Brüsel mənə sıxıcı gəlmişdi elə qatardan enər-enməz. Mən şəhərlərə muzey və görməli yerlərdən çox dadlı yeməklər üçün getməyim də səyahətin yeməkdən geri qalan zamanlarında sıxılmağıma dəstək olurdu. Dünən atomiuma getmək qərarı verdim, ictimai nəqliyyatla. Maraqlı müzey və ya planetarium gözlədiyim təqdirdə bilet almaq üçün sıranı görüb kökümə geri dönüb kofe və paninimi alaraq bilet almaq fikrindən vaz keçdim. Yağış və soyuq olmasına baxmayaraq küçədə bir daşın üstünə oturub yemək fəaliyyətimlə məşğul olurdum ki, yaxından musiqi səsi eşitdim. Qulaqlıqların caseni göütürb, özünü Bakıda unutduğum üçün musiqi dinləmək mənə verilməyən premiya kimi idi! Bir küçə musiqiçisi bildiyim mahnılar oxuyurdu. Yağışda o qızın yanında durdum, videolar çəkdim, mahnı oxudum, əyləndim. Hava soyuq olduğu üçün insanlar qalmırdı, amma hamı getdi lap əvvəldən La Casa Del Papeldən çıxmış 2 mehriban banditə oxşayan gənc ispan oğlan qaldı bir də mən. Sonra 4müz (musiqiçi də) söhbət elədik, şəkil çəkdik. Qızın əşyalarını yığmağa kömək elədi uşaqlar. Mən qızışdım, hadi sizə kofe ismarlayıram dedim. Uşaqların maşınına atladıq getdik kofe içməyə. Kofe içmək üçün Niderlanda keçdiyimizi bilmirdik. Sərhədlər çox aşıldı, amma çox gözəl aşıldı. Bu səyahətim boyunca nən gözəl anları yaşadım. 3 möhtəşəm insan. Amma məni ən çox təəccübləndirən o 2 gənc idi. Mən hələ də şübhə edirəm onların insan olduğuna.
Bu qədər sevgi dolu, alicənab, içi incəsənət və gözəlliklə qaynayan, amma tipləri banditdən bozma 2 möhtəşəm varlıq. Mənim çəkdiyim şəkillərə (yağlı boya ilə) baxıb gözləri doldu, qışqıra - qışqıra rep oxuduq, Marcus Aurelliusdan bəhs etdik, musiqiçi bizi LA-də nə vaxtsa olacaq konsertə VIP bilet və uçuş söz verdi, mən onları Bakıya dəvət etdim, yemək yedik, yağışda islandıq, çoxlu videolar çəkdik. Uşaqlar bizim xəbərimiz olmadan bütün hesablarl ödədilər, ablaları olaraq mən ödəməyə söz vermiş olmağıma baxmayaraq.
Yazanda çox adi gəlir, amma yaşayarkən o qədər qəribə idiki, həyatımda çox nadir vaxtlardan idi sadəcə orda olduğum üçün, mən olduğum üçün, məndən heç bir gözlənti və istək olmadan sevilib, qəbul edilirdim. Heç bir təhlükə hiss etmir, özümü mələklərlə əhatə olunmuş hiss edirdim. Mən Davudun yanında(42 yaşlı narsist eks sevgilim) olarkən belə, özümü ondan, onu dünyadan qorumaq ehtiyacı hiss edirdim.Sonra uşaqlar musiqiçini vağzala, məni də otele düşürtdülər. Məni yola salanda ağladılar :( Normalda hansısa cındır mənim üçün ağlayanda ağzıma sıçmağa hazırlaşdığını bilirəm. Amma bu uşaqlar məni bir daha görməyəcəkləri üçün ağladılar.
Düşündüm, bütün kişilərdən iyrəndiyim vaxt bu qədər təmiz, gözəl ruhların olduğu bir yer var. Mən də ordaydım. Mən onlarınn insan olduğuna hələ də inanmıram. Çünki enerji fərqli idi. Tanrıya şükürlər edib, onları qoruması, mənə bol səyahət etməyim üçün çoxlu pul yetirməsini dua edib yoluma davam edirəm.
P.S. yandıranlarımızı dəyişdik, bir daha görüşsək bir-birimizə verək deyə
No comments:
Post a Comment