İçimdə elə boşluq var ki, dondurur məni. Elə bil, 10 santimertlik 2 miomam çıxarılıb amma yerinə deşik bir boşluq qoyulub. Ya da doğmuşam və pospatrum sindromundayam amma doğduğum hardadır və nədir bilinmir. Tam da belə bir hiss.
Mən bunca il boşuna yaşamışam, hər şey boş imiş. Münasibətlər idi mənim həyatımın əsas sütunu. Necə səhv qurmuşam bu sütunu. Öz görmək istədiyim kimi, inanmaq istədiyim kimi. Uşaqlıqdan da elə bilirdim ki, mənim üçün mənim sevdiyim insanlar hərşey edər, dünyanı dağıdar zad. Amma mənim onları sevməyimin onların mənə qarşı davranışıyla heç bir əlaqəsi yoxdur. Bunu başa düşdüm.
Ən son narssitimin mənə qarşı hörmətsiz davranışları, mənim onu itirməməyim üçün saxta tolerans yüklənməm və bunun altında özümə hörmətimi itirməyim və bunu görüb başa düşməyim mənə şapalaq kimi təsir etdi. Mən inanmaq istədiyimin reallığın arxasına sığınıb gerçəklərdən qaçaraq daha çox xatirə, və ya bəlkə də möcüzəvi şəkildə müsbət sonluqlu hekayə qazanacağımı sanırdım.
Amma Gülbən Ergenin keçmiş əri demiş - həqiqətlərin gec ya da tez üzə çıxmaq kimi bir xüsusiyyəti var.
Heçkəs layiq olmadığın haqsızlığa dözdüyün üçün sənə təşəkkür etmir.
Heç kim birini çox sevdiyin üçün sərhədlərini elastik etdiyinə görə sənə artıq hörmət eləmir.
Heç kəs keçdiyin yollara, mübarizələrə görə səni alqışlamır.
Bu tək auditoriyalıq bir çıxışdır. Və o auditoriyadakı da sənsən, çıxış edən də.
Acını romantikləşdirməkdən də bezdim artıq.
Reallıq odur ki, özümdən çox pis incimişəm. Mənə bunları yaşadan narsist və ya ətrafdakılar deyil, özüməm. Hər şeyini- sevgisini, macərasını bol verməyə çalışdığım halda yenə kənardan bu qədər asılı qalmağım, heçnə yox elə 1 il içində narsistlə bağlı bu qədər sözlər verib, onu sildiyimi dediyim halda yenə eyni kəndiri könüllü şəkildə boynuma dolamağım indi özümə imamımı azaldır. Necə barışacam özümlə bilmirəm. Oturmuşam burda düz həqiqətin gözünə baxıram - mən sevilməmişəm, hörmət edilməmişəm, hətta istifadə edilmişəm. Hər dəfə yenidən, eyni tərzdə, əziyyət belə tələb edilmədən.
Bu reallığın bir tərəfi idi. Acı tərəfi. Hansıkı məni indi dəli edir. Özümə qarşı günahkar hiss etdirir.
Digər reallığı isə küsdüyüm özümün yaxşı başa düşməsini istəyirəm - bir illuziyanın içində yaşasan da, layiq olduğun münasibəti görməsən də, özünü onun yanında daim aşağı çəksən də - bu SƏN idin. Bu macəraları yaradan, ideyaları düşünüb, onları xatirə edərək həyata keçirən. İçindən gələn kimi, heç bir hesab-kitab olmadan davranmağındır səni sən edən. Onunla münasibətdə qat-qat daha dərin, daha güclü və daha rəngli olduğunu bildiyin halda özünü o yaxşı hiss etsin deyə alta çəkən sən idin. Sənin zarafatların idi konteks üzərində məsələni əyləncəli edən, sənin danışıqların idi çox əylənməni təmin edən. SƏNin hislərin idi yaşadıqlarınızı romantikləşdirən. Xatirələr üçün can qoydun sən. Buna görə sənə təşəkkür edirəm. Bunlar hamısı sənə görə oldu. Bu bacarıqlar, bu xüsusiyyətlər səndədir. Sən yenə möhtəşəm xatirələr yaradacaqsan, yenə özünü və hamını sevəcəksən. Heçnədən qorxmadan, davam et həyata.
No comments:
Post a Comment