Friday, March 22, 2024

Söz verirəm!

 1-Düşüncələrin məni əsarətə aldığı an nəfəs hərəkətləri edib, özümü ana geri qaytaracam. Düşüncə tələsinə düşməyəcəm

2-Heç nəyi sonraya saxlamayacam

3-Özümə şübhə etməyəcəm

4-Heç bir sözü ürəyimdəə saxlamayacam

5-İnsanların məni verdiyi dəyərlə özümü yargılamayacam. İnsanları xarici görünüşlə,özümü daxili aləmlə ölçmək çox ədalətsizlikdir

6-Mən gözələm, sevilməyə də layiqəm. Özümü bundan məhrum etməyəcəm

7-Instagramda story-lərimə kim baxıb gün içində ancaq 2 dəfə yoxlayacam

8-Keçmiş hesabları bitirdiyim üçün yenə eyni yerə qayıtmayacam

9-İşdə mənə qarşı olan ədalətsiz vəziyyət barədə müdirlə danışacam

10-Digital marketing kurslarına yazılacam

11-Borclarımı bağlayacam sonraya saxlamadan

12-Yogaya davam edəcəm

13-Sağlam qidalanmağa geri dönəcəm

14-Siqareti tərgidəcəm

15-2024-də Özünə yaxşı bax layihəsinə start verəcəm

16-Hər gün meditasiya edəcəm

17-Daha disiplinli olacam

18-Özümdən vaz keçməyəcəm

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...