Friday, May 31, 2024

Və başlasın yeni həyat!

 4 illik bir döngünü bağlayıram və yenə köçürəm!

Çox düşündüm, evimi çox sevirəm, mənzərəsi bombadı, içindəki xatirələrim əladır, içində çox gözəl və sürətlə böyüdüm. Amma mənim yeni hekayəyə, daha gözəl xatirələrə ehtiyacım var, daha rəngli və çox pozitiv. Burda biraz üzüntü də olub, onu da sevirəm amma daşımaq istəmirəm. Mən yollarda da vaxt itirmək istəmirəm, o da var. Hər saniyəmin qədrini bilmək və həyatdan zövq almaq istəyirəm.

Bu öz yerində, digər tərəfdən artıq layiqliyimi başa düşürəm. Daha yaxşı həyata, daha gözəl davranılmağa. Nədəndə hiss edirəm ki, bundan sonra həyatımda pozitiv dəyişikliklər bir - birini izləyəcək.

Davudun narssistik çıxışları məni incitmir, hətta onun narssist olduğunu daha düşünmürəm, əslində heç düşünmürəm deyəsən onun haqqında. Mənim üçün düşünmək = can yanmaq, əgər artıq canım yanmırsa çox da şey etmirəm. Mənim evin ilk 3 ayını ödədi. 

Bu arada dostlarımıa bağlı da oxşar laqeydlik hökm sürür qəlbimdə. Yəqin borderline-ım azıb. Amma düşününcə bəlkə də, borderline məni müdafiə edən əsas mexanizmdir. Anyways - bir tərəfdən sosiallaşım, izolə olmayım deyə mərkəzə doğru köçmək istədikcə, digər tərəfdən dostlarımdan xoşum gəlir. Bir də bəlkə də, doğurdan da heç kimin əsl dostu yoxdur özündən başqa. Həm də bəlkə də həmişə belə olub amma indi özümə qarşı daha şüurluyam, həm əksiklikləri görə bilirəm özümün, həm də başa düşürəm ki, insanlara çox da ehtiyacım yoxdur və içimdəki uşağa dönmüşəm.

Bu arada çoxdan içimdəki uşağın istədiyi şey - tennisə getdim. Tennis treyneri silsilə zarafatlarımın təsirindən mənə girişməyə başladı, nəysə onu da zərərsizləşdirdi. Deyəsən yaş 35 olanda artıq 95-ci il təvəllüdlü insanlarla takılmaq vaxtına giriş edirəm.  MILF olmaq üçün hələ tezdi düşünərək təbiiki bu prosesin uzanmasının qarşısını aldım.

Çox yaxşı şeylərin, yeniliklərin qapı döydüyü bir ərəfəyə keçid etdiyimi hiss edirəm halbuki. Ona görə də biraz dünyavi həzləri bir kənara qoymaq heç də mane olmaz.

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...