Thursday, February 1, 2024

Uğurların yoxsa komplekslərin səndən qabaqda getsin?

 0-lanma nöqtəsində necə hərşeyin yaxşı olacağını inanırdıqsa elə də oldu hərşey, yaxşıdan da yaxşı.

Mükəmməl təyinat, hamının təbrik etməsi, bomba kommunikasiya və s.

Amma səbəbkar olaraq bu məsələnin həzzini yaşaya bilmədən yenə özümü yükləməyi bacardım.

1- Ay blət birdən öhdəsindən gələ bilməsəm? Natamamlıq kompleksi

2- Ay da bəs mənim şəxsi həyatım? İşimlə nigah bağlamağa məcbur oldum

3- Çox yaxından tanısalar məni sevməyəcəklər.

Bu düşüncələr arasında gedib- gəlib özümü incitməyə davam edirdim. Necə də zəhlətökəndir - hər mövsümdə, hər ruh halında, hər sahədə və hər vasitə ilə özümü incitməyi bacarırdım. Bəs mən yazıq deyiləm? Niyə özümə yazığım gəlmir, hamıya yazığım gəldiyi halda.

Okey başa düşürəm uşaq vaxtı kompleksləri, uşaq çiyinlərinə uyğun olmayan qarşılaşdığım məsuliyyət və yüklər, içimə yerləşən qəddar valideyn səsi. Amma mən ki artıq bir ayağı gorda olan qadınam, niyə hələ də eyni şeyi özümə etməyə davam edirəm?

Tanrı mənə şans verib, yaxşı işə layiq görülmüşəm, bunun sevincini yaşamalı olduğum təqdirdə başlamayan yüklərin altına soxub özümü, dram yaşayıram.

1-Balam, mən nələrin öhdəsindən gəlməmişəm ki, bunun öhdəsindən gəlmək mənə samokat düzəltmək kimi asandı. Ayrıca da mən özüm kimi insan görməmişəm yer üzündə, özüm kimi güclüsünü  görməmişəm- həm güclü, həm də ağıllı (Düzdü şüurlu şəkildə ağılsız etməyi sevsək də). Özünü ifadə etməyi öyrənmək lazımdı. Bir də günahkar və utanc duyğusundan uzaqlaşmaq lazımdır. Kim bizə sifət edir, kim bizə nifrət edir və demirsə bu bizim haqq hesabımız deyil axı bunların komplekləridir, bizimlə əlaqəsi yoxdur. 

2-Qırğın da şəxsi həyatın var idi axı daha əvvəl də. Harda gijdillax narsist var idi ona xidmət edirdi beynin. Yadına gəlirsə biz qərar vermişik, bundan sonra həyatımıza ancaq good boy alacayıq. Good boyu da hər zaman həyatımıza ala bilərik, işləmək buna mane deyil.

Əslində çox sevinirəm, bir circle-u bağladığımıza görə. Ən çox münasibətlərlə bağlı, burdan Rumiyə aşıq  olub, Stoik fəlsəfəni dəstəkləyib bu qədər needy olmağı necə bacarmışdım axı mən?

Bunları gözümdə böyütməkdə məqsəd də onların dəyərini vermək deyildi, özümə olan şiddəti daha da artırmaq, özümə daha çox əziyyət vermək idi.

İndiki bunun fərqindəyik, hər ağlımız bizdən vaz keçib o tərəflərə gedəndə xatırlayacağımız bir şəxs var - özümüz! Bizim uşaqlıqdan bəri vaz keçdiyimiz, amma dünyanın ən maraqlı insanı, və mənə ən sadiq birini. Özümüzə yatırım etdikcə bu problem də ortadan qalxacaq. Özünə yatırım isə aşağıdakı formada olacaq:

-üzməyə davam (treynerlə)

-İdmana yazıl (treynerlə)

-Yogaya davam

-Bəs sağlam qidalanma

-Meditasiya

-Götdü başlı psixoloq tapsan seanlara davam

-Evi təmiz saxla

-Çox pul xərcləməməyə diqqət et

-Lütfən arxasınca sürünməyə layiq qadın olduğunu unutma


3-İstəyirlər sevsinlər, istəmirlər sevməsinlər!

Mən də hamını sevmirəm, heçkim də mənim onları necə sevməmlə bağlı fikrimə müdaxilə etmir. Mən də edə bilmərəm. Ayrıca da kimsə məni sevmirsə bu onların triggeri ilə bağlıdır, əgər bu məni narahat edirsə artıq mənim triggerimdi. Triggerləri tanımaq yaxşı olar. Həm də baxıram, özümə qarşı diqqətli olduqca doğurdan da sevilməyə layiq insan olduğumu görürəm. Kimsə sikik kimi davranibsa mənə bunu özümə bu cür hərəkət paternini necə də davam edirəm etməyə?

Daha ağıllı davranmaq olar? Məsələn emosiyalarına da sahib çıxmaq. Okey üzülmək istəyirəm, üzülüm zad. Həm də ki, balam, papa düz deyir düşünmək yerinə şükür etmək lazımdı. İnsanlara bağlı olan anılar aldadıcı və yarımçıqdır. Allahla bağlı olan hər anı (Əsasən şükür və özünlə olmaq) çox bomba şeydi.

Pis - yaxşı təcrübə deyilən birşey yoxdur. Təcrübə var.

Hər şey müvəqqətidir, emosiya da!

Heç nə təsadüfi deyil, bura gəlməyim kimi, bu təcrübəni yaşadığım kimi, bu hissi keçirdiyim kimi.

Heçnəyə bağlanma, nəyəsə bağlanmaq istəyirsənsə özün ordasan!



No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...