Son ağlamalinski postdan 2 gün sonra narssistim yenə qayıtdı gəldi. Biraz trip atmaq istədim, amma gül zad göndərincə o dəqiqə yelkənlərimi suya atdım. Axı mən sevirəm insanları incitməməyi. İncitmək üçün özüm varam. Nəysə gəldi, 10 gün demək olar nağıllar ailəmini yaşadım, sevildiyimi hiss etdim, ümidləndim, ailə olacağımızı xəyal etdim.
10 günün sonunda yenə eyni döngüyə girdiyimizi fərq etdim, mənə soyuq idi, götündə tutub gəzməyimi sanki özü dizayn etmişdi. Amma bu 10 gün müddətində mən onunla deyil, özümlə eşq yaşayırdım. Necə müko olduğumu görürdüm. Sonra sonuncu gün düşündüm, mən belə adamla həyat istəyərəm?
Məni sevir, mənə heyran olur, sevdikcə, heyran olduqca özüylə müharibəni daha da qızışdırıb, məni alçaltmağa, öz gözündən salmağa çalışır. Mən də dilənçi kimi sanki, bundan xoş söz dilənirəm.
Bu mən deyiləm, bunu mən istəmirəm.Dünyada son adam o deyil, son adam o olsa belə bu mənim qozuma deyil. Sildim onu, hər dəfə ayrılanda nə qədər üzülüb, əziyyət çəkdiyimi, darıxdığımı bilirəm.
Amma bu dəfə çox rahatam. Özüm üçün yaxşılıq etdiyimi bilirəm. Darıxmıram, sakitəm və sevilirəm. Ayrıca da manifest də eləmişəm. Bundan sonra varlı və alicənab həyatyoldaşı istəyirəm. Varlı amma simic, narsist, manyak istəmirəm.
Gələn həftə İspaniyaya gedirəm. 1 ay gəzəcəm. Qayıdanda mən əvvəlki mən olmayacam. Daha rahat, daha xoşbəxt və daha varlı olacam.
Müharibələri bitirmişəmee, bu məni sevindirir. Heçkimlə dalaşmıram, işdə belə üstümə hücum etsələr saakitcə yola verirəm. Heç kimdən də incimirəm. Bir də əvvəlki sıxlıqda kinoya baxmağa, kitab oxumağa başlamasam vareee ufff aşiq olacam özümə. Sənə bir sirr verim - xroniki depressiyadan balaca addımlarla çıxıram.
Hər şey yaxşıdır Şükür!