Səhər yuxudan qəmli oyandım nəsə, ev də çirkli idi. Amma nəysəki bugün təmizlik günüdür. Gəldim iş yeriin qabağına, yol boyu sanki dünya gijdillaxları əl-ələ verib hamısı mənim qabağıma çıxırdı. Pozitivliyi əlimdə balaca vitamin kimi əldə saxlayıb, heç bir hala reaksiyaya verməməyə söz verdiyim halda offf nə qədər söydüm. Nə qədər söydüm, ana-arvad off çox əlaydı. Sonra işin qabağına çatdım, yer tapmadım park etməyə. Sonra ağladım. Park yeri də yoxdur, mənim ürəyim sevgisiz qalıb, sevildiyimi hiss etmirəm. Sanki hamısı gizli şəkildə razılaşıblar - ailəm, dostlarım, ekslərim, hamı canım çıxsa da mənə sevdiklərini göstərməyəcəklər. Qəribə üşümə düşdü canıma:(
Sonra narsist yadıma düşdü, o yanımda olsaydı qucaqlayardım onu dedim. Və o andan bəri qəribə hiss baş qaldırıb, əslində yaşadığım sevgisizlik mənə aid deyil, əmanət enerjidir və bu mənim narsisstimlə bağlıdır kimi hiss gəlir içimdən. Sevgisiz və tək hiss edir özünü. Bilmir'm doğru hisdir, yoxsa özümü aldadıra. Hər nədirsə eksperiment edək. 2 həftə müşahidə edəcəm görüm nə xəbər alıram.
No comments:
Post a Comment