- Mən bir də heçkimə görə özümü incitməyəcəm
- Düşüncələrimin 97 faizi faydasız idi, amma indi düşüncələrimi əlimə almağı öyrənirəm
- Gündəlik planlama - this what we need!
- İnsanları danlamaqdan, onları qəbul etmə mooduna keçmək mənə çox enerji qənaəti verir
- Həyatım üzərində xəyal qurmaqdan hərəkətə keçmək zamanıdır
- Calendarla yaxın olmağa öyrəşmək lazımdır
Sunday, October 27, 2024
Qısa notlar
Tuesday, October 22, 2024
şirin tötüşüm
Ən sevdiyim havaları yaşayıram. Özümün də ən sevdiyim hallarını.
Qüsurları görüb aradan qaldırdığım vaxtdır, nə qədər enerji xərcləmişdim mənasız şeylərə. Sanki heç mən deyildim, hamını düşünürdüm, hamını amma özümdən başqa. Nəysə bunlar keçmişdə qaldı. İndi yaxşı xəbərlər verim:-siqareti tərgitdim
-pişiklər sağaldı
-qazanc və əlavə gəlir məsələsini həll etdim, onlayn işlərə baş vurdum
-evin kreditini bağladım (anam kömək etdi)
-evə gələn qadınla yolları ayırdım
-təzə kirayəçi axtarıram
-dırnaqlarımı təmizləmişəm, daha gel istifadə etmirəm. Bir zamanlar mənə çirkin gələn əllərim o qədər gözəl görürəm ki.
-Hiss edirəm mən xaricə köçəcəm 1-2 ilə amma hələlik burda güclənməyim lazımdır
-1 aydır masaja gedirəm, psixosomatikayla işləyirlər xoşum gəlir. İntensiv kişi əli dəyir mənə :)))
- Koreyaya gedirəm növbəti həftə işlə bağlı (İnşallah Şimali Koreya deyil)
Wednesday, October 16, 2024
Mən o mükəmmələm!
Ən mükəmməli mən olmuşam, səhv etsəm də bunu dilə gətirən, düzəldən və sairə. Niyə bu qədər incitmişəm bəs özümü, aşağı görüb danlamışam?
Nə olub bitib dəyişə bilmərəm, amma bundan sonra bu oyunda mən də varam! Mən bundan sonra özümü danlamayacam, əksinə öz haqqımı özümə verəcəm.
Enough is enough!
Tuesday, October 15, 2024
Blogu dəyişirəm!
Blogum əsl mələşmə məkanı olub. Sığınmışam bura, beyin mastrubasiya zad derkən əməlli başlı bayquşa çevrilmişəm.
Evim və yatağım da eyni şəkildə. Bütüngün eyni pozada, eyni yerdə düşünüb düşünərək özümü göt etməyi bacardım. Amma enough is enough.
Bu blogda artıq "ay bu götəş niyə götəş çıxdı, ay bu məməş niyə belə elədi" söhbətlərini bir kənara qoyuram. Dünya dağılsa da burda yazmayacam, çünki yazdıqca artırıram.
Liposaksiya etmək istəyirəm.
Maşını 2025-də dəyişəcəm.
İpotekamı bitirdim. Evin kupçasını ala bilərəm artıq.
Yeni ildə ipotekayla villa götürmək istəyirəm.
Maşınımı da dəyişəcəm.
Özümə gəlirəm, özümə özümə!
Sunday, October 13, 2024
Iradəmi geri istəyirəm.
Əslində yazdım hekayəni sonra sildim, hekayə yazmaq da onun üçün çoxdur (narsistim üçün). Amma gəl daha çox analizdən gedəy, adam bütün dillərdə, bütün formalarda göt olduğunu və mənə layiq olmadığını şirin-şirin başa salıb, mənə layiq olmadığı üçün mən birini necə danlaya bilərəm axı? Bir insan sənə layiq deyilsə sadəcə onsuz yoluna davam edərsən bu qədər bəsit. Amma mən mənə layiq olmayan adamın hər formada mənə layiq olması üçün onu yüksəldə bilmədiyimdə özümü alçaltmağa başlamışam. Görəsən niyə? Niyə mən elə fikirləşirəm ki, o mənim axrıncı şansımdır, hətta axrıncı şansım olsa belə mən belə şans istəmirəm axı. Niyə mən qopa bilmirəm, sadəcə beynimdə bir hissəni silib davam edə bilmirəm?
Lazım olandan çox məna yükləmiş ola bilərəm və əməyimə yazığım gəlir və ya istəmirəm uğursuz qərar verdiyimi qəbul edim. It's ok. Amma mən həyatımı yenidən formaya salmaq qərarını gəlmişəm. Özümü ələ alıb, yenidən yeni bir senari yazacam. Bu yolda ilk məsələ iradəmi geri almaqdır. Bu narsist mövzusunu birdəfəlik özüm, ətraf və ən əsası beynim üçün bağlayıram. Sonsuz olaraq bağ la yı ram!
Sunday, October 6, 2024
Hər şey yolunda, mən deyiləm
Hər şey şükür düşündüyümdən cici və yolunda amma bu şirin canım olmadığı qədər narahat və aqqressivdir. Düşünürəm hey narazıyam, səbəblərini bir yerdə düşünək görək:
- aybaşı stressi
-zərərli vərdişlərimdən məcburən uzaqlaşmaq
-narsistimlə olan doza müddətinə girmə
-bir də son zamanlar dünyada olanlar
Sıxıntılım və təşvişlərim özünü aşağı hallarda göstərir
-Pul məsələlərində
-Ailə üzvlərimin sağlamlığı
-Öz sağlamlığım və xarici görünüşümdə
-İnsanlarla münasibətlərdə
Şübhələrim artıb, elə hey hamıya (başda özüm olmaqla) şübhə edirəm, davamlı olaraq bir şey etməliyəmmiş kimi gəlir. Məsələn evdə özümü pis hiss edirəm çünki, mall a gedib bankomatdan pul çıxardtmalıyam amma evdən çıxa bilmirəm deyə pis hiss edirəm. Çıxıram gəlirəm, otururam, tez evə getmək istəyirəm. Evdə isə özümü çölə atmaq istəyirəm. Ruhum tam tərbiyəsiz uşaq kimi olub. Küçədə, bacada - hər yerdə insanlar əsəbimə mənfi təsir edir. Dava etmək üçün səbəblər axtarıram. Ailəmə küsmüşəm amma eyni zamanda onlardan narahatam.
bu səs
Özüylə dost olmaq yoluna girərkən yaşadığın ağrılı müddət. Bunu tanıyırıq. Hamıya küskünsən, hamıya amma ən başda özünə. Tək bir şey sənə cazibədar gəlir o da girib yatağına yatmaq. Amma elə deyil,
birinci- fövqəltəbii heçnə yaşamırsan. Bunlar periodik olması normaldı
ikincisi-dəyişim yoluna girmişik vitamin, şmitamin və sairə hərşey yaxşı olacaq
üçüncüsü- borclarını bala-bala həll et. İnsanları da boş ver. Bu bir perioddur yaşa və atlat. Bizim bir problemimiz var hərşeyi yüksək səviyyədə yaşayıb tükətmək. Dramsa dram, sevincdisə sevinc. Deyil işte elə bir şey. off 36 yaşında başa düşmüşəm ki, sən demə obsessivəm. Yes babe, ur obsessive. Çalış kafana takma qalanı is ok.
Gedəy evə kino sıxaq, biraz da kitab oxuyaq. Fizioterapiyaya yazılmaq yaxşı fikir idi.
YAS
16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...
-
Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu ...
-
Icimde bitmeyen yas var Onu yaxsi taniyiram Belke de menimle eyni vaxtda dogulub Icimde bir yas var Ölən de, aglayan da menem Olen her huce...