ. Qardaşımla mənə bir dənə free almışdı. Gözüm cheesburgerdə qalmışdı, yan masada oturan uşağın yediyi. Bir dəfə də universitet vaxtı şiddətli yağış yağanda, dərsdən qaçmağa qərar vermişdim. Qrupun ən varlı qızı mənimlə qoşuldu qaçdı dərsdən, mənə Mc Donaldsda qurumağı təklif etmişdi. Cibimdə 1 manat pul var idi. Amma o mənə burger aldı ordanş İlk dəfə o zaman dadına baxdım. Bəlkə də, o rəfiqəmi 6 illik dosstlarımı məndən, qoparmağını, məni bu qədər tək hiss etdirməyinə görə bağışladığım yeganə səbəbdir. Bu arada onu 2 gün qabaq yuxuda görmüşəm, qucaqlayıb ağlayırdım. Anyways! Orda istədyim menu-nu sifariş edib yeyərkən mənimlə balaca mən də masadaydı. Dedim, gözəlim, bax, yol davam edir, gedirik. Pis getmirik. Bəzən uçuruq bəzən, yerə düşürük amma olsun səni unutmadım. 

Sonra bir coffee shopa keçdim, güya işlədim, əslində gələcək ayın maliyyə haqq-hesabını etdim. which is cool, əvvəl etmirdim. Evi təmizlərkən qırıq, çartlaq qabları, solmuş orxideyamı atmışdım. Dönüşdə ani qərarla girdim özümə çoxdan istədiyim mavi orxideyanı aldım, və 3 ədəd bambu.

Sonra 3 şüşə aldım, gəldim evə şəkil çəkib içməyə. 

Blogumu yazarkən düşünürəm, necə də, hüzurluyam. Zəhərli sarmaşıqlarımdan arınmışam, bəzən qəmqin olsam da, qəlbim ağrımır daha! Bu vərdiş ağrımasıdır, mən təəssüf ki, üzülmədən böyümədiyimi başa düşmürəm. Bəlkə, nə vaxtsa, yenə ümid verən olacaq, sonra üzəcək amma olsun bu biz istədiyimiz üçündür. 

Bəzən düşünürəm, düşündüyüm insanlar necə xoşbəxtdilər, onları düşündüyüm üçün. Sonra ağlıma gəlir, düşündüyüm insanlar axı mənim onları düşündüyümü bilmirlər. Mən yenə özümdən yuxarı mərtəbəyə qoyuram, zehnimdə. Hər kəsin öz cəhənəmi var, bunu bilmirəm mən öz cəhənnəmimdən baxdığım üçün elə görürəm. Ayrıca artıq cəhənnəm yoxdur, öz cənnətimi yaradıram, yavaş-yavaş. 

1 gün sonra Koreyaya uçuram, süni intellekt üzrə təlimə.

Bir zamanlar məni süni mayalanma maraqlandırırdı, indi süni intellekt.

Həyatın verdiyi sürprizləri və hədiyyələri qəbul edirəm, sevirəm. Çox hüzurluyam, çox xoşbəxtəm.

Sunday, November 3, 2024

Tələlər və dələlər

Noyabr girib. Noyabrın ilk postu yağışlı istirahət gecəsinə təsadüf edir. Adətən belə axşamlarda mən içməyi, biraz düşünməyi seçirəm. Sonra biraz daha çox içirəm, anidən kefim kökəlir, oynayıram, sonra yoruluram, özümü dünyanın ən bədbəxt adamı hesab edib ağlayıram. Sonra qalxıram, gece prosedurlarını üsuluna uyğun həyata keçirərkən, güzgüdə özümə baxıb, ağzımda diş fırçası "səni sevirəm, neynəmisən, zor eləmisən" deyib yatağıma girirəm, səhərə qədər mədə qıcqırtısı ilə əlləşib, yüklü yuxular görüb yatıram. Bugün də elə olmaq ehtimalı var idi. Elə başlamışdı, yügül boşluq, əsən hüzur və qəm notlarının addım səsləri. İlahi, bu addım səsini yaxşı tanıyıram. Bu məni cəzalandırmağa gələn prosecutor mən, eyni zamanda fələyin tələlərinin səsidir. Hər dəfəsində könüllü sürətdə həm cəzalandıran, həm qurban həm də xilaskar oluram. İndi xilaskar modunda olmaq istəmirəm. Amma artıq bu oyunun içində də olmaq istəmirəm. Günlərimi, saatlarımı boşa xərcləyib, susan telefonuma gözlərimi dikib, məndən vaz keçənləri məndən üstün saymaq və buna görə də özümə olmazın işgəncələr vermək artıq yordu. Ayrıca da içmək də istəmirəm. Özünü sevmək, özünə rəngarən maskalar düşünmək deyil. Özünü sevmək, qəbul etməkdir. Özünü qəbul etmək deyil bu məsələ. Bu oyunu qəbul etmək və kənardan izləmək bacarığının olmasıdır. Başına gələnləri dramatikləşdirmədən, hərkəsə şəxsi münasibətlə, dünyayla qırılqan bağlarla bağlanmadan. Sadəcə bilirsən reallığım budur, atılmışam dünyaya, bəli, bəzən ruh keçidləri mümkündür, bəzən hərşey istədiyim kimi ola bilməz, ayrıca, nə istədiyimi bilməksə ayrıca bir hekayədir onu alimlər, filosoflar belə axtarır. Ona görə, irəliyə doğru hədəflərə dönüb boş vaxtımı, özümü yaxşı mənada doldurmaqla məşğulaq, qədəhimi doldurmaqdansa. Çoxdandır (avqustdakı tətildən bəri) kitab oxumurdum, indi 5 günə Farenheit 451-i bitirdim. Yadıma o günlərim düşdü, çox oxuduğum zamanlar. 1 həftə ərzində 3 film izlədim, necə unutmuşam bu vərdişlərimi. Niyə yeni vərdişlərim sırf insanlarla bağlı idiki? Mən özümü zəhərli sarmaşıqlarla məhdudlaşdırmağı seçmişdim, addım-addım, yavaş-yavaş. Amma indi yavaş-yavaş, addım-addım zəhərli sarmaşıqlardan əl çəkirəm. Onca pul xərclədiyim psixoloqlar, coachlar, numerologlar isə bu toxic mühitimə münbit şərait yaradacaq depominlə souslandırdı məni. Olsun varsın, telefonum sussun, həftəsonu hamı əylənərkən mən kitab oxuyum, öz zarafatlarıma özüm gülüm no worries! Bu mənim üçün ən gözəl reallıqdır hal-hazırda, bu reallığı mənə verdiyi üçün ilk öncə Allahıma və sonra kənarda küncə qalan, məni ayağa qaldıram iradəmə təşəkkür edirəm. Sınaqlar gələcək, bu problem deyil, mən sınaqların hamısını daha böyük həvəslə, uğurla və sevinclə üstəsindən gələcəm. Reaksiyalarım, verdiyim dəyərlərə vəhdətdə olacaq. Mən mənə sarılıram bu gündən, onu qorumağa, sevməyə və qəbul etməyə söz verirəm. 

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...