Tuesday, August 13, 2024

Hər şey bitsin

 Barcelondayam. Pulum da var, hər şey də deyəsən yolundadır. Amma mən içimi cırıram.Nə edirəm xoşuma gəlmirəm, hara gedirəm özümü sevmirəm. Olmur. Bacarmıram. İçimə nə qədər su tökürəm, bu quyu dolmur. Allahım, yalvarıram, bunu nankorluq olaraq qəbul etmə. Amma yaşamaqdan canım yanır, bəzən unuduram amma çox vaxt yenə eyni.. Həyatın tez bitməsi üçün edirəm bu cəhdlərin hamısını. Birini büt edib onu sevdiyimi düşünürəm, acı çəkirəm zad,  hədəf qoyub ona doğru qaçmaq sonra sevinc yerinə yenə özümü boşluqda hiss etmək. Doğurdan da həyatın tez bitməsi üçündür, yorucu gəlir əslində. Verdiyim cəhdlər, ümidlərimin son istifadə müddəti bitib.Bu belə bir lənətdiki, bəzən kimsə doğurdan ürəkdən mənə bağlananda, ona bağlananda susur biraz. Amma ümumilikdə ordadı. Keçmiş yoldaşımla Yunanıstan səfərində yaxşı idim. Deyəsən bütün xoşbəxtlik kreditimi bir anda xərcləyib bitirmişəm.

Bu yaşda day adam sevilmir, sevmək də giclikdir onu da görürəm.

Zəhərlənmişəm də. Dayanmadan götüm başım sözümə də qulaq asmır. Qusmağım gəlir hər zaman. Hər şeyə - Barcelonaya, özümə, adamlara.

Bircə dünən müzeydə gördüyüm bu heykəl mənə təsir etdi, ağladım.

Picassodan neqativ enerji aldım bügun. Məncə mən də Picasso kimi çəkirəm. Mənə sitayiş edən yoxdur sadəcə.

Qusmağım gəlir deyə içə bilmirəm. Heçnə çəkmək də istəmirəm. Yemək belə istəmirəm dərman içmək lazım olmasa onu da etmərəm.

Quzum, quzum beyninin içində cəhənnəm gəzdirirsən, hara gedirsən get. O səninlədir. İstər günəşli, istər inqlab, istər Barcelona.

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...