Tuesday, February 20, 2024

Karma

Ne ağladım amma bu aralar! Özümü necə çarəsiz, tək, tərk edilmiş, istənməyən qısacası qorxduğum və basdırdığım bütün hislər kimi  hiss etdim. Mən özümə yatırım edib özümü dünyanın mərkəzinə qoymaq istərkən dünyanın məni əlinin tərsiylə itələməsi, "ammaaan, bu nə gündədir axı, özünü mənə layiq görür" dediyim adamın məni öz qüruruyla knock-out edib, mitiliyimi həyatından atması, ya da tupoy cındır narsist dediyim adamın "bax belə, qərarları mən verirəm, təyin etdiyim yerdə duracaqsan" hərəkətlərini görmək, anamın xaricə, ailəmin isə uzaqlara getməsi, bu aralar yaşadığım maddi sıxıntı Bakıda özümü çox tək və çarəsiz hiss etdirdi. Birdən özümü bir bazar axşamı Netflix izləyib, çay içərkən diz çöküb ağlayaraq gördüm. Ayağımda domaşniklər, başımda papaq yatağıma girib, saatlarca ağlayıb, eyni zamanda  "bəlkə kimdənsə kömək istəyim?" deyə düşünürdüm. Bu qədər ətrafı olan biri olaraq, hansı daşı atsan mənim bir dost tanışıma dəydiyini fərz etdiyim halda bir dənə də olsun dərdimi danışacaq ya da sadəcə "dur gəl, pisəm" deyəcək adamın olmaması reallığı bir başqa şəkildə qoydu mənə. Biraz üsyan etdim, dərmanlar təsir etmədəyi üçün həkimi söydüm, özümə qıya bilmədiyim üçün özümü, məni belə şikəst yetişdirdikləri üçün ailəmə nifrət püskürdüm, həyatıma girib- çıxıb onu alt-üst edən bütün adamlara lənət oxudum, mən ağlayıb acı çəkdiyim halda götünü qaldırıb o otaqdan bu otağa gəlib məni təsəlli etməyən pişiyimi qınadım. Amma sonra bitdi! Bitdi! Sadəcə bir cümlə, bir dua çıxdı ağzımdan "Allahım, bütün keçmiş hesablarımı bağla, kimə nə etmişəmsə bağışla, bitsin artıq karma imtahanım bununla."

Dedim yatdım. Təbiiki, səhər yüksək doza əhval ruhiyyə ilə oyanmadım, amma nədənsə düşündükcə 1 gecə əvvəl mənə acı verən şeyləri artıq mənə yer etmirdi. Məni incidən adamların adlarını qəsdən özüm üçün tez-tez çəkirəm indi də, yoxlayım, görüm qanadır ya yox. Etinasızam. Bəli, itirdim, uduzdum, səhv etdim. Bunu qəbul etmək lazımdır. Mən bunu qismən qəbul edib, özümə hikkəmi, əsəbimi artırırdım. Özümə əsəbləşirdim, bu məsələni həll etməyin tək yolu, yeni bir səhv edib, onlara da bu hissi yaşatmaq olduğunu düşünürdüm. Beləcə, karma davam edib, gəlib məni minirdi.Özümü hlə svegiylə bağışlamışammı, əmin deyiləm. Amma əmin olduğum bir məsələ var, yenə eyni tələyə düşmək istəmirəm. Tək qalmaq, tək olmaq okeydi. Sənin nə qədər gözəl, nə qədər uğurlu və nə qədər fərqli olmağın ətrafdakı tamaşaçılar üçün deyil sənin üçündür. Bunu görməyə adam olması, və ya olmaması eyni şeydir. 

Əslində ataka anında necə ölmək istəyirdim, sadəcə ölmək.

İndi isə baxıram, necə gözəl hissdir yaşamaq, var ola bilmək, özünlə təcrübəni paylaşmaq. 

İndi sadəcə aydın hədəf və gedəcək yol arzu edirəm özümə💗

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...