Monday, April 29, 2024

Möcüzə istəyirəm

 Oturub işdə, günü planlayarkən əslində doğurdan nə istədiyimi düşündüm.

Bir möcüzə olsa həyatım birdən - birə mükəmməl şəkildə dəyişdə bəlkə.

İş təklifi alsam, ya birşey ani qərarla avropaya köçsəm. Yenidən, 0-da, maraqlı insanların əhatəsində həyatımı qurmağa başlasam.

Qayığılarım olmasa- ay bu məni sevər mi, bu mənə pislik edər mi, bu adamın agendası nədir, bu xiyar niyə yoluma girir, bu gicbəsər niyə salam vermədi, bu niyə sifət edir, mən nə etdim kimi.

Hər ay dəli kimi alış veriş etməyə, borclar yığmağa və yeni qorxu və məsuliyyətlər yaratmağa ehtiyac qalmasa. Özümlə olduğum kimi olmağın özümə və insanlara necə xoşbəxtlik gətirdiyini görsəm.

Yaşadığım neqativ təcrübülər insanları insanlardan qorumaq üçün danışılası ibrətlik hekayələr yerinə, gözəl ortamları səmimiləşdirən bir vasitə olsa.

İnsanlardan qorxmasam, sevsəm, özümü qorumağa ehtiyac qalmasa

Hər gün yeni bir maraqlı təcrübə, yeni bir rəng qatsam həyatıma

Sosial qayğılarım heç olmasa

Amin amin amin

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...