Macəralar macəralar!
Başıma nə gəlibsə bu popamın macəra istəyindən gəlib. Beynimlə ürəyimin açdığı qanlı müharibənin popanın qazanması necə ola bilər axı? Məndə həmişə göt qazanır. Nəysə, digər blogumda da yazmışdım 9-cu sinifdən xəyalım olan, dəfələrlə imtahanlarda iştirak etdiyim, müəyyən exchange proqramlarına qatılıb, ya qazandım deyərkən sənədlərdə əksikliyin olması üzündən, və ya sadəcə yetərsiz olmamağım üzündən gedə bilmədiyim, hətta bir dəfə vizasından rədd cavabı aldığım, mənim üçün ən həssas ölkə olan Amerikaya viza aldım. Həm də heç gözləmədən . Sondan başlamaq lazımdısa Amerikanın heç dadını çıxara bilmədim, o ruhu hiss etmədim çünki başım popama macəra tapmağa qarışmışdı.
14-15 yaşım olanda, hələ Michael Jacksonun sağ olduğu vaxtlarda, MJ ilə yanaşı digər qaradərililərin fanatı olduğum vaxt burda da müəyyən repçilər çıxmışdı. Dəli kimi onların konsertlərinə getmək, onlarla dost olmaq, özümün tək olmadığına inanmaq istəyirdim. Amma Децл-ın konsertinin hüzünlü sonu digər arzularımı da izlədi. Amma dəli kimi inanırdım mən həmişə fərqliyəm və cool-am, məni tanısalar çox sevəcəklər. Arzular gerçəkləşir 20-25 il arayla.
Amerikaya getmək qərarı aldığım zaman tanışlardan birinin vasitəsilə orada yaşayan bir repçi ilə tanış edildim. Əmin idim, bu tanışlıqdan bomba duetlər çıxacaq. Mənim içində güclü ilahə və əzik uşağı bir arada gəzdirən ruhumun ən çox keçid yaşadığı səyahətə start verdim. İlk öncə onu deyim ki, 30 yaşdan sonra yaşadığım macəralar daha keyfiyyətli və dessert dadmağa başlayır, Bertolucci istedadında hər səhnəni beynində bəzəmək, zaman keçdikcə isə yaddan çıxan hər detala görə beyninlə dalaşmaq kimi. Həyatımda çəkmədiyim qədər bəlkədə çox çəkdik, 4 saatlıq Nyu- York- Boston səfəri isə həyatımda ən çox mənasız zarafatlarımın bir arada eşitdiyim bir an idi, amma olsun onun mənim hər zarafatıma gülməsə də başa düşməsi ümid verirdi.Yuxarıda yazdığım kimi özümün tək olmadığına inanmaq ümid verir axı.
Hər şey it kimi yaxşı idi. Sadəcə unutduğumun balaca detaldan başqa. Biz macəradan macəraya qaçarkən əslində yolda bütün inanc kreditlərimizi və hislərimizi xərcləmişik. Macərə yaxşı ola bilər, amma his defisiti biraz məsələni qəlizləşdirir. Baxma hislər azalsa da, negativ hislər həmişə ordadı, gözləyir nə vaxt onu çağırarıq. Nəysə bu macəram çox maraqlı idi amma mayetniklər yenə orda durdu taaam "S.xum belə macəraya deyənə kimi də əl çəkmədi məndən. Düzü fikirləşirəm, niyə yolumu ayırdığım hər adamın gedişini qəbul etməkdənsə nifrət etməyi seçir, və yaxud niyə başlamadan bir şeyləri bitirmək üçün fövqəlada hal elan edir bədənimə?
Halbuki, heç kəsin arxasına baxmadan (bu maraqlı səsləndi) gedəcəyinə, gələcəyinə ilişmədən niyə anda qalmaq belə çətin olur.
Yenə bayquşluğa başlamadan onu deyim ki, Amerikada Amerikadan başqa hər şeyi yaşadım:) Nə pleylistimin rəngarəngliyi, nə zarafatlarımın soyuqluğu, nə geyindiyim paltarların nazikliyi, yaşanmışlığı özündə birləşdirən üz ifadəmdə deyildi balaca qızın xəyalı. Ya da hamısı idi, bilmirəm.
Amma səfərin dərsi - Boş-boş anda qal deməyəcəm. Prosesə güvən, özünü burax!
No comments:
Post a Comment