Noyabrda və oktyabrda bloga yazdığım sevgi (təpəsi) hekayəsi dekabra da sıçradı. Mən hər dəfə ayrıldığımızı düşündüyüm an 1-2 həftə keçdikdən sonra yenidən barışmağımız məni təəccübləndirirdi amma eyni zamanda da sevindirirdi, çünki dayanmadan sevilmək istəyi, macəra istəyi idarə edir məni. Nə bilərdim ki, bu xiyar ən zəncirli narsistlərdəndi həyatımda. Sadəcə digər narsist partnerlarımdan fərqli olaraq bu şiddətlə işi həll etmir, ələ salaraq, bullying edərək əzirdi.
Uff mən niyə axı özümə, öz hisslərimə güvənmirəm?
Mən it kimi bir şeylərin yolunda getmədiyini hiss edəndə, dostlarımın tırkasına gedərək yenə də, yenə də ona doğru itələndim. Axı mən bilirdim, ok mən biraz fərqliyəm amma onun göstərdiyi kimi xəstə deyiləm. Adam məni bildiyin xəstə elan edib, ona uyğun davranırdı. Amma mən yenə özümdən, öz hislərimdən şübhə etməyi seçdim. Kaşki sözünü heç sevmirəm, amma kaşki cəsarətim olsaydı özümə güvənib, onu vaxtında rədd eləməyə.
Ok deyək ki, biraz gecikdim özümə inanmaqla, amma son olaraq başa düşdüm (əslində elə oktyabrda yazdığım postda da anlamışdım onun xiyar və narsist olduğunu ) amma niyə yenə eyni yerə qayıdıram? Və yaxud niyə "Yox" deməyi bacarmıram, niyə bir dəfəlik sikdir çəkə bilmirəm, niyə hər gələn adama qapı açıram, niyə hamını özümdən çox düşünürəm, niyə bu qədər dəyərsizlik hissi, niyə qədər bu gijdillax psixoloqara gedirəm əgər hələ də eyni cür davranıramsa??? niyə də niyə verdiyim qərara ən birinci özüm inanmıram? Niyə axı özümə bu qədər güvənmirəm, elə bilirəm mən desəm "Yox" məni az sevəcəklər.
Nə olacaq axı məni az sevsələr? Güya çox sevərək mənə nəsə ediblər? Yenə məni tərk ediblər. Bəs mən niyə özümü ələ alıb dünyaya meydan oxumaqdan qorxuram, və hər gələn adama "buyur, mənim qabağımda qaç, yoxsa qorxuram məni az sevərsən" deyirəm.
Güya onlar məndan daha xoşbəxt və məndən daha maraqlıdır? Pipimə kimi də deyil, həyatda gördüyüm ən maraqlı adamlardan biri özüm olduğum halda hansısa xiyar peşindən getmək də valla Allah almışlığın başqa levelidir.
Nəysə bu məni dünən evirə çevirə dəyərsiz olduğumu hiss elətdirə elətdirə, qozuna olmadığını göstərə göstərə dünən gecə saat 1-də bunu tərk elədim. Tərk elədim deyirəmeee, variantım yox idi, Fəquş edəcəkdi :)) Bütün gecə səhərə qədər stressdən vəşok vəziyyətindən yata bilmədim. Səhər oyandım, bütün zəhərli sarmaşıqlarımdan qurtulmuş kimi, özümü yüngül və rahat hiss edirəm. Başa düşürəm dünənki söhbəti, onun məni xəstə kimi davrandırıb, məni pis hiss etmək cəhdini. Nə qədər çarəsiz olduğunu, əslində özünün mənə layiq olmadığını çox gözəl hiss etdiyi üçün bu hisdən qurtulmağın ən qısa yolu məni aşağıya çəkmək olduğunu başa düşür.
Nəysə ona aid olan hissələr indi artıq vecimə deyil və olmamalıdır, mənim aldığım dərslər önəmlidir. Mənim aldığım dərslərsə aşağıdakı kimidir hələlik:
1- Nə olursa olsun, macəra damarın partdasa belə qayıtma, düşmə bu tora. Allah üzünə baxsa o sənə bir daha çıxmayacaq qabağına
2-Artıq bitir, balam relationship məsələlərini. Səndə alınmır. Hərənin güclü və uğurlu olduğu bir sahə olduğu kimi, sənin bu sahən sənin qonqrenandı, geri atır, yeni pis vərdişlər, xəstəliklər qazandırır. Niyə axı biri həyatımda olacaq, əylənəndə tək əylənməyim, nə bilim yatanda tək yatmayım, arada öpsün zad deyə birinə dözüm. Yəni nə ehtiyac? Onsuz hamı öləcək həm də qocaldıqca libido da öləcək. Özümə investisiya edib, ancaq böyüməliyəm. Kiminsə "gözəlsən, ağıllısan, cəlbedicisən, əlasan" sözünə ehtiyac duymamalıyam, çünki onlar olmadan da bunun fərqindəyəm. Bütün dünya qabağıma gəlib "Vinnie, nə gündəsən" desələr belə "Pipişimi yeyin" deməyi bacarmalıyam. Həm də hər bomba sima, ağıllı cümlə danışan ağız öz təyinatına xidmət etmir bunu da anladıq.
3- Tək qalmaq qorxusunu yenmək lazımdır
Balam, valla billa hamı təkdir. Amma bunun fərqində deyillər. 4-5 uşağı olan ana da, yeni evlənən rəfiqən də. Sadəcə məsələ odur ki, qayğılar çoxaldıqca insan özünü tək hiss etmir ya da tək hiss etməklə bağlı sorğulamır. O zaman istəsən ya qayğını artırarıq (övladlığa uşaq götürmək, sosial layihələr zad) ya da qayğı ehtiyacını azaldarıq.
Balam, lütfən bu dəfə mənə sadiq qal, lütfən. Və geridönüş ver. Səni sevirəm 💓
No comments:
Post a Comment