Friday, May 31, 2024

Və başlasın yeni həyat!

 4 illik bir döngünü bağlayıram və yenə köçürəm!

Çox düşündüm, evimi çox sevirəm, mənzərəsi bombadı, içindəki xatirələrim əladır, içində çox gözəl və sürətlə böyüdüm. Amma mənim yeni hekayəyə, daha gözəl xatirələrə ehtiyacım var, daha rəngli və çox pozitiv. Burda biraz üzüntü də olub, onu da sevirəm amma daşımaq istəmirəm. Mən yollarda da vaxt itirmək istəmirəm, o da var. Hər saniyəmin qədrini bilmək və həyatdan zövq almaq istəyirəm.

Bu öz yerində, digər tərəfdən artıq layiqliyimi başa düşürəm. Daha yaxşı həyata, daha gözəl davranılmağa. Nədəndə hiss edirəm ki, bundan sonra həyatımda pozitiv dəyişikliklər bir - birini izləyəcək.

Davudun narssistik çıxışları məni incitmir, hətta onun narssist olduğunu daha düşünmürəm, əslində heç düşünmürəm deyəsən onun haqqında. Mənim üçün düşünmək = can yanmaq, əgər artıq canım yanmırsa çox da şey etmirəm. Mənim evin ilk 3 ayını ödədi. 

Bu arada dostlarımıa bağlı da oxşar laqeydlik hökm sürür qəlbimdə. Yəqin borderline-ım azıb. Amma düşününcə bəlkə də, borderline məni müdafiə edən əsas mexanizmdir. Anyways - bir tərəfdən sosiallaşım, izolə olmayım deyə mərkəzə doğru köçmək istədikcə, digər tərəfdən dostlarımdan xoşum gəlir. Bir də bəlkə də, doğurdan da heç kimin əsl dostu yoxdur özündən başqa. Həm də bəlkə də həmişə belə olub amma indi özümə qarşı daha şüurluyam, həm əksiklikləri görə bilirəm özümün, həm də başa düşürəm ki, insanlara çox da ehtiyacım yoxdur və içimdəki uşağa dönmüşəm.

Bu arada çoxdan içimdəki uşağın istədiyi şey - tennisə getdim. Tennis treyneri silsilə zarafatlarımın təsirindən mənə girişməyə başladı, nəysə onu da zərərsizləşdirdi. Deyəsən yaş 35 olanda artıq 95-ci il təvəllüdlü insanlarla takılmaq vaxtına giriş edirəm.  MILF olmaq üçün hələ tezdi düşünərək təbiiki bu prosesin uzanmasının qarşısını aldım.

Çox yaxşı şeylərin, yeniliklərin qapı döydüyü bir ərəfəyə keçid etdiyimi hiss edirəm halbuki. Ona görə də biraz dünyavi həzləri bir kənara qoymaq heç də mane olmaz.

Wednesday, May 22, 2024

hey Vinnie

 Bu bilirsən necə hissdir?

Cəlladın gözünün içinə baxırsan, baltasını itiləyir. Sənin qanınını axıdacağını gözləyir, sənsə baxırsan və. deyirsən 'S.kimə də deyilsən, səndən heç qorxmuram"

Tam da belə bir şey yaşayıram. Narsistim bıçağını itiləyir, hücuma keçir. Mən də ağrıtmadıkı deyib, planlar yazıram onunla bağlı olmayan.

Bağ - zatən ən önəmlisi də budur. Mənim bağım onunla deyil ki, onu mənə göndərən tanrıyladır. Onunla əlləşərkən özünü oyunun baş qəhramanı hesab edir, halbuki mənim dərdim bu hekayədəki ən doğru mesaj nədir onu başa düşməkdir.

Həyatı sevirəm. Özümü sevirəm. Haralardan gəldim, biraz özüm kirləndim, biraz ayaqqabılarım.

Amma mən ordaydım, O da ordaydı.

Mən özümü saldım zibilə, O yol göstərdi. 

İndi daha yaxşı tələbə olmaq vaxtıdıdır.

Məni aşağı çəkən hər şey ilə bağlarımı qoparmağın tam vaxtıdır.

Evin uzaqdır və əziyyət çəkirsən? 

-Köç!

Maşının köhnədir və üzülürsən?

-Dəyiş!

İşində uğurlu deyilsən?

-Hədəf qoy, zirvəyə çat!

Mən özüm kimi vizyonlu və cəsur insanlar çox az görmüşəm. Özüməməxsusam, bəzən qəribə. hərəkətlər edə bilərəm. Bu da mənəm. edə biləcək heç nə yoxdur.

Səni sevirəm


Monday, May 6, 2024

Birazca da döz, inanamayacaqsan

 Səhər yuxudan qəmli oyandım nəsə, ev də çirkli idi. Amma nəysəki bugün təmizlik günüdür. Gəldim iş yeriin qabağına, yol boyu sanki dünya gijdillaxları əl-ələ verib hamısı mənim qabağıma çıxırdı. Pozitivliyi əlimdə balaca vitamin kimi əldə saxlayıb, heç bir hala reaksiyaya verməməyə söz verdiyim halda offf nə qədər söydüm. Nə qədər söydüm, ana-arvad off çox əlaydı. Sonra işin qabağına çatdım, yer tapmadım park etməyə. Sonra ağladım. Park yeri də yoxdur, mənim ürəyim sevgisiz qalıb, sevildiyimi hiss etmirəm. Sanki hamısı gizli şəkildə razılaşıblar - ailəm, dostlarım, ekslərim, hamı canım çıxsa da mənə sevdiklərini göstərməyəcəklər. Qəribə üşümə düşdü canıma:(

Sonra narsist yadıma düşdü, o yanımda olsaydı qucaqlayardım onu dedim. Və o andan bəri qəribə hiss baş qaldırıb, əslində yaşadığım sevgisizlik mənə aid deyil, əmanət enerjidir və bu mənim narsisstimlə bağlıdır kimi hiss gəlir içimdən. Sevgisiz və tək hiss edir özünü. Bilmir'm doğru hisdir, yoxsa özümü aldadıra. Hər nədirsə eksperiment edək. 2 həftə müşahidə edəcəm görüm nə xəbər alıram.

Friday, May 3, 2024

Tötüşümmmmmm

 Canım qızım, mən. Şükür deyəsən xroniki depressiyanı bitirmişik. O dəhşətli ölüm fikirləri, yaşamama istəyi və s. narsisstin gedişiylə bitdi. Amma daha maraqlı ruh halındayam artıq. Özümü yeni-yeni, fərqli tərəflərdən tanımağa başlayıram. Məsələn yaşamağı sevməyə başlayıram.

Özümü də deyib-deyib gözə gətirməyi yaxşı bacarıram.

Bəzən istəyirəm beyin oxuyum. Ya da şapalaq vurum. Reaksiyalarım azalıb, ona görə yaşamağı sevməyə başlamışam.

Amma çox az, lap az arada Davud yadıma düşür. Elə bil bətnimdə olan övladdır, onu düşürürəm.

 Düşmək demiş, keçən dəfə doğulmamış övladlarımla bağlı seans çox moşnı idi.

Çoxdandır şəkil çəkmirik, çəkmək lazımdır. Bu gün gedim alım.

Biraz da sosiallaşmaq lazımdır. Ufff amma darıxıram insanların əhatəsində

Əyləncəli insanlar yoxdur, demək olar.

Bu gün bunu düşünüm, nə əyləncə təşkil edə bilərm özümə

Necə adamlar istəyirəm ətafımda.

Off bu yazını başlayıb bitirincəyə qədər Davudu istəmədiyimi başa düşdüm.

İnşallah bir daha girməz həyatıma.

Ay bir də hate speech etmək istəyirəm. Bəzi pataloji evdəqalmış rəfiqələr varee, ərə gediblər amma hələ də evdə qalıblar. Onlarla danışıb, axşama harasa dəvət edəndə deyirləreee "Aydaaa, mən mamayame, gəl sənin pişiyinlə mənim qızımı dəyişək hehehehe" zəhləm gedirdə.

Mən pişiyimlə xoşbəxtəm, hələ pipisi kəsiləndən sonra lap xoşbəxtəm. 

Bəlkə də mənim əzikliyimdi. Özümü əksik hiss etdiyim bir mövzudur.

Amma bəzi podruqalarım da eşşəkdi, o ayrı!


YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...