Monday, December 25, 2023

Tribute to myself!

 Hər sıfırlanma nöqtəsində özümü kəşf etdiyim bir reallıqdır. Yenidən bu müddətə başlamışam. Mənim dəli kimi düşünüb, mənə yazmağını istədyim 

adamların susması, insanların mənim yanımdan yan keçib "Blaa, bu da necə möhtəşəm olduğumu fərq etmədi" deyə deyinməyim, ya da bütün gün sosial şəbəkələrdə sevmədiyim insanların həyatını izləyib bir faydalı iş görmədən içimdən onları tənqid etmək mənə artıq həzz vermir. Hətta çox deyim, məni incidir artıq. Beynimdə yara var sanki, hamı yaşaya bilir amma məni gəmiyə almayıblar yaşamaq üçün. Çox sorğuladım, bu zamanda, yəqin ki çox güclü görünürəm bu zəhlətökən görünür, ya da nəbilim çox control freak-em bu insanları yorur, psixologuma daha çox pul verim, daha çox əziyyət çəksin xoşbət olum - deyə düşüncələr zad öz final məqsədinə xidmət etmədi. Sonra yenə, kimdənsə bir xəbər gözləyərkən yadıma ən çox xoşbəxt olduğum an gəldi. Bu Fransada Grasse şəhərindəydi, istəmədən, tənbəlliyimə baxmayaraq bilet alıb getmişdim. Səyahatə tək çıxdığım kimi, qatarda da tək idim, demək olar heç bir sərnişin yox idi. Şəhər də qəribə idi. Amma mən orda özümlə qaldım, çoxdan darıxdığım sevgilimlə sanki. Yaxşı yerlərə getdim, bəzən deyindim, maraqlı yeməklər aldım, arada siqaret çəkdim, sonra şokolad fabriki gördüm girdim şokalad aldım, dar küçələri tək başına gəzərək şokoladımı yedim. Necə gözəl idi...Mən heç kim üçün bu qədər darıxmıram :( özüm üçün darıxdığım qədər. O qədər küsdürmüşəm, uzaqlaşmışam ondan, başqalarına məna yükləyərkən onu unutmuşam. Bəlkə də, o da bir yerdə mənim zəngimi mesajımı gözləyir. Gözlədiyim, istədiyim insanlardan xəbər gəlmədikcə vəhşiləşib, aqqresivləşdiyim kimi, onu da öz cənnətimdən qovmuşam.

O qədər yeni emosiyalar kəşf edə bilərik ki, BƏRABƏR. Onun varlığına ehtiyacım var, əlimdən tutmasına. Bəlkə bu səyahətə çıxmağımın səbəbi " başım özümə qarışar, bu müddətdə istədyim adamlardan yaxşı xəbərlər gələr və göyə uçaram" sevdasıdır, bilirəm amma bu yola gedəcəm özümlə yenidən tanışlığa. Bitch, əslində ən bariz sübut odur ki, sən olmasan istədyin, sevdiyin insanlar olmaz. Onlar orda idi, var idi çünki sən var idi, çünki fiziki olaraq elə görünürdün, enerji olaraq elə idin. Həyatının əsl qəhramanı sənsən, bunu nə zaman unutdun? Əslində bilirəm, nə zaman unutdum, sevgi və qayğını görmədiyim uşaqlıq illərində ilk sevgini kənarda görəndə bunun əslində alüdə edici bir zəhər olduğunu anlamadım. Sonra insanların istədikləri obrazlara büründüm, daha çox mənə o diqqət zəhərindən versinlər deyə. Sonra asılılıq və sonra xəstəliklər, sonra da bildiyin bu bədbəxtliklər. Bir plan və yol xəritəsi üzərindən hərəkət etmək lazımdır. Aşağıdakı ilkin etaplarda edəcəklərimizdir:

1- Qınamaqdan əl çək! İnsanları, vəziyyətləri qınama, sadəcə burax. Qınadıqca özünün də sevilməməli insan olduğunu görürsən.

2-Hər zaman özünü söhbətə qat! İnsanlar və vəziyyətlərə bağlı uzun uzadı xəyala dalıb orda özünü zorladığın anda dur və komandaya özünü daxil et "sən nə düşünürsən" deyə soruş və içindəki səsin çox vaxt "sikdir et bu insanı, mənə yemək bişir, ya da mənə mahnı qoş oynamaq istəyirəm" dediyini görəcəksən. ÇÜNKİ SƏN ORDA TƏK DEYİLSƏN, ÖZÜNLƏSƏN, QORXMAĞA EHTİYAC YOXDUR!

3-Bunu başa düş, heçkimin həyatı səninkindən yaxşı deyil. Sən o sikdiyin insanların həyatında 1 gün yaşasan sıxılarsan. Sadıcı sənin beynin başqa cür işləyir. Bu qüsur deyil, amma fərqli yanaşmadır. Yəni, sən əksik deyilsən heçkimdən, əksinə sən fərqlisən.

4-Sosial media asılılığını bitir sabahdan!

5-Hər gün özün üçün bir şey et. Hətta al sənə qarşıdakı ilk 5 gün üçün plan:

26 dekabr- Şəkər yemə, üzməyə get

27 dekabr -Şəkər yemə, yogaya get və date-ing et amma kafana takmadan

a28 dekabr - Dənizə get, kitab oxu, şəkər yemə, axşam üz

29 dekabr -Şəkər yemə, rayona və ya dənizə get, let go kitabının 100 səhifəsini oxu

30 dekabr - Şəkər yemə, üz və yeni il üçün plan və proqramını yaz!

6- Yuxarıda yazdıqlarını bir daha oxu! Hər gün oxu!

Monday, December 18, 2023

No more Narssist də sən canı!

 Noyabrda və oktyabrda bloga yazdığım sevgi (təpəsi) hekayəsi dekabra da sıçradı. Mən hər dəfə ayrıldığımızı düşündüyüm an 1-2 həftə keçdikdən sonra yenidən barışmağımız məni təəccübləndirirdi amma eyni zamanda da sevindirirdi, çünki dayanmadan sevilmək istəyi, macəra istəyi idarə edir məni. Nə bilərdim ki, bu xiyar ən zəncirli narsistlərdəndi həyatımda. Sadəcə digər narsist partnerlarımdan fərqli olaraq bu şiddətlə işi həll etmir, ələ salaraq, bullying edərək əzirdi. 

Uff mən niyə axı özümə, öz hisslərimə güvənmirəm?

Mən it kimi bir şeylərin yolunda getmədiyini hiss edəndə, dostlarımın tırkasına gedərək yenə də, yenə də ona doğru itələndim. Axı mən bilirdim, ok mən biraz fərqliyəm amma onun göstərdiyi kimi xəstə deyiləm. Adam məni bildiyin xəstə elan edib, ona uyğun davranırdı. Amma mən yenə özümdən, öz hislərimdən şübhə etməyi seçdim. Kaşki sözünü heç sevmirəm, amma kaşki cəsarətim olsaydı özümə güvənib, onu vaxtında rədd eləməyə.

Ok deyək ki, biraz gecikdim özümə inanmaqla, amma son olaraq başa düşdüm (əslində elə oktyabrda yazdığım postda da anlamışdım onun xiyar və narsist olduğunu ) amma niyə yenə eyni yerə qayıdıram? Və yaxud niyə "Yox" deməyi bacarmıram, niyə bir dəfəlik sikdir çəkə bilmirəm, niyə hər gələn adama qapı açıram, niyə hamını özümdən çox düşünürəm, niyə bu qədər dəyərsizlik hissi, niyə qədər bu gijdillax psixoloqara gedirəm əgər hələ də eyni cür davranıramsa??? niyə də niyə verdiyim qərara ən birinci özüm inanmıram? Niyə axı özümə bu qədər güvənmirəm, elə bilirəm mən desəm "Yox" məni az sevəcəklər. 

Nə olacaq axı məni az sevsələr? Güya çox sevərək mənə nəsə ediblər? Yenə məni tərk ediblər. Bəs mən niyə özümü ələ alıb dünyaya meydan oxumaqdan qorxuram, və hər gələn adama "buyur, mənim qabağımda qaç, yoxsa qorxuram məni az sevərsən" deyirəm.

Güya onlar məndan daha xoşbəxt və məndən daha maraqlıdır? Pipimə kimi də deyil, həyatda gördüyüm ən maraqlı adamlardan biri özüm olduğum halda hansısa xiyar peşindən getmək də valla Allah almışlığın başqa levelidir.

Nəysə bu məni dünən evirə çevirə dəyərsiz olduğumu hiss elətdirə elətdirə, qozuna olmadığını göstərə göstərə dünən gecə saat 1-də bunu tərk elədim. Tərk elədim deyirəmeee, variantım yox idi, Fəquş edəcəkdi :)) Bütün gecə səhərə qədər stressdən vəşok vəziyyətindən yata bilmədim. Səhər oyandım, bütün zəhərli sarmaşıqlarımdan qurtulmuş kimi, özümü yüngül və rahat hiss edirəm. Başa düşürəm dünənki söhbəti, onun məni xəstə kimi davrandırıb, məni pis hiss etmək cəhdini. Nə qədər çarəsiz olduğunu, əslində özünün mənə layiq olmadığını çox gözəl hiss etdiyi üçün bu hisdən qurtulmağın ən qısa yolu məni aşağıya çəkmək olduğunu başa düşür.

Nəysə ona aid olan hissələr indi artıq vecimə deyil və olmamalıdır, mənim aldığım dərslər önəmlidir. Mənim aldığım dərslərsə aşağıdakı kimidir hələlik:

1- Nə olursa olsun, macəra damarın partdasa belə qayıtma, düşmə bu tora. Allah üzünə baxsa o sənə bir daha çıxmayacaq qabağına

2-Artıq bitir, balam relationship məsələlərini. Səndə alınmır. Hərənin güclü və uğurlu olduğu bir sahə olduğu kimi, sənin bu sahən sənin qonqrenandı, geri atır, yeni pis vərdişlər, xəstəliklər qazandırır. Niyə axı biri həyatımda olacaq, əylənəndə tək əylənməyim, nə bilim yatanda tək yatmayım, arada öpsün zad deyə birinə dözüm. Yəni nə ehtiyac? Onsuz hamı öləcək həm də qocaldıqca libido da öləcək. Özümə investisiya edib, ancaq böyüməliyəm. Kiminsə "gözəlsən, ağıllısan, cəlbedicisən, əlasan" sözünə ehtiyac duymamalıyam, çünki onlar olmadan da bunun fərqindəyəm. Bütün dünya qabağıma gəlib "Vinnie, nə gündəsən" desələr belə "Pipişimi yeyin" deməyi bacarmalıyam. Həm də hər bomba sima, ağıllı cümlə danışan ağız öz təyinatına xidmət etmir bunu da anladıq.

3- Tək qalmaq qorxusunu yenmək lazımdır

Balam, valla billa hamı təkdir. Amma bunun fərqində deyillər. 4-5 uşağı olan ana da, yeni evlənən rəfiqən də. Sadəcə məsələ odur ki, qayğılar çoxaldıqca insan özünü tək hiss etmir ya da tək hiss etməklə bağlı sorğulamır. O zaman istəsən ya qayğını artırarıq (övladlığa uşaq götürmək, sosial layihələr zad) ya da qayğı ehtiyacını azaldarıq.

Balam, lütfən bu dəfə mənə sadiq qal, lütfən. Və geridönüş ver. Səni sevirəm 💓

Wednesday, December 13, 2023

Həyatımın sıfırlanma mərhələsi

Biraz hərşey göt başdı. O bombabomba nöqtə kom işimdən çıxdım, Don Kixot kimi verdiyim ən doğru qərar olduğuna inanaraq atdım özümü axına. Ondan da yaxşı iş təklifi gəldi,  qəbul etdim. Nəyi qəbul etdim, o da müəmmadır çünki müqavilə imzalanmayıb. Artıq ora da getməmək qərarı aldım. 10 min təzminat götürmüşdüm, hamısını zanqıldatdım 1 həftə içində. Evin pulunu 3 aydır ödəmirəm, 2 həftəyə kreditlərin vaxtıdır. öhdəliklərim qapını döyür yavaş- yavaş. Bilmirəm bu vəziyyəti necə çağırdım, dəhşətli qorxu gəlir bəzən. high olanda qorxurdume hərşeyi itirərəm, 0-dan başlayaram qorxusu, ya da Ayan kimi olaram qorxusu eynisini yaşayıram. Nətər enerjidi, nəyi çağırırsa olur ən çox da neqativ. İndi yaxşıca başa sarıb analiz etməliyik, niyə belə oldu və krizisi necə fürs
ətə çevirmək olar.


1-Qorxularını bəsləmə! Biz nə deyirdik 0-dan başlamaqdan heçvaxt qorxmamışıq, tam əksinə bu bizim ən möhtəşəm geri qayıdış hekayələrimiz olub. Hər dəfə başladığımız nöqtə daha yüksək olub. Odur ki, bu anın dadını çıxartmaq lazımdır, qorxuları bəsləmək yerinə, çünki bilirik ki, bu keçicidir.

2- 0- həmişə yeni üfuqlər açıq. Yeni bacarıqlar, yeni vizyon, yeni risklər. Reseptorlarını aç, pusquda dur! Hər şeyə diqqət yetir, hər an yeni fikir, yeni fürsət qapını döyə bilər. Dediyimiz kimi, bu mərhələ qorxmaq üçün deyil, inkişaf üçün ara məsafəsidir.

3-Resurslarını yoxla

Bu həm də resursların işləkliyini yoxlamaq üçün bir fürsətdir, hansı qalır, hansı gedir məhz bu mərhələdə qərar verəcəyik. Lazımsız resurs, boş yer tutmaqla yanaşı, resurs olmaqdan çıxır. 

4-Nəyin səni aşağı çəkdiyinə, nəyi səni düşürdüyünə diqqət et.

5- Needy olma! Bu mərhələdə buraxıla biləcək ən böyük 1-özündən vaz keçməkdir, 2-cisi də həyatının iplərini möhtac olmağı seçdiyin adama verməkdir. Vaxtını özünə xərclə, səni sevirəm 💓


YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...