Sunday, June 30, 2024

Bizi bizə bağlayan nə idi?

Əmimoğlu atasının (əmimin) toy kasetini drive yükləyib, linki göndərdi. İşdəydim o an, açdım tez özüm olan səhnələri axtardım, tapdım, bir xeyli ağladım. Necə də çirkin, toy boyunca ağlayan, nsevgi dilənən uşaq idim. Niyə ağladım görəsən? Özümə yazığım gəldi, özümü necə çirkin hiss etməkdə haqlıydım onu anladım.  2-3 gün bu meonxoliya davam etdi. Sonra ailəmlə söhbət edəndə anladım ki, mən sandığım uşaq əslində mən deyiləm, qohum uşaqdı, oğlan. Mən hayasız, yenə də ağlayan, amma hamıya köks ötdürən, balaca çoban itinə oxşayan (atam həmişə belə deyirdi) imişəm.

Sonra anam dedi ki, "bax, sən belə idin, hər zaman ağlayırdın, yuxudan dururdun, ağlayırdın, sevinirdin yenə ağlayırdın". Sonra başa düşdüm, indi də mənim bu qədər hüzunlu, tək, menmuniyyətsiz olma səbəbim, hamıdan narazı olma səbəbim budur. Abi, mənim xasiyyətim bu bayquşluqdur, buna öyrənmişəm. Hətta məni acıtmayacaq şeylərin belə məni acıtması üçün hər şey edirəm.

Bir aydınlanma gəldi.

Super bir işim var, bomba evə köçmüşəm, həyatım əladır, bir gün yogaya gedirəm, bir gün boş-beleş küçələrdə gəzirəm, bir gün kinoya gedirəm, bir gün pianoya, bir gün içirəm (artık Allah ne verdiyse), bir gün evimi dibdən təmizləyib yatıram. Sonra ağlayıram, niyə mən sevilmirəm, niyə belədir həyatım.

Allahım, sən keç nankorluğumdan. Həyatımdan çox razıyam. 3-5 kilo versəm, 10-15 min daha artıq qazansam daha super olar təbii ki. O da olacaq, oldu, inanıram 777 :)

Bəyaq özümü çölə çıxıb, gəzməyə məcbur etdim. Yolda airpodsumun zaryadının olmadığını gördüm, məcbur düşüncələr və beynimlə baş-başa qaldım. Bunun götü niyə belədi, bu dayını nə qorxudardım, oğraşın maşınının nömrəsi nə gəşəngdir kimi düşüncələr içində gedib gələrkən anidən durdum. Ruhumun bədənimə çatmasını gözlədim. Dedim, gəl eşqimin, qasidi sənə çay söyləmişəm. 100-150 metr bir yerdə addımladıq. Bu hiss məni ən xoşbəxt olduğum yerlərə apardı. Meh əsir, mən məndəyəm, yerimdəyəm, qorxu və qayğı yoxdur. Ən sevdiyim, ən sevildiyim an. 

Bəli bebiş, sən sənə dostsan, sevgilisən, düşüncələr isə qaynana və ya düşmən. Özünü özündən ayıran qara pişik (snoopdan uzaq).
Bu yazını yazdım ki, xatırlayasan, pis olanda dönüb baxasan:

-sən üzgün deyilsən, tam tərsinə, özünlə birləşsən xoşbəxtsən
-ağlamaq istəyirsənsə, bədbəxt hiss edirsənsə bu da sən deyilsən, öyrəşdiyin vərdişdir
-sənin bomba həyatın var, şükürlər olsun, özünü danlamaqdan vaz keç
-kim həyatında olmalıdırsa, olacaqsa olacaq özünü cırıb dağıtsan da. Kim getməlidirsə rədd olub gedəcək, boynuna kəndir bağlasan da
-Səni Sevirəm

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...