onu deyim ki, əvvəlki kimi dəliyəm. Hətta dozanı artırmışam, özümün peyğəmbər olduğuna inancım artıdqca dəliliyimdə həndəsi silsilədə irəliləyir. Bu yaxşıdır. Ya da pisdir, bilmirəm. Onu bilirəm ki, gələcəyimin bi psixiki xəstaxanada sonlanacağı məni qorxutmur. Qocalar evində də bitməyim ürkütmür. nəticədə mən batıracam onlar yığışdıracaqlar, deyinsələr belə.
Bakıya dönüşümü danışım. Eh Bakıdan gedişimi heç yazmamışam ümid edirəm bu problem deyil.Qocalar evində və ya da psiki xəstaxada bu blog yadıma düşsə o xatirələri də unutmuş olmaram hər halda.
Bakıdayam, uğurlu işim var, mister loba loba çox yaxşıdır iş həyatım. Şəxsi həyatıma gəldikdə, boşandım. Peyğəmbərliyimə inanmamaq bir tərəfə qalsın, dovaşım dediyim adam mənim daun olduğumu düşünürdü. Bunlar detaldı, əsas sevgi keçdi. Mənim də həvəsim qalmamışdı artıq o yatanda onu makyaj edib, öz nömrəmi onun telefonunda "Azercell" deyə qeyd edib ona gic-gic mesajlar yazıb əylənməyə. Həyəcan bitmişdi. Əsas məsələ mənimlə oynamırdı, söhbət etmirdi. Mən ulduzlara tək baxmaqdan sıxıldım... ekslərim barədə yazdığım qarğışları bu dəfə ona şamil etmədim. Onun xoşbəxt olmasını istəyirəm. Mən daha çox. Mən tapa bilmədim o tapsın 28 dekabr 2020
No comments:
Post a Comment