Yadıma gəlir 2002-ci il yanvar ayı idi. 2 sevdiyim ünsüru bir arada tapmışdım və çox xoşbəxt idim - babamın hələ işlədə bilmədiyi kanselyar dəftəri və mənim yazmaq həvəsim. Birləşdirib gündəlik yazdım. dDavam etdim taa 2007-ci il bloga çevirənə kimi.
Yadıma gəlir 13-14 yaşım var idi o vaxt. İlk fikirlər bu yöndə idi - axı niyə mən universitet oxumalıyam, daha sonra evlənməliyəm, niyə hamının etdiyini etməliyəm və etmədiyim üçün qınanmalıyam.
Beləcə başlayan fikirlərlə daha sonra daha qaranlıq və acı xatirələr əlavə olundu, atamın içməyi, mənim onu küçələrdən yığışdırmaq cəhdlərim, anamın məni təhqirləri və döyməkləri. 2007-ci ilə kimi cıza-cıza öz xoşolmayan izlərini buraxdı. Sonra mən işlədim, evdən qaçmağa cəhd etdim, sevgilərim boş çıxdı. Ümidimi üzdüm, tam o anda yenidən vuruldum, aşiq oldum, evlənmək istədim.Evləndim, sonra orda başladı mübarizələrim daha məişət zəminində. Bəzən silahı yerə qoydum, hətta 2 ilə yaxın əlimə silah almadım.Köçdük getdik, mübarizəmin içində silahı hara qoyduğumu, özümü necə müdafiə edəcəyimi bilmədən davam etdim. Olmadı, əlimdəki rkq5 kimi partladı. Qəlpələrini uzun müddət həm keçmiş yoldaşım, həm mən daşıdım.
Sonradan yığdım parçalarımı bir-bir, hərəsini bir yerdən. Tikə-tikə olmuşdum. Hardan başlayacağımı, nə edəcəyimi bilmirdim. Kimi bunu kainat desin, mən buna Allah deməyə davam edəcəm - Allah məni eşitdi, təvəkkülümü qəbul etdi. 2019-da həyatım dəyişdi, yaşamaq üçün səbəbim işim oldu daha sonra. Sürətlə yüksəldim.Gəldi əsas məsələ - özünlə üzləşmək.
İş məni dəyişmişdi, egosu güclü, özü ac, dəli bir varlığa çevrilmişdim. İndi şikayət etdiyim insanların həyatıma girməsi ilə hərə mənə nəsə qatdı. Onıara təşəkkür edirəm. Məni özünə kumir seçən o rəfiqəm sayəsində (ki hansına görə həmən işdən çıxdım daha sonra) mən master oxudum, İngiltərəyə getdim.
Ən əsası dəyişikliyi indiki işimdə yaşadım. 18 yaşımdan etibarən işləyirəm, və elə bilirdim ki, (buna qədər) hər şey davayla olmalıdır. Dava, aggressiya əsas gücüm idi. Mən yeni işimdə bunları kənara qoydum.
İndi burda 36 yaşıma 19 gün qalmış, bir pişik sahibi (2-cisini də behləmişəm),4-cu butulkanı boşaldan, Bakıda yaxşı vəzifə sahibi, öz evi, maşınl olan, 20-ə yaxın ölkəni təkbaşına gəzən qadın olaraq MƏN AZADAM. Mən hal-hazırda alt paltarımla, sərxoş vəziyyətdə düşünürəm - mən azadam! Mən bunları azadlıq üçün etmişəm. Nə uşağım olsun, ailəm olsun, məni sevən bir adam olsun. Sadəcə azad olum. Oldum! Bu cığırı qanıyla, dişiylə qazan 19 yaşındakı "mən"-in qarşısında baş əyirəm. Ən böyük arzularımı reallaşdırdım - Amerikaya getdim keçən il. Bu il də visa aldım amma getmədim, onun yerinə Portugaliyaya getdim. İndi gəlin hansısa xiyar desin ki, Allah yoxdur, yaradıcı yoxdur. Götümlə gülərəm. Nə. istəmişəmsə olub, içimdəki dialoqları məndən qabaq o bilib. Nə qədər şükür etsəm azdır. 4 gün əvvəl sevgilimdən ayrılmışam. Onsuz oksigen balonum işləməz, mən yaşayamam zənn edirdim. Hətta içkiliykən belə onun haqqında düşünmək istəmirəm. Mən yaratdığımız qadına aşiqəm! 1saat qabaq ağlayırdım, Cənnətova zəng elədi, göz yaşəmı silib necə normal işdən danışdım.Ağrılarımı, yaralarımı hiss etdirmədən necə də gözələm. Elə ağrılarım və yaralarımla da.
Mən istəyirəm ki, illər sonra sən bu yazını oxuyanda biləsən ki, hamısı SƏN idin. Sən istedadlısan. Zəid sandığın o xüsusiyyətlər - empatiya, mərhəmət, insanlıq (hansından ki, ömür boyu şikayətlənmisən) sənin yaradıcıllıq gücündür. Səni sən edən budur. Hər zaman özünə şübhə duyacaqsan, hər zaman. Sənə sirr açım, bütün insanlarda olan ortaq xüsusiyyətdir. Hamı ağlını, özünü balaca görür bu normaldır. Normal olmayan zatən özünü olduğundan böyük görməkdir. Sən yenə xəyal qurmağa, irəliləməyə davam et!Özünü qoruyaraq, heçkimə zərər verməyərək, hətta insanlara xeyir verərərək. İnsanlara yardım et! Özünü xilas edirsən amma insanları, onları da düşün, heyvanları da. Sən mənim ən gözəl layihəmsən. Səni sevirəm!
No comments:
Post a Comment