Friday, September 27, 2024

35 yaşın hesabatı

 Zarafat- zarafat bugün 36 yaşına girdim. 36 yaşım oldu. Həmən bir hesabat edək. Bu 1 ildə nəyi yoxladıq:


-əvvəlki iş yerimdən çıxdım

-daha böyük vəzifəyə getdim, mediatik oldum

-tələbəmlə şuru-muru 

-4 yeni ölkəyə getdim (Belçika, Hollandiya, İspaniya, Portuqaliya) Və hamısına tək getdim

-evimi dəyişdim

-narssist münasibıti 20 dəfə ayrıl-barışdan sonra bitirdim

-saçımı çox qısa kəsdim

-fly-yogaya başladım

-intriqa və müharibələri bitirdim

-2-ci pişik sahibləndim (Simuzər)


İtirdiyim insanlar:

-Evli rəfiqələrim (Gülyalar) (Narsistə görə)

-Narssistin özü

Qazandığım insanlar:

-Elişko

-Bayazi

-Güni

-Down bacı

Nəticə:

Yaxşı kariyera irəliləyişi, münasibətlərin süqutu və ya sakitləşməsi, yatırım yoxdur.

Növbəti yaşda fokus olunmalı məsələlər:

-Yatırım

-Sağlamlıq

-Münasibətlər


Səni sevirəm!


Sunday, September 22, 2024

Bu dəfə karyeradan

 O qədər öyrəşmişəm ki, götəşlərdən, üzləşdiyim pis vəziyyətlərdən danışmağa... Amma bu dəfə fərqlidir. Yaxşı anımı, xoşbəxt halımı paylaşmalıyam, içimdən gəlib.

8 ayın sonunda girdiyim. işdə bir xeyli yenilikləri həyata keçirdim, arada özümü təbrik etməyi unutsam da. İndi 100 nəfərlik heyəti Qarabağdan sağ-salamat gətirib (şükür), təşəkkür mesajları alarkən qəribə bir eyforiyada uçarkən özümlə söhbət etmək istədim. Durmadan içimdə "səhv etmə" deyə özümü qınayan məni bir anlıq susdurdum və nə qədər andan zövq aldığımı düşündüm. Mən öz qabımdayam, insanlar məni olduğu kimi qəbul edir və mən faydalıyam. Ay blət! Mən faydalıyam. Mənim vizyonum var, risk görə bilirəm və kompetensiyaların ortalamanın üstündədir. Bunu görürəm.

Narsisti həyatımdan çıxartdıqdan sonra iş həyatıma böyük yer açıldı. Bəlkə illuziyadır amma o qədər yaxşı hislərim var ki, gələcəklə bağlı. Sanki qapılar açılır üzümə. Bir rəfiqəm mənə Yale universitetinə qəbul alacağını dedi. Bu ideyanın məni bu qədər həyəcanlandıracağını düşünməzdim. Mən akademik cəhətdən də güclənmək istəyirəm. Qarabağdan əyləncə səfəri boyunca həvəslə oxuyub bitirdiyim kitabdan da bunu hiss edirdim. Məndə gözəl potensiallar var, və həmişə olub. Sanki indi tam yerimdəyəm. Ən çox ona görə rahatam ki, mühabirə yoxdur, heçkimlə dava etmirəm, ego savaşları yoxdur və sülhdür. Bu çox gözəl iş mühitidir.

Sən demə hüzur bu dünyada da özünü aldatmadan ola bilərmiş. Əvvəli, iş yeri nə qədər çox qazanc və bol vaxt vəd etsə də bu olmurdu. Reallıq sülhün xoşbəxtliyidir. Gələcəyimdən rahatam artıq.

Biraz şeyi düşünürən, qabaqdan ad günüm gəlir. Narsistimin yadına düşəcək görəsən? Amma uşaqlıqdan özümü əsgər kimi yetişdirmişəm, daim disiplin düşüncələrin üstündə. İndi də biraz onu train etməyim lazımdır - heçnə gözləməmək ondan. Amma gözləyib pis olsam da bu mənim haqq-hesabımdı, keçəcək və bitəcək.

Koroçe, Şükür Allaha hərşeyə görə. Yola davam!

Saturday, September 14, 2024

Bu hekayə bir nəfərlikdir


 Bu hekayər hər zaman bir nəfərlik idi. Nə qədər mübarizə aparsan da. Nə qədər yaxşı filmlər izləyib, kitablar oxusan da, onları paylaşacaq adamlar gözləsən də. Bu hekayə sən və mənə aid idi. İkimizə... Yəni bir nəfərlik idi.


Bəzən həyat içimizdən keçir. Ən sevimli günümüzdə, ən parladığımız, hamıya gülüşlər və sevgilər yağdırdığımız "işim var" dediyin və evə qaçıb ağladığın o gündə özünlə üzləşirsən. Bir tərəfin durmadan şükür edərkən, bir tərəfin isə inadkarcasına müqavimətini davam etdirir.

Mən bunu niyə yaşayıram? Hardadır yola çıxdığımda inandığım insanlar? Mən onlarsız da hekayə yaza bilərəm, mən onlarsız da parlayaram amma mən bunu istəmirəm deyə balaca uşaq kimi ağlamağa davam edirsən.

Bəlkə sevincini necə yaşamalı olduğunu bilməməkdir. Bəlkədə xroniki üsyan algısıdır. Əlbəttə, hər kəs yaşayır - mən də ağacdakı quşda, zibillikdəki yemək gözləyən pişik də, günün düşünməyən bir fəhlə də. Amma niyəm mən hiss edirəm hamısını?

Bu aralar çox düşünürəm bunları. "Mən mənə yetərəm" deyərkən xərclərdiyin göz yaşlarını. Mən mənə yetərəm amma niyə onlara yetnədim deyə bütün əzələlərinin içindən keçib, daxili orqanlarına siraət edən ağrını. 

Sevdiyin evdə, sevdiyinn pişiyinlə beynini söndürərək zaman keçirmək varkən, niyə ailə yetmədim, niyə sevdiklərimə yetmədim, harda səhv elədim, amma niyyətim təmiz idi deyib içimi cırıram. Dünyada 8 milyard insan var, əminəm ki, onların 7milyardını başa düşərəm. Amma 10 nəfər məni başa düşməz deyib özümü kənara çəkirəm. 

Çox hirsliyəm, çox. Ən çox da özümə. niyə bu müqaviləni imzaladım, gəldim bu dünyaya. Yenə eyni səhvləri elədim, yenə bağlandım, ümid etdim. Bu dəfə fərqli olacaq deyə özümü inandırdım.

Əlimdə rabitə vasitəsi var, amma digər tərəfdən heçkim eşitməyəcək bilirəm. Naqil qoşulmayıb, amma durmadan cəhd edirəm. Danışıram. Xilas gözləyirəm.

Sunday, September 8, 2024

Azadlıq - bu mənim mübarizəmdir

 Yadıma gəlir 2002-ci il yanvar ayı idi. 2 sevdiyim ünsüru bir arada tapmışdım və çox xoşbəxt idim - babamın hələ işlədə bilmədiyi kanselyar dəftəri və mənim yazmaq həvəsim. Birləşdirib gündəlik yazdım. dDavam etdim taa 2007-ci il bloga çevirənə kimi. 

Yadıma gəlir 13-14 yaşım var idi o vaxt. İlk fikirlər bu yöndə idi - axı niyə mən universitet oxumalıyam, daha sonra evlənməliyəm, niyə hamının etdiyini etməliyəm və etmədiyim üçün qınanmalıyam. 

Beləcə başlayan fikirlərlə daha sonra daha qaranlıq və acı xatirələr əlavə olundu, atamın içməyi, mənim onu küçələrdən yığışdırmaq cəhdlərim, anamın məni təhqirləri və döyməkləri. 2007-ci ilə kimi cıza-cıza öz xoşolmayan izlərini buraxdı. Sonra mən işlədim, evdən qaçmağa cəhd etdim, sevgilərim boş çıxdı. Ümidimi üzdüm, tam o anda yenidən vuruldum, aşiq oldum, evlənmək istədim.Evləndim, sonra orda başladı mübarizələrim daha məişət zəminində. Bəzən silahı yerə qoydum, hətta 2 ilə yaxın əlimə silah almadım.Köçdük getdik, mübarizəmin içində silahı hara qoyduğumu, özümü necə müdafiə edəcəyimi bilmədən davam etdim. Olmadı, əlimdəki rkq5 kimi partladı. Qəlpələrini uzun müddət həm keçmiş yoldaşım, həm mən daşıdım.

Sonradan yığdım parçalarımı bir-bir, hərəsini bir yerdən. Tikə-tikə olmuşdum. Hardan başlayacağımı, nə edəcəyimi bilmirdim. Kimi bunu kainat desin, mən buna Allah deməyə davam edəcəm - Allah məni eşitdi, təvəkkülümü qəbul etdi. 2019-da həyatım dəyişdi,  yaşamaq üçün səbəbim işim oldu daha sonra. Sürətlə yüksəldim.Gəldi əsas məsələ - özünlə üzləşmək.

İş məni dəyişmişdi, egosu güclü, özü ac, dəli bir varlığa çevrilmişdim. İndi şikayət etdiyim insanların həyatıma girməsi ilə hərə mənə nəsə qatdı. Onıara təşəkkür edirəm. Məni özünə kumir seçən o rəfiqəm sayəsində (ki hansına görə həmən işdən çıxdım daha sonra) mən master oxudum, İngiltərəyə getdim. 

Ən əsası dəyişikliyi indiki işimdə yaşadım. 18 yaşımdan etibarən işləyirəm, və elə bilirdim ki, (buna qədər) hər şey davayla olmalıdır. Dava, aggressiya əsas gücüm idi. Mən yeni işimdə bunları kənara qoydum.  

İndi burda 36 yaşıma 19 gün qalmış, bir pişik sahibi (2-cisini də behləmişəm),4-cu butulkanı boşaldan, Bakıda yaxşı vəzifə sahibi, öz evi, maşınl olan,  20-ə yaxın ölkəni təkbaşına gəzən qadın olaraq MƏN AZADAM. Mən hal-hazırda alt paltarımla, sərxoş vəziyyətdə düşünürəm - mən azadam! Mən bunları azadlıq üçün etmişəm. Nə uşağım olsun, ailəm olsun, məni sevən bir adam olsun. Sadəcə azad olum. Oldum! Bu cığırı qanıyla, dişiylə qazan 19 yaşındakı "mən"-in qarşısında baş əyirəm. Ən böyük arzularımı reallaşdırdım - Amerikaya getdim keçən il. Bu il də visa aldım amma getmədim, onun yerinə Portugaliyaya getdim. İndi gəlin hansısa xiyar desin ki, Allah yoxdur,  yaradıcı yoxdur. Götümlə gülərəm. Nə. istəmişəmsə olub, içimdəki dialoqları məndən qabaq o bilib. Nə qədər şükür etsəm azdır. 4 gün əvvəl sevgilimdən ayrılmışam. Onsuz oksigen balonum işləməz, mən yaşayamam zənn edirdim. Hətta içkiliykən belə onun haqqında düşünmək istəmirəm. Mən yaratdığımız qadına aşiqəm! 1saat qabaq ağlayırdım, Cənnətova zəng elədi, göz yaşəmı silib necə normal işdən danışdım.Ağrılarımı, yaralarımı hiss etdirmədən necə də gözələm. Elə ağrılarım və yaralarımla da.

Mən istəyirəm ki, illər sonra sən bu yazını oxuyanda biləsən ki, hamısı SƏN idin. Sən istedadlısan. Zəid sandığın o xüsusiyyətlər - empatiya, mərhəmət, insanlıq (hansından ki, ömür boyu şikayətlənmisən) sənin yaradıcıllıq gücündür. Səni sən edən budur. Hər zaman özünə şübhə duyacaqsan, hər zaman. Sənə sirr açım, bütün insanlarda olan ortaq xüsusiyyətdir. Hamı ağlını, özünü balaca görür bu normaldır. Normal olmayan zatən özünü olduğundan böyük görməkdir. Sən yenə xəyal qurmağa, irəliləməyə davam et!Özünü qoruyaraq, heçkimə zərər verməyərək, hətta insanlara xeyir verərərək. İnsanlara yardım et! Özünü xilas edirsən amma insanları, onları da düşün, heyvanları da. Sən mənim ən gözəl layihəmsən. Səni sevirəm!

Saturday, September 7, 2024

1 ilin sonu -Narssist münasibəti

İçimdə elə boşluq var ki, dondurur məni. Elə bil, 10 santimertlik 2 miomam çıxarılıb amma yerinə deşik bir boşluq qoyulub. Ya da doğmuşam və pospatrum sindromundayam amma doğduğum hardadır və nədir bilinmir. Tam da belə bir hiss.

Mən bunca il boşuna yaşamışam, hər şey boş imiş. Münasibətlər idi mənim həyatımın əsas sütunu. Necə səhv qurmuşam bu sütunu. Öz görmək istədiyim kimi, inanmaq istədiyim kimi. Uşaqlıqdan da elə bilirdim ki, mənim üçün mənim sevdiyim insanlar hərşey edər, dünyanı dağıdar zad. Amma mənim onları sevməyimin onların mənə qarşı davranışıyla heç bir əlaqəsi yoxdur. Bunu başa düşdüm. 

Ən son narssitimin mənə qarşı hörmətsiz davranışları, mənim onu itirməməyim üçün saxta tolerans yüklənməm və bunun altında özümə hörmətimi itirməyim və bunu görüb başa düşməyim mənə şapalaq kimi təsir etdi. Mən inanmaq istədiyimin reallığın arxasına sığınıb gerçəklərdən qaçaraq daha çox xatirə, və ya bəlkə də möcüzəvi şəkildə müsbət sonluqlu hekayə qazanacağımı sanırdım.

Amma Gülbən Ergenin keçmiş əri demiş - həqiqətlərin gec ya da tez üzə çıxmaq kimi bir xüsusiyyəti var.

Heçkəs layiq olmadığın haqsızlığa dözdüyün üçün sənə təşəkkür etmir.

Heç kim birini çox sevdiyin üçün sərhədlərini elastik etdiyinə görə sənə artıq hörmət eləmir.

Heç kəs keçdiyin yollara, mübarizələrə görə səni alqışlamır.

Bu tək auditoriyalıq bir çıxışdır. Və o auditoriyadakı da sənsən, çıxış edən də.

Acını romantikləşdirməkdən də bezdim artıq.

Reallıq odur ki, özümdən çox pis incimişəm. Mənə bunları yaşadan narsist və ya ətrafdakılar deyil, özüməm. Hər şeyini- sevgisini, macərasını bol verməyə çalışdığım halda yenə kənardan bu qədər asılı qalmağım, heçnə yox elə 1 il içində narsistlə bağlı bu qədər sözlər verib, onu sildiyimi dediyim halda yenə eyni kəndiri könüllü şəkildə boynuma dolamağım indi özümə imamımı azaldır. Necə barışacam özümlə bilmirəm. Oturmuşam burda düz həqiqətin gözünə baxıram - mən sevilməmişəm, hörmət edilməmişəm, hətta istifadə edilmişəm. Hər dəfə yenidən, eyni tərzdə, əziyyət belə tələb edilmədən.

Bu reallığın bir tərəfi idi. Acı tərəfi. Hansıkı məni indi dəli edir. Özümə qarşı günahkar hiss etdirir.

Digər reallığı isə küsdüyüm özümün yaxşı başa düşməsini istəyirəm - bir illuziyanın içində yaşasan da, layiq olduğun münasibəti görməsən də, özünü onun yanında daim aşağı çəksən də - bu SƏN idin. Bu macəraları yaradan, ideyaları düşünüb, onları xatirə edərək həyata keçirən. İçindən gələn kimi, heç bir hesab-kitab olmadan davranmağındır səni sən edən.  Onunla münasibətdə qat-qat daha dərin, daha güclü və daha rəngli olduğunu bildiyin halda özünü o yaxşı hiss etsin deyə alta çəkən sən idin. Sənin zarafatların idi konteks üzərində məsələni əyləncəli edən, sənin danışıqların idi çox əylənməni təmin edən. SƏNin hislərin idi yaşadıqlarınızı romantikləşdirən. Xatirələr üçün can qoydun sən. Buna görə sənə təşəkkür edirəm. Bunlar hamısı sənə görə oldu. Bu bacarıqlar, bu xüsusiyyətlər səndədir. Sən yenə möhtəşəm xatirələr yaradacaqsan, yenə özünü və hamını sevəcəksən. Heçnədən qorxmadan, davam et həyata.

Sunday, September 1, 2024

back to roots

 Tətil bitdi sabah işə qayıdıram.

1 ay hardasa gəzdim, istirahət etdim. Mən ən çox yaşadığımı tətildə başa düşürəm. Amma arada tətili də burnumdan gətirmədən edə bilmirəm, o öz yerində. İndi evimə gəlmişəm, qruz başlayıb işə gedəcəm, nə edəcəm və s.  Bu yazını yazma səbəbim odur ki, özümə başa salım ki, "Bebiş, no panic, iş də həyata dairdir". Münbit iş mühiti yaratmaq üçün nə etməli, nədən başlamalıyam bilmirəm. Amma yazım bəlkə fikrimi cəmlədirmiş olaram:

1-Sentyabr sənin ayındır. Yeni və daha gözəl başlanğıclar üçün.

Planını qur işlədiyim qurum üçün fəaliyyətə başla!

2-Yeni əlaqələr qur. Sərgidən əldə etdiyin əlaqələri bərpa et.

3-Özünü iş mühitində göstərməyə, gəldiyini bildirməyə başla!

4-Disiplinli ol!

Off iş planı falan okeydi amma biraz da narsistimdən yazmaq istəyirəmeee əslində.

O mənim çox yaxşı oyun dostumdu əslində. Görəsən life partner belə olur? Məncə yox. Amma çox əylənirik. Gələr - gəlməz yenə əyləndik. Məncə elə də dursun, orda qalsın. Çox da yük qoymayım üstünə

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...