Monday, March 25, 2024

We keep the promises

 Brüsel mənə sıxıcı gəlmişdi elə qatardan enər-enməz. Mən şəhərlərə muzey və görməli yerlərdən çox dadlı yeməklər üçün getməyim də  səyahətin yeməkdən geri qalan zamanlarında sıxılmağıma dəstək olurdu. Dünən atomiuma getmək qərarı verdim, ictimai nəqliyyatla. Maraqlı müzey və ya planetarium gözlədiyim təqdirdə bilet almaq üçün sıranı görüb kökümə geri dönüb kofe və paninimi alaraq bilet almaq fikrindən vaz keçdim. Yağış və soyuq olmasına baxmayaraq küçədə bir daşın üstünə oturub yemək fəaliyyətimlə məşğul olurdum ki, yaxından musiqi səsi eşitdim. Qulaqlıqların caseni göütürb, özünü Bakıda unutduğum üçün musiqi dinləmək mənə verilməyən premiya kimi idi! Bir küçə musiqiçisi bildiyim mahnılar oxuyurdu. Yağışda o qızın yanında durdum, videolar çəkdim, mahnı oxudum, əyləndim. Hava soyuq olduğu üçün insanlar qalmırdı, amma hamı getdi lap əvvəldən La Casa Del Papeldən çıxmış 2 mehriban banditə oxşayan gənc ispan oğlan qaldı bir də mən. Sonra 4müz (musiqiçi də) söhbət elədik, şəkil çəkdik.  Qızın əşyalarını yığmağa kömək elədi uşaqlar. Mən qızışdım, hadi sizə kofe ismarlayıram dedim. Uşaqların maşınına atladıq getdik kofe içməyə. Kofe içmək üçün Niderlanda keçdiyimizi bilmirdik. Sərhədlər çox aşıldı, amma çox gözəl aşıldı. Bu səyahətim boyunca nən gözəl anları yaşadım. 3 möhtəşəm insan. Amma məni ən çox təəccübləndirən o 2 gənc idi. Mən hələ də şübhə edirəm onların insan olduğuna. 

Bu qədər sevgi dolu, alicənab, içi incəsənət və gözəlliklə qaynayan, amma tipləri banditdən bozma 2 möhtəşəm varlıq. Mənim çəkdiyim şəkillərə (yağlı boya ilə) baxıb gözləri doldu, qışqıra - qışqıra rep oxuduq, Marcus Aurelliusdan bəhs etdik, musiqiçi bizi LA-də nə vaxtsa olacaq konsertə VIP bilet və uçuş söz verdi, mən onları Bakıya dəvət etdim, yemək yedik, yağışda islandıq, çoxlu videolar çəkdik. Uşaqlar bizim xəbərimiz olmadan bütün hesablarl ödədilər, ablaları olaraq mən ödəməyə söz vermiş olmağıma baxmayaraq. 

Yazanda çox adi gəlir, amma yaşayarkən o qədər qəribə idiki, həyatımda çox nadir vaxtlardan idi sadəcə orda olduğum üçün, mən olduğum üçün, məndən heç bir gözlənti və istək olmadan sevilib, qəbul edilirdim. Heç bir təhlükə hiss etmir, özümü mələklərlə əhatə olunmuş hiss edirdim. Mən Davudun yanında(42 yaşlı narsist eks sevgilim) olarkən belə, özümü ondan, onu dünyadan qorumaq ehtiyacı hiss edirdim. 

Sonra uşaqlar musiqiçini vağzala, məni də otele düşürtdülər. Məni yola salanda ağladılar :( Normalda hansısa cındır mənim üçün ağlayanda ağzıma sıçmağa hazırlaşdığını bilirəm. Amma bu uşaqlar məni bir daha görməyəcəkləri üçün ağladılar.

Düşündüm, bütün kişilərdən iyrəndiyim vaxt bu qədər təmiz, gözəl ruhların olduğu bir yer var. Mən də ordaydım.   Mən onlarınn insan olduğuna hələ də inanmıram. Çünki enerji fərqli idi. Tanrıya şükürlər edib, onları qoruması, mənə bol səyahət etməyim üçün çoxlu pul yetirməsini dua edib yoluma davam edirəm.


P.S. yandıranlarımızı dəyişdik, bir daha görüşsək bir-birimizə verək deyə

Friday, March 22, 2024

Söz verirəm!

 1-Düşüncələrin məni əsarətə aldığı an nəfəs hərəkətləri edib, özümü ana geri qaytaracam. Düşüncə tələsinə düşməyəcəm

2-Heç nəyi sonraya saxlamayacam

3-Özümə şübhə etməyəcəm

4-Heç bir sözü ürəyimdəə saxlamayacam

5-İnsanların məni verdiyi dəyərlə özümü yargılamayacam. İnsanları xarici görünüşlə,özümü daxili aləmlə ölçmək çox ədalətsizlikdir

6-Mən gözələm, sevilməyə də layiqəm. Özümü bundan məhrum etməyəcəm

7-Instagramda story-lərimə kim baxıb gün içində ancaq 2 dəfə yoxlayacam

8-Keçmiş hesabları bitirdiyim üçün yenə eyni yerə qayıtmayacam

9-İşdə mənə qarşı olan ədalətsiz vəziyyət barədə müdirlə danışacam

10-Digital marketing kurslarına yazılacam

11-Borclarımı bağlayacam sonraya saxlamadan

12-Yogaya davam edəcəm

13-Sağlam qidalanmağa geri dönəcəm

14-Siqareti tərgidəcəm

15-2024-də Özünə yaxşı bax layihəsinə start verəcəm

16-Hər gün meditasiya edəcəm

17-Daha disiplinli olacam

18-Özümdən vaz keçməyəcəm

Thursday, March 21, 2024

Back to roots!

 Dünyada ən bomba hiss səyahətdən aldığın o hissdir. Aylardır davam edən, ay əvvəlki iş yerində belə elədilər, ay keçmiş sevgilimin cəmdəyinə tüpürüm, ay yeni iş yerində məni sıxışdırırlar  deyinməklərinin və dərd saydığım şeylərin balaca həll yolu var imiş. Səyahət etmək! Bundan sonra psixologa, shoppingə verdiyim pulları yığıb səyahət edəcəm. Paris- Brüsel qatarı ilə hərəkət edib bu cümlələri yazdığım zaman, fikirləşirəm ki, bəlkə də mənim Bakıda missiyam bitib artıq. Ya da nə bilim bəlkə burda müvəqqətiyəm deyə şirin gəlir. Hər nə isə, əsas aldığımız qərarlardan və yaşadığımız hislərdən danışaq.

Yadıma gəlir 2017-ci ildə evliliyimin pis getdi, süni mayalanma nəticəsinin neqativ çıxdığı və ərəfələrdə dostlarımın məni iş üçün İstanbuldan Bakıya gəldiyim vaxtları xatırladım. Özümü gombul, çirkin, yetərsiz, uşaq doğa bilməyən mənasız insan hesab edirdim. 2-3 gün sonra işdə uğurlu olduğumu, xaricilərin mənə nə qədər kompliment etdiklərini və diqqət çəkdiyini gördüyün an yavaş - yavaş "mən o qədər də çirkin deyiləm,pis deyiləm" deməyə başladım. O gündən sonra mən heç vaxt əvvəlki mən olmadım yoldaşıma, çünki məni istismar etdiyini başa düşmüşdüm. Beləcə evliliyimi bitirdim.

Narsist tələsindən qurtulmaq istərkən, onun ad günündə ölkədə olmamaq ən bomba qərar olduğunu düşünərək bu yola çıxdım. Aldığım komplimentlər, diqqət yaşadığım maraqlı macəralar bir daha mənə özümü xatırlatdı. Mən elə də pis deyiləm, Moreover - MƏN BOMBAYAM!

Əgər bir gün pis olsan bu yazını aç oxu!

Əgər bir gün pis olsan bil ki, sadəcə doğru yerdə deyilsən. Səndə problem yoxdur, məkanda və insanlarda sorun var.

SƏNİ SEVİRƏM!

Tuesday, March 12, 2024

Narsist tələsindəyəm!

 Fəaliyyəti iyuldan davam edən aktiv bir narsist tələsindəyəm bunu başa düşdüm.

Amma necə xəstəlikli bu prosesdir bu, ilahi, təbii ki, mənim də bu prosesə qatdığım töfhə danılmazdır!

Obsessivliyim, mood dəyişiklərim, impulsivliyim bu münasibəti əməlli başlı minetçik edib. Mənə yazmır, ya da gündə 1-2 dəfə yazır o da elə-belə. Bu da mənim məhv olmağıma kifayət edir.

Bəzən deyirəm ki, okey də sən də qozuna alma, necə məsləhətdisə elə oyna. Sənin həyatın daha rəngarəngdi zırt pırt. Amma sonra nəfəs almadığımı görürəm. 

Sonra deyirəm ki, sikdiri basda balamsan, belə həyat davam edər? Ok problem səndədir lap, amma bur trig etməyən münasibət yaşamalıyam.

Son postumu yazandan 2 gün sonra belə bir şey yazmaq əsl mənim stilimdi.

Həyatı göt-baş yaşamağı yaxşı bacarıram. Bu da bir istedaddır.

Nəysə mövzudan uzaqlaşmadan team meetingə davam edirik!

Bu xəstə münasibətdən özümü xilas etməliyəm.

Canım yanmasın, hər dəfə deyəndəki sağalacam, yaxşı olacam, bu haqda düşünməyəcəm, özümü daha obsessiv və daha pis vəziyyətdə görürəm. Onun da səbəbini tapmışam maraqlıdır ki.:)))

Çünki dramadan kayf alıram.

Amma bu dəfə hərşey daha fərqli olacaq, indi burda bunu yazanda ağlıma gəldi. Mən niyə söz vermirəm özümə? Söz verirəm blet, söz verirəm və edəcəm! 

-Bu dəfə əvvəlki kimi özümü üzməyəcəm və bu haqda düşüncə xərcləməyəcəm.

-Həyatımı it balası kimi yaxşı yaşayacam, səyahətlərə davam, əyləncələrə də

-Business planımı reallığa çevirəcəm

-Tesla alacam

-Xaricə köçəcəm

-Hamıya hekayəmi danışacam: yazaraq, oxuyaraq, çəkərək.


Next actions:

-Balam, başa düş ki, fırlanıb hərlənib yenə yara alırsan bu münasibətdən. 1 gün sənə dünyanı bağışlayır, səhəri gün burnundan gətirir. BU BİRDƏFƏLİK bitməlidir.

-Hər balaca qapı aralığı qoyduğun an yenə gəlir, eyni şey olur. Açıq qapı qoyma. Move on, balam. Səndən çox ona lazımdı bu münasibət. 

-Həm də balam, bezmişəme bu söhbətdən. Xilas elə də məni artıq eyni adam, eyni mövzu. Doğurdan da yordu artıq. Kişi kimi söz ver, bir daha bu haqda düşünmə və zehnin üzərində qələbə qazan. enough is enough. 

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...