Sunday, October 6, 2024

Hər şey yolunda, mən deyiləm

 Hər şey şükür düşündüyümdən cici və yolunda amma bu şirin canım olmadığı qədər narahat və aqqressivdir. Düşünürəm hey narazıyam, səbəblərini bir yerdə düşünək görək:

- aybaşı stressi

-zərərli vərdişlərimdən məcburən uzaqlaşmaq

-narsistimlə olan doza müddətinə girmə

-bir də son zamanlar dünyada olanlar

Sıxıntılım və təşvişlərim özünü aşağı hallarda göstərir

-Pul məsələlərində

-Ailə üzvlərimin sağlamlığı

-Öz sağlamlığım və xarici görünüşümdə

-İnsanlarla münasibətlərdə

Şübhələrim artıb, elə hey hamıya (başda özüm olmaqla) şübhə edirəm, davamlı olaraq bir şey etməliyəmmiş kimi gəlir. Məsələn evdə özümü pis hiss edirəm çünki, mall a gedib bankomatdan pul çıxardtmalıyam amma evdən çıxa bilmirəm deyə pis hiss edirəm. Çıxıram gəlirəm, otururam, tez evə getmək istəyirəm. Evdə isə özümü çölə atmaq istəyirəm. Ruhum tam tərbiyəsiz uşaq kimi olub. Küçədə, bacada - hər yerdə insanlar əsəbimə mənfi təsir edir. Dava etmək üçün səbəblər axtarıram. Ailəmə küsmüşəm amma eyni zamanda onlardan narahatam. 

bu səs

Özüylə dost olmaq yoluna girərkən yaşadığın ağrılı müddət. Bunu tanıyırıq. Hamıya küskünsən, hamıya amma ən başda özünə. Tək bir şey sənə cazibədar gəlir o da girib yatağına yatmaq. Amma elə deyil,

birinci- fövqəltəbii heçnə yaşamırsan. Bunlar periodik olması normaldı

ikincisi-dəyişim yoluna girmişik vitamin, şmitamin və sairə hərşey yaxşı olacaq

üçüncüsü- borclarını bala-bala həll et. İnsanları da boş ver. Bu bir perioddur yaşa və atlat. Bizim bir problemimiz var hərşeyi yüksək səviyyədə yaşayıb tükətmək. Dramsa dram, sevincdisə sevinc. Deyil işte elə bir şey. off 36 yaşında başa düşmüşəm ki, sən demə obsessivəm. Yes babe, ur obsessive. Çalış kafana takma qalanı is ok.

Gedəy evə kino sıxaq, biraz da kitab oxuyaq. Fizioterapiyaya yazılmaq yaxşı fikir idi.


No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...