4 gün Barcelonada ən çox vaxt keçirtdiyim yer otelin hovuz kənarı oldu. Daha sonra Portugaliyaya (Faro) uçdum. Təyyarədən enən kimi dedim, ayə bura Ayvalıkdıki. Narsistim isə yazmağa, yazdıqca məni alçatmağa, mənim mədə bağırsağım isə sözümə qulaq asmamağa davam edirdi. Bu səyahət boyunca ən pis otaq Faroda qaldığım otaq idi. Amma ilk gəldiyim gecə oyandım, qarnım başım yaxşı deyil, yetimçənin mənə mesajları beynimdə exo verir. Aldım telefonu dedim, niyə belə edirsən, niyə mənimlə kobud rəftar etməyə xüsusi maraq oyadırsan. Nəysə səhər durdu, mesajımı oxudu, biraz da ələ saldı məni. Amma onun o ələ salmaq mesajını görüb içimdə bir şey qırıldı. Day qırılsın bir zəhmət 1 ildən sonra. Başa düşdüm ki, bu ol
mayacaq mənim qəhrəmanım, qulağından tutub soxsam da hekayəmin içinə. Amma yaxşı tərəf o idiki, içimdəki narahatçılığı dilə gətirəndən sonra xəstəliyim bitdi. Nə qusurdum, nə də qarnım şuluqluq edirdi artıq. Faroda ən çox nəyə bayıldım, nə məndə iz qoydu desən - hislərimi ifadə etmək, və okean. Bəzən gecə yarısı o oekan yadıma düşür. Blət, o nəydi, mən o adada hərzaman yaşayaram (İlha Farol)
Sonra keçdim Seville-a.Axşam keçdiyim və yalnız bir gecə qaldığım üçün şəhərin gözəlliklərinə çox aşina olmadım. Amma əminliklə deyə bilərəm ən mükəmməl otaq burda idi. Otelimə bayıldım, hətta bir ara qızışıb Malaga səfərini dəyişmək istədim amma nəysə çox da dirəşmədim. Seville də çox sevildiyimin və çox gözəl olduğumun fərqinə vardım. Dad hiss etməyə başlamışdım. Restoranın birində oturub piyvəmi içib yenə özümlə komanda iclası edirdim. Bir bomj gəldi, sərxoş ispan dilində nəsə danışırdı. Dedim no cash, işarə etdiki, yemək alarsan dedim alaram blet, burda oturanlardan əksik oğlansan bəyəm? Koroçe bomja lunch aldım, oturdu stolların birinə yeməyini yedi, içkisini içdi. Xoşuma gələn bir məqam o idiki, başqa bir bomj dilənirdi bu öz yeməyindən ona verdi. Ay blət çox gözəl görüntü idi bu, bomjun özünü bomj kimi hiss etməməsi. Təbiiki mənim narsistim mənə artıq yazmırdı. Ona görə daxili münasibətimi bərpa etmişdim.
Və mən Malagaya gəldim. Şəhərin abu-havası mənə Qaraçuxuru xatırladırdı, şəhərə gələn kimi enerjim düşdü. Axşam bir az gəzəndən sonra səhərə qədər narahat yatmaqla özümü otağa həbs etdim. Səhər bol dəniz, günəş almaq sözü verdim özümə. Yaxşı ki, etdim. Enerjim bərpa olundu, Malaganı sevdim. Burda dənizdə özümlə uzun-uzun söhbət etdim. Daxili hüzurumu necə x
arici amillərə bağladığımı göstərdim özümə, necə bir çox şəxsi və şeyi özümdən qabağa qoyduğumu, necə daxili stabillik üçün xarici amillərdən dəstək gördüyümü və bunu dəyişmək üçün bütün artilleriyamın olduğunu amma özümü geri çəkdiyimi. Gecə dolunayda yenə gəldim dənizə, aya baxaraq söhbətlər etdim yenə. Özümə təşəkkür etdim. Əslində necə böyük qız olduğumu, 1 il ərzində nə qədər uzun yol qət etdiyimi gördüm. Allah və özümə təşəkkür etdim. Yolumun davam etməsi üçün böyük dəstəyə hər zaman ehtiyacım olduğunu (tanrıdan) etiraf etdim və iplərimi qopartdım. Bu arada Gökselin sen orda yoksun mahnısını eşidirdim içimdən. Malagada özümlə qucaqlaşdım.Heç bazdıq etmədim bu tətil boyunca. Bazdıq bir tərəfə qalsın heçkimlə tanış olub insan kimi ünsiyyət qurmaq istəmədim. Məncə dərinləşdikcə başa düşürəmhər kəs tək gəlir və tək gedəcək. İndi isə oteldə üzüklərimi taxıb cizgi filmi izləyirəm. Birazdan gedəcəm dənizə sonra çemodanımı yığıb sabah qayıdacam. Bakıya getmədən öncə Madridə ordan İstanbula gedəcəm.
Sum- etiraf etmək lazımdırsa bəli istəyərdim mən də tək olmayım. Hər fikrimi, sevincimi, üzüntümü paylaşacaq biri olsun, kimsə qayğımı çəksin, kiminsə qayğısına qalım, kimisə çox sevim və paylaşdırca artsın bu. Amma mən bunun olması üçün əlimdən gələni etmişəm, edirdim də amma olmursa niyə əlimdəki xoşbəxtliklərin üstündən xətt çəkim? Cütlükləri görəndə onları bədbəxt və loser kimi qiyməyləndirməyin doğru deyil, indi başa düşürəm, hamının bir yolu var. Allah mənə bunu vermirsə əvəzində iş uğurları və özünü sevmək kimi nemətlər yetirir. Bunlarla kifayətlənə bilərəm və yenə də xoşbəxt oluram. Əvvəl dəli olurdum bir daha sevgilim olmazsa ya tək qalarsam deyə. İndi bu da okeydi. Maraqlı insanam özümü yeyim. Bircə söyüş söyməyi tərgitsəm bomba olar. Günün sonunda öz özümə fikirləşirəm ki, bu qədər xərc oldu, əziyyət və stress var idi. Dəyərdimi buna görə? Hmm düşünüm. Bəli DƏYƏRDİ!