Bəzən özümü digər insanlar kimi hiss etmək istəyirəm. O an necə tək olduğumu, sevilmədiyimi, loser olduğumu, yarımçıq və yetərsiz olduğumu düşünür, daha çox yolumun olduğuna, daha çox çalışmaq, insanların sevgisinə nail olmaq üçün yeni maskalar taxıb, yeni mübarizələrdən keçməyim lazım olduğuna qərar verirəm. Yaxşı xəbər ondan ibarətdir ki, bu düşüncə və qərarlar qalıcı deyil, ən çox 15-20 dəqiqə vaxtımı alır. Sonra özümə deyirəm babe "nə maraqlı yollardan gəlmişik, nə rəngli günahlar işləmişik, necə gözəl hekayələr yığmışıq, sorry özümüzü heç bir gjdllaxa görə üzməyəcəyik"
Müharibələr
Sonra daha dərinə enib müharibələrimi xatırlayıram. Bəli, həyatımın böyük qismini müharibələrdə keçirmişəm. Ailəmlə, yoldaşımın ailəsiylə, iş yoldaşlarımla, ən yaxın dost dediyim universitet yoldaşlarıyla, sevgililərimlə və yenə iş yoldaşlarımla. Hərəsindən bir yara almam reallığı mübarizənin necə həzz dolu olduğu faktını azaltmır. Bəli cahil olduğum məqamlar çox idi, bəlkə indi də gələcəyə baxanda çox cahiləm amma doğru bildiklərim üçün müharibədən qorxmama hissimi itirməməyə qərarlıyam. Bəzən yel dəyirmanları ilə dalaşan Don Kixot kimi olsam da, müharibələrin itkisi üzndən ətrafımda çox az adam qalsa da bunlar hamısı mənim hekayələrimdir.
Sevgilərim
Onları sevgi adlandırmaq olar mı onu da bilmirəm. Çünki əslində heçkim bilməsə də ətrafımda mənim ən qorxunc sirrim odur ki, mən sevginin nə olduğunu bilmirəm. Mərhəmət, məsuliyyət, bağlılıq və s. bunları bilirəm amma sevi bunlarım kombinasiyasıdırsa mənim bir adama nifrət etməyim üçün çox kiçik səbəb yetə bilir. Hər nəysə yaşadığım sevgilərə baxanda isə dram hissəsi daha çox idi. Amma bunun da səbəbi dram istəməyim idi, özümü qurban yerində daha çox sevməyim idi. Amma indi düşüncəmiz dəyişib, biz hekayəmizin möhtəşəmliyindən bəhs edəcəyik. Tiflis, Kaş (!), Alaçatı, London, NY huhuuu hər kənddə hər şəhərdə cibi dolu xatirələrlə geri qayıtmağım, ruhumun azadlığını hiss etməyim, özümü hər dəfə yenidən kəşf etməyim, sevdiyim şeyləri əslində sevmədiyimi, sevmədiyim şeylərə isə vurulduğumu görmək, adrenalinin tavan yapdığı səhnələrdə (FAV alaçatı) reallığın nə olduğunu itirmək, hər hüceyrəmə qədər sevilmək (Tfls), hər möhtəşəm anın haqqını verib cəzasını çəkmək lazım olduğunu düşünmək (Kaş), özümə aşiq olmaq (London), özümə aşiq olmaq (NY) bunlar hamısı mükəmməldir. İndi düşünürəm, nə qədər adam belə yollardan keçib görəsən, nə qədər adam keçib və yıxılmayıb? Çox az, bilirəm. Ən əsası da bunların hamısı özümə səyahət idi. Çox ümid edirəm, yolum hələ uzundur. Çünki yol təyinat nöqtəsindən daha həyəcan vericidir mənə.
Hisslər
Ən sevdiyim hissə məncə buradır. Yaşadığım bütün macəralar, müharibələr, sevgilər hamısının ana mərkəzində hislər durur. Ən maraqlı və ən gözəl hissləri yaşamaq istəyirəm ölənə kimi. Nə qədər yaşayacağımı bilmirəm, amma hər zaman ən bomba hekayələr məndə olacaq. Yaşıdlarımı anaları çimdirdiyi zaman əşyalarımı toplayıb, gündəliyi ortalığa atıb qaçmaq, səhərə qədər gedəcək yeri olmadığı halda nə qədər gediləcək küçə, təbiət olduğunu düşünüb azadlığı hiss etmək kimi. Birdən birə hamısının iyrəndiyi bir insandan, hamının hörmət etdiyi, hansısa məqamda "bu biraz dəlidir, nə edəcəyi bəlli deyil" düşünüb qorxduğu o şəxsə çevrilmək, həzzdən 4 künc olub amma günəş ağarmadan qəhramının növbətisini də blok siyahısına əlavə etmək kimi.
Bəlkə nə vaxtsa mənim də daimi bir limanım olacaq, bilmirəm. Olmasını istəyirəm ki, onu da bilmirəm. Çünki bu yerdə Qorxular girir işin içinə. Bax, onlardan heç bəhs etmədik. Elə qorxduğum üçün bəhs etmədim. Ən möhtəşəm hislər yaşamağıma səbəb, bəzən də əngəl olan qorxularım. Yenə məsələni dramaya çevirməyəcəm. Amma özümə söz verdiklərim və aldığım yeni yollar var:
-Beynimin içinə evimin içinə buraxmadığım heç kimi buraxmayacam
-Let it go fəlsəfəsinin ənkə böyüyünü çürüdəcəm
-Həyatımda olmasını istədiyim, olmayanda üzüldüyüm, olduğu zaman da üzüldüyüm mənasız istəklərin dalınca qaçmayacaq (sevgili kimi)
-Müharibələri daha peşəkar və soyuqqanlı aparacam, özümə zərər vermədən
-Daha çox səyahət, daha çox macəra deməkdir. Triplər arasında trip etmək lazımdı
Ah canım, mən!
Səni Sevirəm <3
No comments:
Post a Comment