Saturday, February 24, 2024

Şeytanın etirafı

Otur, sənə necə vəhşiləşdiyimdən bəhs edim

Onları necə itirib, özümü necə tapdığımdan

Onlardan necə qorxub, onlardan da qorxulu olduğum hekayədir bu

Dişlərim daha iti, pəncələrim daha sərt

Bir zərbəmə dayana bilmir şayət

Beynim mənə oyunlar oynamaq istərkən

Onu belə çaşdırdığm həmlələr var

Bilirsən, qorxusuzluq nə zaman başlayır?

"Bundan sonrası ağrıtmaz" dediyin andır o

"Ağrıtmadıki" dediyin gün

"Məni itirənlərin qorxusu yoxdursa bu mənim üçün bir əyləncədir"  dediyin qətliam savaşı

Hər şeyi də itirməmişəm, çəkinmə!

Biraz qəmim var, biraz da yas saxlamışam

Onlar da əvvəlki istilində deyil, nə yalan deyim

Hər şeyi tək bacarmışam,

Bir az axışa buraxmışam, bu mənim ən böyük silahım olub

Heç kim haqq-hesabıma girib "icazə ver, kömək edim" demədiyi kimi

Bir şeytanın etirafı can yandırmaz

Amma şeytan hiss edirsə, üzülürsə?

Şeytan hiss edir, canı yanır!

Çünki şeytan da bir zaman mələk olub.

Rədd olun cəhənnəmimdən!

Canımı yandırmasaydınız qovmazdım sizi də

İnsani xislətlər, iyrənc qorxular, pis planlar

Mən burda cəzalandırmaq üçün varam.

Bir də uçmaq üçün...

Sizə uçmağın nə olduğunu anlatmadığım halda

Cəhənnəmimdə özümə cənnət düzəltdim

O da çox oldu, deyil mi sizə?

Onu da istədiniz məndən

Yandırdığım hər ocağı, kül etdiyim hər qəlbi Sizə ismarlayıram.

Ömür bpyu bir möcüzə gözlədim sizdən

Gəlməyəndə mən də öz möcüzəmi özüm yaratdım

Sonra möcüzəm də sizə iyrənc gəldi

Onu da istədiniz

Onu ki, verməyəcəm, bilirdiniz

Şeytanımı görən hər biri soxdu məni ən mənasız yoxluğa

Mən bəlkə də düşündüyünüzdən də daha qəddaram, yaratdığınız kimi


Noyabr 2023

Tuesday, February 20, 2024

Karma

Ne ağladım amma bu aralar! Özümü necə çarəsiz, tək, tərk edilmiş, istənməyən qısacası qorxduğum və basdırdığım bütün hislər kimi  hiss etdim. Mən özümə yatırım edib özümü dünyanın mərkəzinə qoymaq istərkən dünyanın məni əlinin tərsiylə itələməsi, "ammaaan, bu nə gündədir axı, özünü mənə layiq görür" dediyim adamın məni öz qüruruyla knock-out edib, mitiliyimi həyatından atması, ya da tupoy cındır narsist dediyim adamın "bax belə, qərarları mən verirəm, təyin etdiyim yerdə duracaqsan" hərəkətlərini görmək, anamın xaricə, ailəmin isə uzaqlara getməsi, bu aralar yaşadığım maddi sıxıntı Bakıda özümü çox tək və çarəsiz hiss etdirdi. Birdən özümü bir bazar axşamı Netflix izləyib, çay içərkən diz çöküb ağlayaraq gördüm. Ayağımda domaşniklər, başımda papaq yatağıma girib, saatlarca ağlayıb, eyni zamanda  "bəlkə kimdənsə kömək istəyim?" deyə düşünürdüm. Bu qədər ətrafı olan biri olaraq, hansı daşı atsan mənim bir dost tanışıma dəydiyini fərz etdiyim halda bir dənə də olsun dərdimi danışacaq ya da sadəcə "dur gəl, pisəm" deyəcək adamın olmaması reallığı bir başqa şəkildə qoydu mənə. Biraz üsyan etdim, dərmanlar təsir etmədəyi üçün həkimi söydüm, özümə qıya bilmədiyim üçün özümü, məni belə şikəst yetişdirdikləri üçün ailəmə nifrət püskürdüm, həyatıma girib- çıxıb onu alt-üst edən bütün adamlara lənət oxudum, mən ağlayıb acı çəkdiyim halda götünü qaldırıb o otaqdan bu otağa gəlib məni təsəlli etməyən pişiyimi qınadım. Amma sonra bitdi! Bitdi! Sadəcə bir cümlə, bir dua çıxdı ağzımdan "Allahım, bütün keçmiş hesablarımı bağla, kimə nə etmişəmsə bağışla, bitsin artıq karma imtahanım bununla."

Dedim yatdım. Təbiiki, səhər yüksək doza əhval ruhiyyə ilə oyanmadım, amma nədənsə düşündükcə 1 gecə əvvəl mənə acı verən şeyləri artıq mənə yer etmirdi. Məni incidən adamların adlarını qəsdən özüm üçün tez-tez çəkirəm indi də, yoxlayım, görüm qanadır ya yox. Etinasızam. Bəli, itirdim, uduzdum, səhv etdim. Bunu qəbul etmək lazımdır. Mən bunu qismən qəbul edib, özümə hikkəmi, əsəbimi artırırdım. Özümə əsəbləşirdim, bu məsələni həll etməyin tək yolu, yeni bir səhv edib, onlara da bu hissi yaşatmaq olduğunu düşünürdüm. Beləcə, karma davam edib, gəlib məni minirdi.Özümü hlə svegiylə bağışlamışammı, əmin deyiləm. Amma əmin olduğum bir məsələ var, yenə eyni tələyə düşmək istəmirəm. Tək qalmaq, tək olmaq okeydi. Sənin nə qədər gözəl, nə qədər uğurlu və nə qədər fərqli olmağın ətrafdakı tamaşaçılar üçün deyil sənin üçündür. Bunu görməyə adam olması, və ya olmaması eyni şeydir. 

Əslində ataka anında necə ölmək istəyirdim, sadəcə ölmək.

İndi isə baxıram, necə gözəl hissdir yaşamaq, var ola bilmək, özünlə təcrübəni paylaşmaq. 

İndi sadəcə aydın hədəf və gedəcək yol arzu edirəm özümə💗

Wednesday, February 14, 2024

What if?

 -Birdən xəyalımdakı cakuzili və meqopolis mənzərəli mənzili tapıb köçsəm?

-Yeni iş yerində qısa müddətdə özünü sübüt edib, maaşın və hörmətim birdən qalxsa?

-İdeyam qəfildən investorun diqqətini çəksə və 2milyon büdcə ayrılsa?

-Mastera qəbul alsam (UK-də)

-Həyatımın eşqini tapsam və o axtardığım healing enerjisini nəhayət hiss etsəm

-Bir gün oyansam və özümü həyatımın sonuna kimi güvəndə hiss etsəm

-Martda bir neçə yeni ölkə kəşf etsəm

-Maraqlı sürprizlərlə qarşılaşsam və özümlə haqq-hesabını bağlasam, məsələn at kimi gedənlərin it kimi qayıtması kimi və mənim də bu tsikli bağlamağım kimi


Friday, February 9, 2024

Yuxum

Gece meditasiya edib yatdım. Gecenin bir vaxtı oyandım, zehnim düşünmək üçün mənə mövzü verdi "O xiyar səninlə görüşdən sonra yazmadı sənə" - deyə, mənsə tam başqa bir adama çevrilmişdim, bu mövzu tennis topu kimi divara deydi və qayıtdı, heç incitmədən və yox oldu o top. Sonra Zehnim canımın yanacağı başqa bir mövzu verdi, ruhum cavab verdi "Başa düşmədin, mən artıq başqa yerdəyəm, bunlar mənə təsir etmir" və zehnim bu cavaba susdu. Bütün bədənim, ruhum, zehnim o qadına sitayiş etdi. Mən şokdaydım, və yatdım. Səhər durdum. Yənə əvvəlki mən.

Mən o qadını istəyirəm! Və söz verirəm, onu gətirəcəm, nəyin bahasına olur olsun, o olacam!

Thursday, February 1, 2024

Uğurların yoxsa komplekslərin səndən qabaqda getsin?

 0-lanma nöqtəsində necə hərşeyin yaxşı olacağını inanırdıqsa elə də oldu hərşey, yaxşıdan da yaxşı.

Mükəmməl təyinat, hamının təbrik etməsi, bomba kommunikasiya və s.

Amma səbəbkar olaraq bu məsələnin həzzini yaşaya bilmədən yenə özümü yükləməyi bacardım.

1- Ay blət birdən öhdəsindən gələ bilməsəm? Natamamlıq kompleksi

2- Ay da bəs mənim şəxsi həyatım? İşimlə nigah bağlamağa məcbur oldum

3- Çox yaxından tanısalar məni sevməyəcəklər.

Bu düşüncələr arasında gedib- gəlib özümü incitməyə davam edirdim. Necə də zəhlətökəndir - hər mövsümdə, hər ruh halında, hər sahədə və hər vasitə ilə özümü incitməyi bacarırdım. Bəs mən yazıq deyiləm? Niyə özümə yazığım gəlmir, hamıya yazığım gəldiyi halda.

Okey başa düşürəm uşaq vaxtı kompleksləri, uşaq çiyinlərinə uyğun olmayan qarşılaşdığım məsuliyyət və yüklər, içimə yerləşən qəddar valideyn səsi. Amma mən ki artıq bir ayağı gorda olan qadınam, niyə hələ də eyni şeyi özümə etməyə davam edirəm?

Tanrı mənə şans verib, yaxşı işə layiq görülmüşəm, bunun sevincini yaşamalı olduğum təqdirdə başlamayan yüklərin altına soxub özümü, dram yaşayıram.

1-Balam, mən nələrin öhdəsindən gəlməmişəm ki, bunun öhdəsindən gəlmək mənə samokat düzəltmək kimi asandı. Ayrıca da mən özüm kimi insan görməmişəm yer üzündə, özüm kimi güclüsünü  görməmişəm- həm güclü, həm də ağıllı (Düzdü şüurlu şəkildə ağılsız etməyi sevsək də). Özünü ifadə etməyi öyrənmək lazımdı. Bir də günahkar və utanc duyğusundan uzaqlaşmaq lazımdır. Kim bizə sifət edir, kim bizə nifrət edir və demirsə bu bizim haqq hesabımız deyil axı bunların komplekləridir, bizimlə əlaqəsi yoxdur. 

2-Qırğın da şəxsi həyatın var idi axı daha əvvəl də. Harda gijdillax narsist var idi ona xidmət edirdi beynin. Yadına gəlirsə biz qərar vermişik, bundan sonra həyatımıza ancaq good boy alacayıq. Good boyu da hər zaman həyatımıza ala bilərik, işləmək buna mane deyil.

Əslində çox sevinirəm, bir circle-u bağladığımıza görə. Ən çox münasibətlərlə bağlı, burdan Rumiyə aşıq  olub, Stoik fəlsəfəni dəstəkləyib bu qədər needy olmağı necə bacarmışdım axı mən?

Bunları gözümdə böyütməkdə məqsəd də onların dəyərini vermək deyildi, özümə olan şiddəti daha da artırmaq, özümə daha çox əziyyət vermək idi.

İndiki bunun fərqindəyik, hər ağlımız bizdən vaz keçib o tərəflərə gedəndə xatırlayacağımız bir şəxs var - özümüz! Bizim uşaqlıqdan bəri vaz keçdiyimiz, amma dünyanın ən maraqlı insanı, və mənə ən sadiq birini. Özümüzə yatırım etdikcə bu problem də ortadan qalxacaq. Özünə yatırım isə aşağıdakı formada olacaq:

-üzməyə davam (treynerlə)

-İdmana yazıl (treynerlə)

-Yogaya davam

-Bəs sağlam qidalanma

-Meditasiya

-Götdü başlı psixoloq tapsan seanlara davam

-Evi təmiz saxla

-Çox pul xərcləməməyə diqqət et

-Lütfən arxasınca sürünməyə layiq qadın olduğunu unutma


3-İstəyirlər sevsinlər, istəmirlər sevməsinlər!

Mən də hamını sevmirəm, heçkim də mənim onları necə sevməmlə bağlı fikrimə müdaxilə etmir. Mən də edə bilmərəm. Ayrıca da kimsə məni sevmirsə bu onların triggeri ilə bağlıdır, əgər bu məni narahat edirsə artıq mənim triggerimdi. Triggerləri tanımaq yaxşı olar. Həm də baxıram, özümə qarşı diqqətli olduqca doğurdan da sevilməyə layiq insan olduğumu görürəm. Kimsə sikik kimi davranibsa mənə bunu özümə bu cür hərəkət paternini necə də davam edirəm etməyə?

Daha ağıllı davranmaq olar? Məsələn emosiyalarına da sahib çıxmaq. Okey üzülmək istəyirəm, üzülüm zad. Həm də ki, balam, papa düz deyir düşünmək yerinə şükür etmək lazımdı. İnsanlara bağlı olan anılar aldadıcı və yarımçıqdır. Allahla bağlı olan hər anı (Əsasən şükür və özünlə olmaq) çox bomba şeydi.

Pis - yaxşı təcrübə deyilən birşey yoxdur. Təcrübə var.

Hər şey müvəqqətidir, emosiya da!

Heç nə təsadüfi deyil, bura gəlməyim kimi, bu təcrübəni yaşadığım kimi, bu hissi keçirdiyim kimi.

Heçnəyə bağlanma, nəyəsə bağlanmaq istəyirsənsə özün ordasan!



YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...