Narsistlə bağlı radikat bağışlama işlədim, bundan sonra daha da pis oldum. Yas-mas havasına girdim.
Bunu işlərkən necə həyatıma adam almaqdan, insanalra güvənməkdən necə qorxduğumu zad işlədim. Əslində doğurdan da başa düşdüm ki, təkəm çünki bunu istəyirəm. Düşününcə ki, həyatımda biri var ərinməyə başlayıram. Amma nəysə bunu da işlədik, sonuçta mən bir yaquzaq deyiləm. Şirin-mirin, sexy-pepsi, dooşan mooşan adamam. Niyə özümü izolə edirəm ki, bəzən də dağ başına çəkirəm ki.
Anyways, sonra qəmqin oldum 1 həftə, min dəfə ayrılmağıma baxmayaraq narsisstimdən, hələ heç belə darıxmaq yaşamırdım. Amma sonra bitdi. Bir həftənin içində, həm ayrılıb yaşayıb, həm yas saxlayıb, həm də bağışlayıb göndərdim deyəsən.
Nəysə yuxarıda yazdıqlarım kiçik detallardı.
Əsas bu postu yazmaqda məqsədim, dünən düşündüm, kafamı da güzelleşdirmişdim kakraz. Nə planlaşdırdığımı. Belə qərara gəldim ki, təzə evimdə 3+1 ay qalacam. Sonra ərə gedəcəm. Bəli, mən ərə getmək istəyirəm. 4 ay verirəm özümə, görüm o bəxtəvər kimdir manifest etdiyim. İndidən adama paxıllığım tutur mənim kimi möcüzəyə sahib olduğu üçün.
Digər möcüzə yeni işimdir. İnsanlardan o qədər gözəl vibe alıram ki, burda. Demək ki, doğurdan da bəzən səbr etmək lazımdır. Səbr edərkən toxumlar əkmək, boş qalmamaq. İndi toxumlarım çiçək açıb. Maşallah.
Qaldı bircə premiya məsələsini həll etmək. O da olar İnşallah.
Hadi bakalım görək nələr baş verir
No comments:
Post a Comment