Monday, May 26, 2025

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma normal qəbul edə bilmədim. İndi belə, ən az həftədə bir dəfə yadıma düşər, hardasan, neynirsən deyə öz-özümə deyərəm nənəmə.

Amma bu dəfə xalamoğlu rəhmətə getdi. Bir yerdə böyüdüyüm. Qəribə bir an idi, gözlənilməz zənglə sarsıldığım. Sonra o anı yaşayanda, telefonun qarşı tərəfindəki şəxsin  "Ceyhunu itirdik" deyəndə hiss etdiyim dejavu idi. Bu anı yaşamışdım sanki, bu xəbəri almışdım bir dəfə. Telefonu bağladım. 5-10 dəqiqə dayandım. Sonra zəng edib detalları öyrəndim, sonra yenə dayandım durdum, ağlamadım. Xankəndindən gəlirdim 2,5 saat yol var idi. Uşaqlığımız keçdi gözümün qabağından. Mən onun anası olurdum həmişə evcik-evcik oynayanda, ona görə dalaşırdım (o məndən yaşca böyük olsa da). Dağlar, təpələr, ağaclar, yollar, maşınlar keçirdi yolda gələrkən pəncərəmdən sakitcə ağladım-ağladım. Heç bilmirəm niyə ağladım. Cekoşu itirmək reallığını qəbul etmək cəhdi idi yəqin. 
Sonra evə gəldim, evdəki mənzərə çox dəhşətli idi. Artıq Cekoya ağlamırdım, xalama, xalamqızına, Cekoşun uşaqlarına, ailəsinə, ailəmizə ağlayırdım.
Amma hamı sakit olanda ağlamırdım, və ya ordan çıxıb gedəndə evdə tək qalanda ağlaya bilmirəm. Hətta çıxdım, işlərimi həll etdim acımasızca.
Ağlayan insanların göz yaşlarını bolca müşahidə etdim. Atamı ilk dəfə ağlayan gördüm, vicdan əzabı çəkdim ona bu qədər qəddar olduğum üçün bəzən. Atamın göz yaşları çox incə və balaca idi.
Cekoşun bacısı və anası çox əziyyət çəkir, nalə çəkirlər amma gözlərindən yaş axa bilmir məsələn.
Mənim göz yaşlarım iri dənəli olur, suyu bol.
Amma Cekoşun getdiyi reallığını qəbul etməməyə qəbul etdim. Ordadı, ayda-ildə bir dəfə görüşəcəyik.
Bircə o mənzərə...
Sonra düşündüm, bəzi ölümləri qəbul etməmək asan olur. Çox tez-tez görüşmürsənsə. Amma vicdan haqqı  qalıbsa ortada, və yaxud hərgün gördüyün adamdısa bu çox qəddar bir şeydir. Allah göstərməsin.
Mən ümidvaram Cekonun heç vaxt qəlbinə dəyməmişəm, böyüyəndən sonra soyusaq da mən ona onun mənim üçün əziz olduğu mesajını verməyə çalışmışam.
Bu misraları yazarkən niyə ağlayıram ki, bilmirəm. Axı mən onun başqa bir yerdə yaşadığını qəbul etmişdim.

P.S. Petra şəhərinin çöküşü yuxusu, üstündən evimizdə Hitlerin iştirakı ilə yemək-içmək yuxusu bu imiş yəqin

Monday, May 19, 2025

Petra yıxıldı, mən doğuldum

 o qədər uzun-uzadı yazaram ki...

ya da dayanmadan şükür, şükür, şükür yaza da bilərəm. Şükür sağalmışam. 

Bu ruhun həbs yatması kimi bir dövrü idi, cəzamı çəkdim və bitdi. Çox yaxşı hiss edirəm, şükür. Bütün daşlar yerinə oturub, O qədər yerimdəyəm ki, birdən küləklə bərabər üzumə xoşbəxtlik dəyir. Tüklərim biz-biz olur. Allah mənə şans verdiyi üçün ona sonsuz minnətdaram.

  • Dünən uzun müddətdən sonra shopping elədim. Yenə də həmişəki kimi geyinmədən, yoxlamadan aldım, dedim olmasa qaytararam amma hamısı bomba oldu
  • Hər gün evdə özümə yemək bişirirəm hətta həftəlik menu hazırlamışam
  • Maddi sıxıntıların geridə qaldı, hətta pul yığmağa başlamışam
  • Yunan dostumu blok elədim (uzun söhbətdi enerji vermək istəmirəm), date elədiyim oğlanı yola saldım. Yox deməyi bacardım deyəsən
  • İşdə bir neçə məsələ oldu, mövqeyimi qoydum və gördüm ki, yenidən hörməti geri qazanmaq olur. bəzən üzüyola olmaq deyil, öz mövqeyində qətiyyətli olmaq lazımdır
  • məhsuldarlığım artıb, procrastinatingim azalıb
Bəzən düşünürəm ki, mən həyatımın bir çox hissəsini dumkada olan insan kimi, normal yaşamağı bacaran, sərhədləri olan insanlara baxıram. Nə qədər həyatım israf olunub deyə düşünürəm, ya da normal yaşamağı elə əvvəlcədən bacaran adamlara paxıllıq hiss edirəm. Mən yaşamağı öyrənirəm, yox deməyi, özünü sevməyi, sərhədləri qorumağı, incitməməyi, hər kiçik məsələdə özümü cəzalandırmamağı və ümumiyyətlə yaşamağı öyrənirəm. Amma onlar ən başdan bəri bunu bilirdilər. Onlara paxıllığım tutur, amma sonra düşünürəm ki, amma mənim də sevincim daha çox. həm öyrəndiyimə görə, həm də yaşadığıma görə. Şükür şükür şükür!

Thursday, May 8, 2025

Yaşamaq

 Yazın ən gözəl vaxtlarını yaşayıram.

Burnuma hər tərəfdən çiyələk iyi gəlir.

Siqareti tərgitmişəm evdən də çiyələk iyi gəlir.

Üzülməyi də tərgitmişəm, çünki özümü üzməyi buraxmışam.

Treynerimi işdən çıxardıqları üçün idmanı tək edirəm, və çoox sevirəm idmanı artıq.

Saçımdakı qaynaqları sökmüşəm, öz saçım ipək kimidir və parlaqdır.

7 nöqtə etmişəm üzümə, hell yes çox bomba şeydir.


Burnuma iş yerində də çiyələk iyi gəlir.

Sabah 9 may qələbə günüdür. Mən bugündən qələbəmi qeyd edirəm!

Özümdən aldıqlarımı özümə qaytarmaqla başlamaq olar həyata.

Saturday, May 3, 2025

Budda kimi düşünüb kölə kimi yaşamaq

Zehnimlə hərəkətlərim bir-birinə düşməndir bu aydın məsələdir. Beynimdə verdiyim qərarların bədən formasında öz təsdiqini tapmağına icazə verməsən irəliləyirəm. Amma yaxşı tərəf bundan ibarət idi ki, əvvəl bunun belə fərqində deyildim. İndi bir qərar verəndə özümü ələ salıb, gülməyi unutmuram. İndi keçən əsas məsələyə:

Bir neçə dəfə date etdiyim, bəlkə nəsə alınar deyə cəhd etdiyim potensial boyfriend namizədiylə yollarımı ayırmaq qərarı aldım. Hələ yolun başında emosianal əlçatan olmadığını, və mənim bir daha belə senarilərdə olmaq istəmədiyimi özümə açıq bildirdim. Bura qədər bravo! Bunu etdikdən sonra özümü seçdiyim üçün təqdir etdim və level up elədim sanki. Taa ki, həmən gecə dostlarımda it balası kimi içənə kimi. Gecənin bir vaxtı narsisstimə yazıb, onun da gəlməyini təmin etməklə qazandığım bonusu heçə çıxardı. Səhərigün halım yaxşı deyildi, tez dağılışdıq. Amma mən çox pis olduğum üçün (fiziki) ona yazmaq qərarı verdim, o da sağolsun dedi gəlim götürüm sənə qulluq edim. Çox bomba səslənirdi, təbiiki razılaşdım.

Gəldi götürdü, amma beynimin bir tərəfində "evinə get, aylar əvvəl orda qalan pələng pijamanı götür çıx" deyə plan hazırlamışdı. Nəysə, getdik. Adam öz işində, bilyard çempionatını gözləyir, sevdiyi filmi açdı o vaxta qədər (OMG yol əhvalatı filmi) sonra bir az kompu açıb işlədi. Öz-özümə deyirəm, WTF mən burda gözləyirəm ki, bu xiyar nə vaxtsa adam olacaq, mənə daha əvvəl yaşatdığı gözəl hisləri yenidən yaşadacaq. Allahın xiyar narsissti belə xəstə münasibətdən özünü sıyırıb çıxa bilib, bu gijdıllaxskı dövrədə mən nə edirəm axı? Yol əhvalatı izləyib, bilyard çempionatını gözləyərək həyatım keçəcək. Və mənə çox darıxdıcı gəldi. Nəysə, pijamamı götürdüm (şükür quyruğuna kimi sap- sağlam idi) düşdüm yola.

Sadəcə bir fikir qorxudurdu məni, başqasına mənə bəslədiyi kimi münasibət bəsləyəcək ya bəsləyir deyə. Özümü tear etmək istədim, sonra dedim "gözəl qızım, kasıb düşüncədə qalmışıq, nə pox yeyir yesin. məni bir də bu poxa salma bəsdir".

Gəlirik əsas məsələyə, burda drama edə bilərəm bir münasibəti bitirib köhnə münasibətə başlamaq istəyərək özümü geri saldığım üçün. Amma böhran bəzən fürsətləri istifadə etmək üçün ən bomba üsuldur və qəti qərar gəlir bu dəfə bədənimlə tətbiq edəcəyim 

Bir də bu münasibətə cəhd etməyəcəm! Çünki

1-Mənim darıxdığım o adam deyil, özümün o halıdır
2-Mən onu yox onun yanında olduğum özümün o halını sevirəm
3-Bu münasibət məni inkişaf etdirməyəcək
4-Bu münasibətdə qərarı mən yox, qayğılı bağlanma travmam verir
5-Qarşıya qoyduğum həyat hədəflərinin bu münasibətlə diplomatik əlaqəsi yoxdur
6-Özümə daha gözəl şanslar vermək lazımdır.

1-2 ay sonra qaşınanda bunu girib oxuyum deyə pin edəcəm. Amma bir də bu senaridə olacağımı düşünmürəm. Çünki, bu dəfə onun yanında olduğum halı da sevmədim. Beləliklə, bir köləlik dövrünü bağlayıb, Budda dönəminə qədəm qoymağı niyyət edirəm. Vətənə, millətə xeyirli olsun. Ən çox mənə

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...