Bir neçə dəfə date etdiyim, bəlkə nəsə alınar deyə cəhd etdiyim potensial boyfriend namizədiylə yollarımı ayırmaq qərarı aldım. Hələ yolun başında emosianal əlçatan olmadığını, və mənim bir daha belə senarilərdə olmaq istəmədiyimi özümə açıq bildirdim. Bura qədər bravo! Bunu etdikdən sonra özümü seçdiyim üçün təqdir etdim və level up elədim sanki. Taa ki, həmən gecə dostlarımda it balası kimi içənə kimi. Gecənin bir vaxtı narsisstimə yazıb, onun da gəlməyini təmin etməklə qazandığım bonusu heçə çıxardı. Səhərigün halım yaxşı deyildi, tez dağılışdıq. Amma mən çox pis olduğum üçün (fiziki) ona yazmaq qərarı verdim, o da sağolsun dedi gəlim götürüm sənə qulluq edim. Çox bomba səslənirdi, təbiiki razılaşdım.
Gəldi götürdü, amma beynimin bir tərəfində "evinə get, aylar əvvəl orda qalan pələng pijamanı götür çıx" deyə plan hazırlamışdı. Nəysə, getdik. Adam öz işində, bilyard çempionatını gözləyir, sevdiyi filmi açdı o vaxta qədər (OMG yol əhvalatı filmi) sonra bir az kompu açıb işlədi. Öz-özümə deyirəm, WTF mən burda gözləyirəm ki, bu xiyar nə vaxtsa adam olacaq, mənə daha əvvəl yaşatdığı gözəl hisləri yenidən yaşadacaq. Allahın xiyar narsissti belə xəstə münasibətdən özünü sıyırıb çıxa bilib, bu gijdıllaxskı dövrədə mən nə edirəm axı? Yol əhvalatı izləyib, bilyard çempionatını gözləyərək həyatım keçəcək. Və mənə çox darıxdıcı gəldi. Nəysə, pijamamı götürdüm (şükür quyruğuna kimi sap- sağlam idi) düşdüm yola.
Sadəcə bir fikir qorxudurdu məni, başqasına mənə bəslədiyi kimi münasibət bəsləyəcək ya bəsləyir deyə. Özümü tear etmək istədim, sonra dedim "gözəl qızım, kasıb düşüncədə qalmışıq, nə pox yeyir yesin. məni bir də bu poxa salma bəsdir".
Gəlirik əsas məsələyə, burda drama edə bilərəm bir münasibəti bitirib köhnə münasibətə başlamaq istəyərək özümü geri saldığım üçün. Amma böhran bəzən fürsətləri istifadə etmək üçün ən bomba üsuldur və qəti qərar gəlir bu dəfə bədənimlə tətbiq edəcəyim
Bir də bu münasibətə cəhd etməyəcəm! Çünki
1-Mənim darıxdığım o adam deyil, özümün o halıdır
2-Mən onu yox onun yanında olduğum özümün o halını sevirəm
3-Bu münasibət məni inkişaf etdirməyəcək
4-Bu münasibətdə qərarı mən yox, qayğılı bağlanma travmam verir
5-Qarşıya qoyduğum həyat hədəflərinin bu münasibətlə diplomatik əlaqəsi yoxdur
6-Özümə daha gözəl şanslar vermək lazımdır.
1-2 ay sonra qaşınanda bunu girib oxuyum deyə pin edəcəm. Amma bir də bu senaridə olacağımı düşünmürəm. Çünki, bu dəfə onun yanında olduğum halı da sevmədim. Beləliklə, bir köləlik dövrünü bağlayıb, Budda dönəminə qədəm qoymağı niyyət edirəm. Vətənə, millətə xeyirli olsun. Ən çox mənə
No comments:
Post a Comment