Thursday, March 21, 2024

Back to roots!

 Dünyada ən bomba hiss səyahətdən aldığın o hissdir. Aylardır davam edən, ay əvvəlki iş yerində belə elədilər, ay keçmiş sevgilimin cəmdəyinə tüpürüm, ay yeni iş yerində məni sıxışdırırlar  deyinməklərinin və dərd saydığım şeylərin balaca həll yolu var imiş. Səyahət etmək! Bundan sonra psixologa, shoppingə verdiyim pulları yığıb səyahət edəcəm. Paris- Brüsel qatarı ilə hərəkət edib bu cümlələri yazdığım zaman, fikirləşirəm ki, bəlkə də mənim Bakıda missiyam bitib artıq. Ya da nə bilim bəlkə burda müvəqqətiyəm deyə şirin gəlir. Hər nə isə, əsas aldığımız qərarlardan və yaşadığımız hislərdən danışaq.

Yadıma gəlir 2017-ci ildə evliliyimin pis getdi, süni mayalanma nəticəsinin neqativ çıxdığı və ərəfələrdə dostlarımın məni iş üçün İstanbuldan Bakıya gəldiyim vaxtları xatırladım. Özümü gombul, çirkin, yetərsiz, uşaq doğa bilməyən mənasız insan hesab edirdim. 2-3 gün sonra işdə uğurlu olduğumu, xaricilərin mənə nə qədər kompliment etdiklərini və diqqət çəkdiyini gördüyün an yavaş - yavaş "mən o qədər də çirkin deyiləm,pis deyiləm" deməyə başladım. O gündən sonra mən heç vaxt əvvəlki mən olmadım yoldaşıma, çünki məni istismar etdiyini başa düşmüşdüm. Beləcə evliliyimi bitirdim.

Narsist tələsindən qurtulmaq istərkən, onun ad günündə ölkədə olmamaq ən bomba qərar olduğunu düşünərək bu yola çıxdım. Aldığım komplimentlər, diqqət yaşadığım maraqlı macəralar bir daha mənə özümü xatırlatdı. Mən elə də pis deyiləm, Moreover - MƏN BOMBAYAM!

Əgər bir gün pis olsan bu yazını aç oxu!

Əgər bir gün pis olsan bil ki, sadəcə doğru yerdə deyilsən. Səndə problem yoxdur, məkanda və insanlarda sorun var.

SƏNİ SEVİRƏM!

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...