Tuesday, June 18, 2024

Səni necə sevirəm...My Vinnie

Necə səni sevirəm, bir bilsən...

Hər gün necə həvəsin olmasa da yaşamağa. cəhd etməyin,

Sənə ən çox əzab verən insanlar haqda düşünmək və onların yaxşı olduğu xəbərini almaq cəhdin...

Bu günü necə keçirəcəm qayğısı ilə eyni zamanda işığını qorumaq...

Hamıdan fərqli olduğun üçün onlardan aldığın təriflər sənin üçün boğazına dolanan kəndir olsa da verdiyin sevinc

Bədənin və ruhundakı olduöun yerdən aldığın yara izləri,

Cəhdlərin, inamların, zərbələrin, qorxuların, yuxuların...

Onların səni birşey adlandırmaq cəhdləri, sənin bu qəliblərə bəzən girmək istəyin

Yanağından süzülən göz yaşını güzgü önündə silib "Mən heç vaxt təslim olmayacam" deməyin

Elə ilk dəfə 4 yaşında dediyin kimidir.

4 yaşında uşaq özünə bunu niyə desin ki?

Amma sən demisən!

Yenə də deyirsən.

O vaxtla indiki sən arasında bircə fərq var - sənin artıq özünə də yazığın gəlmir.

Səni yüksəldəcəm - son damla qanıma qədər, beynimdəki son neyrona qədər səni qoruyacam.

Hər hüceyrəni sevəcəm, son nəfəsə qədər.



No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...