Wednesday, July 10, 2024

İcazənlə

 İcazənlə bugün biraz qəmlənmək istəyirəm

Həyat gözəldir və mən dəyişirəm o öz yerində.

Amma adama qoyure, bir vaxtlar sənə ən yaxın olan insanların bir daha görə bilməməyin, bir daha danışa bilməməyin, toxuna bilməməyin və istiliyini hiss edə bilməməyin.

Heçkəsə getmə demədim, burnun düşsə əyilib də götürmərəm bunu bilirəm.

Amma getməmələri üçün o qədər içimdə yalvardım, dua etdim ki...

Heç biri bilmir yəqin.

Hər birini unutmaq mənə məşəqqətlərə nail oldu.

Unuda bildim mi, buda sualın özüdür.

Hələ də qrup yoldaşlarımı yuxularımda görürəm, hələ də keçmiş yoldaşımın mənə göstərdiyi o istiliyi axtarıram insanlarda.

Köçdüyüm evlərdə o xoşbəxtliyi bərpa etməyə çalışıram.

Hara gedirəmsə gedim, özümlə böyük bir qəbirsanlıq aparıram.

Sonra gedirəm psixoloqlara, terapiyalara. Ardı-arası kəsilməyən cəhdlər etməyə amma buraxa bilmirəm, yəqinki istəmirəm.

Onlar hamısı mənəm, məni mən edənlərdir.

Amma ən çox sakitcə gedənlər qoyur o ayrı.

Görəsən düşünür, heç xatırlayır deyirəm özümə.

Bütün hüceyrələrimlə hiss edirəm son cəhdin olduğunu, daha sonra bir barmaq belə tərpətməyəcəyimi.

Amma yenə də çox üzülürəm. İlk günki kimi. Kaşki bütün sevdiklərim yanımda olsaydı. Uşaq vaxtı hamısını hökümət evinə yığıb yaşamağı xəyal etdiyim kimi.

Amma bu yaşımda, bu dövrdə bir istək daha çox ağır basır - ən sevincli və ən qəmli anı özümlə paylaşmaq istəyi. Bəlkə bu müdrikliyin özüdür, bəlkə güc, bəlkə də çarəsizlikdir.

Ağla, getsin! Yola davam!

Yeni macərəlara salam, köhnələrə sevgi.

Həyatıma görə minnətdaram

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...