Sunday, June 30, 2024
Bizi bizə bağlayan nə idi?
Sunday, June 23, 2024
ha gayret! bu dəfə bacaracaqsan
Həmişə disbalansı yaxşı bacarmışam. güvənib - güvənməmək arasında balaca xətlərin üstündə oppanıb durmaq, yanmaq "day belə etməyəcəm" deyib qısa zamanda səhv olduğunu bilə - bilə eyni zibili bir daha eksperiment üçün təkrar etmək. taa ki, özüm bu oyundan sıxılana kimi. Amma doğurdan da bu oyundan sıxıldım. özümə etdiyim pisliklərdən. mənə heç kim özüm qədər nə yaxşılıq edib, nə pislik. Amma enough is enough. artıq özümə pislik etmək niyyətim yoxdur. Daha əvvəl yazdığım kimi, narsisst tələsindəyəm və dəfələrlə çıxmağa çalışsam da daha da, daha da çox yaralanaraq geri qayıdıram.
Amma bu dəfə özümə dedim "bir dəqiqə, what tha fuck da? azadlığ mübarizəsi, evdən çölə çıxmama qadağaları, qəhbə olma qorxusu, sonra xoşbəxt olmayan evlilik, pulsuzluq, pis vərdişlər, 20 kilo artıq çəki, çirkin hissetmə və s. bunların hamısı ilə kim mübarizə apardı və qalib gəldi? Mən. İndi silahı yerə qoymağın vaxtı deyil!"
Və özümə söz verdim, ancaq irəliyə! Bu tələnin içindən çıxmağın yolu hər dəfə davrandığının əksinə davranıb düşünməliyəm. Hər dəfə gedəndə, qayıdacağını bilirdim, yer hazırlayırdım. Ümid bəsləyirdim.
Deməli ilk ümidlərdən başlamaq lazımdır - Bəli, yenə gələcək. Bəli, üzr də istəyəcək bəlkə. Bəlkə, heç vaxt etməmiş kimi ağlayacaq da, hətta üzük gətirib evlilik də təklif etsə bu bizim həyatımıza lazımdır? Ruh sağlığımıza lazımdır? Həyat senarimdə istədiyim şeydir doğurdanda?
Xeyr! Düşüncə tələsinə düşürəm. Bir anlıq egom özünü yaxşı hiss etsin deyə, uzun müddətli iztiraba ok deyirəm. Mənim yaxşı ailə və sevgiyə ehtiyacım var. Digər heç nə, məni maraqlandırmır.
İki qorxu- elə qorxurdum ki, ondan sonra həyatıma heç bir normal adam girməz deyə, ona görə necə davransa da okey edirdim özümü. Çox miserable düşüncədir. İndi başa düşürəm. Sanki o normalmış kimi ondan sonra gələnlərin də onun kimi olmayacağından qorxmaq.
Bu qorxunu yenmək üçün kainatla anlaşma etdim. Mən onu beynimdən çıxardıram, mənə aid yaxşı şeyləri mənə yetirsin deyə. Mən inanıram niyyətimə. Allah hərşeyin ən yaxşısı nədir mənim üçün onu bilir, yetirəcək mənə. Əgər sonra tək qalmaq belə varsa deməli bu məni ən çox xoşbəxt edən şeydir.
Amma mənəvi rahatlıq tapmadığım heç bir yerdə, heç bir düşüncədə artıq yoxam. Düşüncələr mənə xidmət etməlidir, mən onlara yox!
Yeni həyatım davam edir :)
Tuesday, June 18, 2024
Səni necə sevirəm...My Vinnie
Necə səni sevirəm, bir bilsən...
Hər gün necə həvəsin olmasa da yaşamağa. cəhd etməyin,
Sənə ən çox əzab verən insanlar haqda düşünmək və onların yaxşı olduğu xəbərini almaq cəhdin...
Bu günü necə keçirəcəm qayğısı ilə eyni zamanda işığını qorumaq...
Hamıdan fərqli olduğun üçün onlardan aldığın təriflər sənin üçün boğazına dolanan kəndir olsa da verdiyin sevinc
Bədənin və ruhundakı olduöun yerdən aldığın yara izləri,
Cəhdlərin, inamların, zərbələrin, qorxuların, yuxuların...
Onların səni birşey adlandırmaq cəhdləri, sənin bu qəliblərə bəzən girmək istəyin
Yanağından süzülən göz yaşını güzgü önündə silib "Mən heç vaxt təslim olmayacam" deməyin
Elə ilk dəfə 4 yaşında dediyin kimidir.
4 yaşında uşaq özünə bunu niyə desin ki?
Amma sən demisən!
Yenə də deyirsən.
O vaxtla indiki sən arasında bircə fərq var - sənin artıq özünə də yazığın gəlmir.
Səni yüksəldəcəm - son damla qanıma qədər, beynimdəki son neyrona qədər səni qoruyacam.
Hər hüceyrəni sevəcəm, son nəfəsə qədər.
Tuesday, June 11, 2024
Günün dərsi - SƏBR ET!
Yaxşı ki, borclu olan şəxslərdən borcumuzu istəmədik. Biraz səbr etdik
Yaxşıkı premiya ilə bağlı rəhbərliklə danışmadıq, səbr etdik.
Nəticədə ikisi də istədiyimiz kimi oldu və insanları incitmədən oldu.
Günün dərsi - Vinnie, sadəcə səbr et. Səbrli ol. Səbr et
Monday, June 10, 2024
Ev le ne cem! Vermezlerse kaçacam
YAS
16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...
-
Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu ...
-
Icimde bitmeyen yas var Onu yaxsi taniyiram Belke de menimle eyni vaxtda dogulub Icimde bir yas var Ölən de, aglayan da menem Olen her huce...