Wednesday, October 16, 2024

Mən o mükəmmələm!

 Bugün probkada yavaş-yavaş hərəkət edirdik. AUX-un yoxdu lexusda (Lexus imey vvidu) mən də telefondan mahnılar açıb əylənirdim. Özümə baxdım, istədi içimdəki səs desin ki, blet neynirsən camaat görəcəy. Sonra dedim ki, axı mən oyam, axtardığın ən fərqli personajam. Oyam, o mükəmmələm. O görsəm bir milyon insanın içindən tanıyın, vurulacağım insanam. O yazdığım şerlərəm, çəkdiyim rəsmlərəm. Evə gəldim, serial zad sıxdım, sonra şəkil çəkdim. Və başa düşdüm, MƏN HƏRŞEYİ DÜZ ELƏMİŞƏM! MƏN HƏR ZAMAN DÜZ OLMUŞAM.

Ən mükəmməli mən olmuşam, səhv etsəm də bunu dilə gətirən, düzəldən və sairə. Niyə bu qədər incitmişəm bəs özümü, aşağı görüb danlamışam?

Nə olub bitib dəyişə bilmərəm, amma bundan sonra bu oyunda mən də varam! Mən bundan sonra özümü danlamayacam, əksinə öz haqqımı özümə verəcəm.

Enough is enough!

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...