Thursday, April 25, 2024

Xoşbəxtlik üçün kredit

 Bu aralar , əslində bu aralar yox uzun zamandır, sanki qara polosa həyatımda məni izləyir. Təpiklənmiş, yıpranmış və özümlə disconnectem bəlkə 3-4 ildir. Amma bu aralarda yaşadıqlarım biraz məni silkələdi. 

İlk öncə onu deyim ki, narsisstdən ayrılma yaxşı qərar idi. Özümü çox gümrah hiss etməyə başladım, və alta çəkilmirdim. 

Amma yavaş-yavaş gündəlik haqq-hesablar üstümə gəlməyə başladı. Vergi borcu, kreditlər, 3-4 aydır ödəmədəyim evin pulu, ona görə evdin elektrikini kəsməkləri, avtoqəza,iş yerində müdirlə aramda olan soyuqluq və özümü israrla təsdiq etmək cəhdim və alınmadıqca daha da aşağı düşməm və aqqressivləşməm, rədd cavabı aldığım kreditlər və s.

Off partlayacaq ana gəldim. Ailəm kömək etmir, kimsə kömək etmir, kömək də istəyə bilmirəm.

Sonra ayıldım ki, dəli kimi düşünürəm, dəli kimi. Başqa içəriyə heç bir düşüncə almadan.Və o an bir video çıxdı qarşıma, şükür etməklə bağlı. Məndə beynimdə işıqlar yandı, neçə vaxtdır, eyni dairənin içində fırlandığımı gördüm. Ancaq problem üyüdürəm, problem həzm edirəm. Problem mənim alışdığım dairə olub, ondan kənara çıxa bilmirəm, bu mənə xoş gəlir, ona görə də ancaq şikayət etməklə kayf alıram.

Bunu başa düşdüyüm an hərşey dəyişdi. Kredit aldım, evini pulunu ayırdım, borcların bir hissəsini bağladım, business coach tutdum özümə, yoga falan, və başa düşdüm ki, mənim özümlə real olmayan an pis hiss etməyə başlayıram, enerjim tükənir. Saxtakarlıq edəndə, ya özümü nəyəsə məcbur edəndə. Amma olduğum kimi olanda, öz xətlərimi, sərhədlərimi çəkəndə bu mənəm. Çox yaxşı olur.

İstər iş olsun, istər münasibət olsun bunlarda hansısa müvəqqəti uğura görə özümdən əl çəkməməliyəm.

Hələlik harmoniya halım davam edir, bunu artırdıqca qorxmaya bilmirəm. Çünki bağlarım azalır, bağlarım azaldıqca azadlığım çoxalır. Mənə elə gəlir 1 ilə evimi satıb, pulunu götürüb bu ölkəni tərk edəcəm. 

Yaxşı, şad xürrəm, ağıllı şeyləri yazdım. Əsas gijdillax halımdan da bir misal gətirməyi özümə borc bilirəm. Narsisst üçün çox darıxmışam, hər yerdə qoxusu sanki burnuma gəlir. İt kimi onun da darıxdığını hiss edirəm. Hətta gül göndərib, nə blokdan açmışam nə də yazmışam. 

Offf sonra bu xəstəlikdir deyirlər, bu kimyadır. Kimya dəli edir

Amma Şükür ki, bu hisləri də yaşaya bildim

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...