Monday, April 29, 2024

Möcüzə istəyirəm

 Oturub işdə, günü planlayarkən əslində doğurdan nə istədiyimi düşündüm.

Bir möcüzə olsa həyatım birdən - birə mükəmməl şəkildə dəyişdə bəlkə.

İş təklifi alsam, ya birşey ani qərarla avropaya köçsəm. Yenidən, 0-da, maraqlı insanların əhatəsində həyatımı qurmağa başlasam.

Qayığılarım olmasa- ay bu məni sevər mi, bu mənə pislik edər mi, bu adamın agendası nədir, bu xiyar niyə yoluma girir, bu gicbəsər niyə salam vermədi, bu niyə sifət edir, mən nə etdim kimi.

Hər ay dəli kimi alış veriş etməyə, borclar yığmağa və yeni qorxu və məsuliyyətlər yaratmağa ehtiyac qalmasa. Özümlə olduğum kimi olmağın özümə və insanlara necə xoşbəxtlik gətirdiyini görsəm.

Yaşadığım neqativ təcrübülər insanları insanlardan qorumaq üçün danışılası ibrətlik hekayələr yerinə, gözəl ortamları səmimiləşdirən bir vasitə olsa.

İnsanlardan qorxmasam, sevsəm, özümü qorumağa ehtiyac qalmasa

Hər gün yeni bir maraqlı təcrübə, yeni bir rəng qatsam həyatıma

Sosial qayğılarım heç olmasa

Amin amin amin

Thursday, April 25, 2024

Xoşbəxtlik üçün kredit

 Bu aralar , əslində bu aralar yox uzun zamandır, sanki qara polosa həyatımda məni izləyir. Təpiklənmiş, yıpranmış və özümlə disconnectem bəlkə 3-4 ildir. Amma bu aralarda yaşadıqlarım biraz məni silkələdi. 

İlk öncə onu deyim ki, narsisstdən ayrılma yaxşı qərar idi. Özümü çox gümrah hiss etməyə başladım, və alta çəkilmirdim. 

Amma yavaş-yavaş gündəlik haqq-hesablar üstümə gəlməyə başladı. Vergi borcu, kreditlər, 3-4 aydır ödəmədəyim evin pulu, ona görə evdin elektrikini kəsməkləri, avtoqəza,iş yerində müdirlə aramda olan soyuqluq və özümü israrla təsdiq etmək cəhdim və alınmadıqca daha da aşağı düşməm və aqqressivləşməm, rədd cavabı aldığım kreditlər və s.

Off partlayacaq ana gəldim. Ailəm kömək etmir, kimsə kömək etmir, kömək də istəyə bilmirəm.

Sonra ayıldım ki, dəli kimi düşünürəm, dəli kimi. Başqa içəriyə heç bir düşüncə almadan.Və o an bir video çıxdı qarşıma, şükür etməklə bağlı. Məndə beynimdə işıqlar yandı, neçə vaxtdır, eyni dairənin içində fırlandığımı gördüm. Ancaq problem üyüdürəm, problem həzm edirəm. Problem mənim alışdığım dairə olub, ondan kənara çıxa bilmirəm, bu mənə xoş gəlir, ona görə də ancaq şikayət etməklə kayf alıram.

Bunu başa düşdüyüm an hərşey dəyişdi. Kredit aldım, evini pulunu ayırdım, borcların bir hissəsini bağladım, business coach tutdum özümə, yoga falan, və başa düşdüm ki, mənim özümlə real olmayan an pis hiss etməyə başlayıram, enerjim tükənir. Saxtakarlıq edəndə, ya özümü nəyəsə məcbur edəndə. Amma olduğum kimi olanda, öz xətlərimi, sərhədlərimi çəkəndə bu mənəm. Çox yaxşı olur.

İstər iş olsun, istər münasibət olsun bunlarda hansısa müvəqqəti uğura görə özümdən əl çəkməməliyəm.

Hələlik harmoniya halım davam edir, bunu artırdıqca qorxmaya bilmirəm. Çünki bağlarım azalır, bağlarım azaldıqca azadlığım çoxalır. Mənə elə gəlir 1 ilə evimi satıb, pulunu götürüb bu ölkəni tərk edəcəm. 

Yaxşı, şad xürrəm, ağıllı şeyləri yazdım. Əsas gijdillax halımdan da bir misal gətirməyi özümə borc bilirəm. Narsisst üçün çox darıxmışam, hər yerdə qoxusu sanki burnuma gəlir. İt kimi onun da darıxdığını hiss edirəm. Hətta gül göndərib, nə blokdan açmışam nə də yazmışam. 

Offf sonra bu xəstəlikdir deyirlər, bu kimyadır. Kimya dəli edir

Amma Şükür ki, bu hisləri də yaşaya bildim

Wednesday, April 17, 2024

Canım mən

 Bu aralar deyəsən biraz əsəbiyəm, hamıya, hərəkət edən- etməyən hərşeyə. Özümə də, ən çox özümə.

Ümid edirəm PMS-lə əlaqəlidir və keçəcək.

Digər türlü çətin olar. Əslində bomba idime, gərək kafamı güzelleştirməzdim 2 gün qabaq, yaramır atam, deyəsən yaş o yaş deyil. Artıq sağlam həyat, açıq hava, sidik katateri zad dostum olacaq. Bir də narahat edən məsələlərdən biri, mən maraqlı həyat istəyirəm, amma elə bilirəm yaşamıram. Amma istəyirəme, çox da can da atmıram. İşdən sonra kiminləsə görüşüb, ailə-məişət söhbətlərini etməyə həvəsim qalmır, onun yerinə basıb probkada 2saat yol gedib düşünmək mənə daha cəzbedici gəlir. Hə, dostum, etiraf etmək lazımdırsa deyəsən insanları sevmirəm, yorulmuşam onlardan. Bəlkə də, özümdən də. Amma bu çərçivəni maraqlı hala sala bilmə də özümdən asılıdır. Gərək adam balası kimi götümü qoyub bir yerə məni narahat edən şeyləri yazım. Hadi bakalım:

-Yeni işimdə hələ də özümü təsdiqlədiyimi düşünmürəm. Hətta mənə bu işin çox böyük vəzifə olduğunu düşünürəm və durmadan özümü təsdiq etməyə çalışıram. Amma digər tərəfdən də məndən qabaq bu vəzifədə olan adamdan qat-qat çox iş çıxartdığımın fərqindəyəm, hətta bir çox ölkədə bu vəzifədə olandan. Sadəcə mənim problemim odur ki, mənim səalihiyyətim, resursum və komandan yoxdur. Özümü aşağı çəkməyə səbəb axtarıram sadəcə.

-Kreditlər almışma çox-çox hamısı üstümə gəlir. Bu qədər maaş almağıma baxmayaraq, dayanmadan borcdayam. Niyə belə olur, maddi rahatlıq tapa bilmirəm.

Bir kredit çəkib, digər kreditlərimi bağlayacam :)

-Hərlənib, fırlanıb mənasız adamları, eyni adamları düşünürəm və bundan heç də xoşhal deyiləm. Çünki, heç bir motivasiyam yoxdur onların həyatıma qayıtmasına və sairə. Kimə nə etmişəm, zor eləmişəm.

Tamam bunları anladıq, bizi aşağı çəkən şeylər. Bəs həyatımın necə olmasını istəyərdim?

1-Sərhədlərim və sərhədlərimə sadiq olmaq istəyərdim

2-Özümü sevmək və heç bir situasiya, insan haqda düşünməmək

3-Zəifliklər və vərdişlərdən arınmış, özüylə align

4-Sağlam həyat tərzində

5-60 kilo

6-Cild keyfiyyəti yerində 

7-Tenis oynayır həftədə 1 dəfə

8- 2həftədə bir rayona getmək

9-2 ayda bir xaricə getmək

10-Pul yığmaq və evi dəyişmək

11- Övladlıq götürmək

12-Bağ evi almaq

13-Həyatımın eşqini tapım


Tuesday, April 9, 2024

Soxum Bişimbaeva

 Üzüm səpib

Saqqalım çıxıb

Bığlarım da

Qaşım da gəlib

Deyəsən qara ciyəri küsür

Uff çox borcum var

Amma içim çox rahatdı

Ruhuma bahar gəlib

O qədər gözəl hiss edirəm ki özümü

Daha çox hüzurlu

Narsissti də göndərdim ona görə də ola bilər

Bahar gəlir ona görə də ola bilər

Beynimi yoran bircə Bişimbaev məsəli var

Ona da soxum, cındır

Arvadını necə öldürüb 

İnşallah cəzasını çəkər

Qız dəfələrlə döyülməyinə baxmayaraq həmişə ona geri qayıdırdı

Sonra da sevdiyi adam tərəfindən döyərək öldürülür

İndi də məhkəmədə cındır arvadını qaralayır, xəstə kimi göstərməyə çalışır

Ölümdə elə qızın özünün günahı olduğunu işarələyir

Halbuki çox əminəm ki, qız ona görə ölməyə də razı olardı

Amma onun əlindən ölmək nə bilim

Bəlkə də sağ qalsaydı yenə də cəlladını bağışlayardı

Çox az qadın, o qadın kimi ağır keçmişi olan, asanlıqla cəlladını bağışlaya bilmir

Amma nəysə ki, məndə belə deyil

Wednesday, April 3, 2024

Yorulmuşam

 Necə acı çəkirəm, necə...

O qədər həvəslə, səbrsizliklə həyatın bitməyini gözləyərkən (uşaqlıqdan bəri)o uzana- uzana gedib canımı yandırmağa davam edir. Hər dəfəsində bunu bir insana yükləyib, onlardan qanaqlı səbəblər yaradıram, nifrət edirəm, sevirəm bəzən zad. Amma problem heçkim deyil, mənəm. Mən yaşamaq istəmirəm əslində, heç vaxt da istəməmişəm. Özümü uşaqlıqdan tanıyandan bəri, heç vaxt. Həyatımı da ölmək üçün səbəblər axtararaq cürüdürəm, amma ölməyə də götüm çatmır. Özümü inkişaf etdirdikcə həyatın heç də pis yer olmadığını özümə inandırmağa çalışıram, bəzən məndə yaxşı alınır.

Yazdım yuxarıdakıları, ağladım zad. Gördüm halım özümə gəlmir, çıxdım çölə, yenə özüçə gəlmirdim. Davudu silmək qərarı aldım, ona good-bye mesajı yazdım, özümə gəldim.

Allahım, bir insan digər insanın tarazlığını heçnə etməyərək bu qədər sallaya bilər?

Çox xahiş edirəm, bir də özünə belə pislik etmə. Bir də həyatına qaytarma.

O vaxt aeroportda blok elədiyin kimi davam etsəydin, həyatın daha yaxşı keçəcəkdi. Sən qaşındın axı "gəl həyatıma sıç" deyə əlindən gələni əksik etmədin.


Hətta bu post belə çoxdur bu münasibətə, hadi işə və həyata  davam!

Monday, April 1, 2024

Off Vinnie, off

 Mən də elə bilirdim sevgilim narsist imiş.

Sən demə sevgilim bildiyin düz, qatqısız, organic geri-zekalıymış.

Bunu yazdım çox şad xürrəm idim, sonra bi düşündüm ki, niyə xoşbəxt olmadım. Kiminsə açığını tutmağın sevinc verəcəyini düşünmək nə qədər də bəsit beyinin işidir. Bəlkə də, elə narsist mənəm. 

Hər nədirsə düşünmək istəyirəm. Görəsən mən niyə belə partnerlarımla müharibə edirəm, niyə həmişə özümü qurban, partnerumu narsist görürəm, niyə həmişə bunları ələ salıb, pisləməkdən kayf alıram.

Olmaz ki, ürəyimə, həyatıma, bədənimə yaxın buraxdığım adamın hər tərəfi ilə qəbul edim, ayrılanda da normal şəkildə bitirim. Məncə mən kamilləşməliyəm!

Ümumiyyətlə təkcə dəcəlliklə bağlı yox, bütün ünsiyyət formalarında özümü qurban şeyinə soxmaqdan əl çəkməliyəm. Nə kimsə məni xoşbəxt etməyə söz verib, nə də  mən insanlardan asılı deyiləm.

İnsanları boş vermək lazımdı, özümlə həyacanlı gözəl anları çoxlatmalı və arıqlamalıyam.


Ölkədən çıxıb getməliyəm.

Amma öncə startapımı etməliyəm.


YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...