o qədər uzun-uzadı yazaram ki...
ya da dayanmadan şükür, şükür, şükür yaza da bilərəm. Şükür sağalmışam.
Bu ruhun həbs yatması kimi bir dövrü idi, cəzamı çəkdim və bitdi. Çox yaxşı hiss edirəm, şükür. Bütün daşlar yerinə oturub, O qədər yerimdəyəm ki, birdən küləklə bərabər üzumə xoşbəxtlik dəyir. Tüklərim biz-biz olur. Allah mənə şans verdiyi üçün ona sonsuz minnətdaram.
- Dünən uzun müddətdən sonra shopping elədim. Yenə də həmişəki kimi geyinmədən, yoxlamadan aldım, dedim olmasa qaytararam amma hamısı bomba oldu
- Hər gün evdə özümə yemək bişirirəm hətta həftəlik menu hazırlamışam
- Maddi sıxıntıların geridə qaldı, hətta pul yığmağa başlamışam
- Yunan dostumu blok elədim (uzun söhbətdi enerji vermək istəmirəm), date elədiyim oğlanı yola saldım. Yox deməyi bacardım deyəsən
- İşdə bir neçə məsələ oldu, mövqeyimi qoydum və gördüm ki, yenidən hörməti geri qazanmaq olur. bəzən üzüyola olmaq deyil, öz mövqeyində qətiyyətli olmaq lazımdır
- məhsuldarlığım artıb, procrastinatingim azalıb
Bəzən düşünürəm ki, mən həyatımın bir çox hissəsini dumkada olan insan kimi, normal yaşamağı bacaran, sərhədləri olan insanlara baxıram. Nə qədər həyatım israf olunub deyə düşünürəm, ya da normal yaşamağı elə əvvəlcədən bacaran adamlara paxıllıq hiss edirəm. Mən yaşamağı öyrənirəm, yox deməyi, özünü sevməyi, sərhədləri qorumağı, incitməməyi, hər kiçik məsələdə özümü cəzalandırmamağı və ümumiyyətlə yaşamağı öyrənirəm. Amma onlar ən başdan bəri bunu bilirdilər. Onlara paxıllığım tutur, amma sonra düşünürəm ki, amma mənim də sevincim daha çox. həm öyrəndiyimə görə, həm də yaşadığıma görə. Şükür şükür şükür!
No comments:
Post a Comment