Friday, January 31, 2025
Maceracı ruhumun monologo
Hə düzdür, ağlıma hər saniyə yeni fikirlər gəlir. Birini tutub onun dalınca gedirəm. Bəzən sadəcə Netflixdə izlədiyim serialı söndürüb beynim mənə "get, özünü as" deyir. bəzən inanıram, dayanıram, prosesi düşünürəm, tam ərinmək istərdim, davay daha sonrasını da düşün deyirəm. İlk kim görəcək meyidini, necə biləcəklər zad. həyacanlanıram. Sonra axırlara doğru özümü öz yasımda ağlayan insanlara qoşulub ağlayarkən görüb dayanıram. İçimdəki proqmatik mən "gijdillax, sən diqqət istəyirsən, buna görə də ölümlə manipulasiya edirsən" deyir və mən utanıram. Ammaaan, sizə ölümüm də çoxdu deyib söhbəti bağlayıram. Kimə bu qədər əsəbiyəm və ya küsəm bilmirəm, mma bunun özünün də zəiflik olduğunu bilirəm. Amma beynimin içində bir petux oturub məni idarə etməyindən xoşhal deyiləm.
Bəzən burnuma iylər gəlir, aparır mən birilərinin yanına. Ağlaşma, mələşmə zırt pırt orda da biraz drama sonra başqa bir mahnı gəlir aparır məni getdiyim ölkələrdən birinə. Yəni, herçəkdən budurmu həyat? Ya boş qalmayacaqsan, ya da qaldınsa belə fikirlərin məngənəsində var-gəl edib hamısını iç səsi saymaq?
Daha çox özümü dahi sayıram başqa reallığda doğulmuş dahi. Məncə bu fikirdə çox haqlıyam, sadəcə reallığım bəsit gəlir. Dünyadan sıxılmağım da çox vaxt bununla bağlıdır. Bəyaq, bir neçə saat öncə ölümünə qruz içindəydim amma səbəbsiz. Özümü bədbəxt, heçkimə lazım olmayan, sevilməyən, həmişə tərk edilən və elə - belə yox arxasına baxılmadan tərk edilən zad.Sonra çıxdım özümə bir şərab alım, içim ağlayım zad. Ətrafımda elə sikik adamlar və cütlüklər gördüm ki, yadıma düşdü niyə tək olmağı seçmişəm :))
Amma götəş balam, hər çeyin sonunu bir insana və ya münsaibətə bağlaman saçma! This is the key! İşte mən herşəyi insanlar üzərində qurmuşam, sistemim yanlış. İndi onu düzəldirəm. Halbuki, beynimin içində başqa dünya, başqa reallıq var ki, ona aşiqəm. Şizofrenmiyəm görəsən, bilmirəm amma bunu şəkillə çəkdim.
Əslində məsələ bəsitdir, işdə, həyatda çox yorulmayacağım bir sistem qurmuşam. bu genetkadır. Ona görə atam və qardaşım ömür boyu işləməyib. Mən də onlardan biriyəm. Geri qalan enerjimi və vaxtımı özümü qayırmağa xərcləyirəm. Bunu düşünməliyəm əslində. Nağıllarımı yazım gərək. Bir kitab çıxarım, çoxlu rəsm çəkim, mükəmməlləşim. Beləcə ömür keçəcək.
Sunday, January 19, 2025
Learn!Unlearn!Relearn!
Demişdim qəribə bir ruhsal təcrübədəyəm. Düşünürəm də, mən sadəcə bir adam üçün meyve doğramışam. Ən çox biri üçün yemək hazırlamışam.Oxuduğum kitablardan gətirdiyim sitatlar biriləri üçündür. İzlədiyim filmlər, gəzdiyim şəhərlər, öyrəndiklərim insanlar üçün idi. Ən çox biri olmaq istəyirdim, birinin (birilərinin) yanımda olması üçün. Gecə göbələk evə girəndə isə tək idim. Ətrafımda insanlar azaldıqca cəzalandırırdım özümü. Heç yumuşaq olmağı bacarmamışdım.
2 aydır soyuducuda qalan, anamın verdiyi heyvanı çıxartdım, doğradım. Anamın uzun müddət verdiyi, heç paketi açmadığım otları götürdüm. Heyvanı təmizlədim, otladı ayırdım, özümə çay hazırladım. Yoxsa mən artıq qorxmurdum tək qalmaqdan? Yox, mən artıq özümə yaratdığım saxta məndən sıxılmışdım. Əslində yaşımızı unutsaq hamımız xoşbəxt ola bilərik. Bəli, boşandıqdan və bioloji saat qapını danq-danq dağıtdıqca mən ağlımı qaçırmağa başladım. Və işin ucunu qaçırdım, ard-arda səhvlər və s. İndi bunlar təşəkkür edəcəyim böyük bir təcrübədir.
Artıq öyrəndiklərimi unutmağı başlamışam - xoşbəxt olmaq üçün təqdirlərin çoxluğunun rolu yoxdur, bilirəm. Nə qədər çox təqdir axtarışında olsam o qədər çox zəncirlərim artacağını bilirəm.
Hər gün özümlə tək qalmamaq üçün əl atdığım bəhanələr - içmək, çəkmək, scrollinglər, düşüncələr bunlar yaxşı dost kimi görünsə də məni özümdən ayıran qatı düşmənlərdi, onu da anlayıram. Axı mən özümlə olmağa, özümü tanımağa niyə bu qədər müqavimət göstərirdimki? Niyə narsist yanımda olanda yaşadığımı hiss edirdim, o gedəndə boğulurdum? Çünki təqdirolma istəyim doyurdu, o olmayanda bu rolu ifa edəcək alternativ olmurdu.
Bir də özümü təlqin etmişdime, ünsiyyət insanın intellektini inkişaf etdirən üsullardan biridir - bullshit. Onun yerinə kitab oxumağı seçirəm. Mən özümü laaap balacalaşdırmışam. Balaca olanda necə otağımdan çıxmayaraq saatlarla kitab oxuyurdum... O halıma geri dönmüşəm, özümə geri dönmüşəm. Boş ünsiyyət istəmirəm, mənə xidmət etməyən heç nə istəmirəm.
Artıq özümə çay qoymaq istəyirəm. Özüm üçün meyvə doğramaq istəyirəm.
Heç bir qeyri-bərabər münasibət anlaşmasına ehtiyacım da yoxdur. Öyrəndiklərimizi unudub, yenilərini öyrənirik. Məsələn - daha çoxa layiq olduğumu. Olmasa mən onsuz da yaxşıyamı qavrayıram.
Sonsuz şükürlər edirəm. ALlah məndən əl çəkmədiyi, ümidini itrmədiyi üçün. Mən özümə özümü qazandırıram.
Tuesday, January 14, 2025
Depressiya bitdi bircə overthinkingi minsəm
Şirin tötüm, yeni bir ruhsal yolda hərəkət edirəm. Ən gözəli, dediyim kimi, üzülmürəm, depressiyada deyiləm. Amma buna baxmayaraq vərdiş etdiyim mundar düşüncələrdən yaxa qurtulmaq istəyirəm. Bu məni necə narahat edir, bütüngün işləyirəm, sonra özünüinkişaf kitabları oxuyuram, özümü pozitiv tutmağa çalışıram, idmana gedirəm. Amma at the end of the day yuxuya gedərkən məni incidənlərdən necə intiqam aldığımı, onları bir podvala yığıb izdevatsa etdiyimi düşünüb xomxoşbəxt yuxuya gedirəm. Halbuki, özümə yatağa girəndə deyirəm, həyatım sehirlidir, hər təcrübə dəyərlidir, həyatın hazırladığı xoş axına özümü buraxıram zırt-pırt. Bəlkə də, mən böyük bir düşüncədən ibarətəm. Əslində həmişə də belə olub, mən etdiyim səhvləri məlumatsızlıqdan deyil, tam əksinə məlumatlı və bilərək, istəyərək etmişəm. Bu mənim bir növü üsyan üsulumdur, amma blət kimə? özümü cəzalandırıram da, per-petux həyatını qaldığı yerdən davam edir. Ayrıca da çoxlu sözlər verirəmee özümə bu blogda onu da istəmirəm. Nə mənası var, veridyim sözlərə məhəl qoymuram, sonra özümə əsəbi olmağın. Götümün qırağına qədər olmayacaq insanları həyatımın içində qoyduğumu zənn edirəmee, blət bu pisdir. Məsələn o narsisst, valla billa başqa şərtlərdə mən ona bullingi kralını edərdim, amma how come bu qədər dərisiz oldum. Kimsə həyatımdan gedər deyə qorxmağım zad, bunların gətirdiyi outcome-lar mənim ürəyimi əməlli bulandırır artıq. İştə bunlar reallıq deyil, düşüncənin verdiyi məhsullardır. Götümə olçayacaq bir insanı və məsələni o qədər düşünürəm ki, sonra götümə də olur, beynimi də yeyir.
Ay nəysəki bunların fonunda çox gözələm, yoxsa üzgün olardım. Ruhsal yol deyirdim - hə, gönü qalınlığı öyrənmək istəyirəm. Həssas qəlbliliyin daşını atmaq, özümdən başqa hamıya yaxşı olmaq dövrəsindən çıxıb ancaq özümə yaxşı olmaq istəyirəm. Cındır olmaq istəyirəm :)
Tuesday, January 7, 2025
2025də ana olmaq istəyirəm
Nəm-nüm eləmədən, qısa konkret 2025-ci l hədəfim budur. Bunu bir də ağılla məntiqlə etməklə yanaşı, hiss edərək istəyirəm. Yəni sanki seçmişəm məndən əvvəl bunu. Bunu həmişə istəmişəm amma hər ilin teması fərqli idi. Bu il pişiklərimin yanında bir bala daha istəyirəm amma insan balası, mənim balam.
2024-də ölkəni dəyişmək istəyirdim - nəticədə işimi və yaşadığım yeri dəyişdim.
2021-2023 münasibətlər üzrə challenge yaşadığım illər idi, nəticədə əziyyət çəkdim amma çox böyüdüm. Terapiyalar, seanslar və mən özümə gedən yolu tapdım.
2019-etibarilə isə resurslarımı bərpa etmək ili idi.
Burdan baxanda başa düşürəm ki, yaşadığım heç nə boşuna deyil.
İndi isə daha ciddi bir şey istəyirəm - dünyaya bir can gətirmək. Bunu da edim, alınsa nə gözəl. Alınmasa da Allahdan gələn hər şey qəbulumdur. Hadi bakalım İnşallah
Sunday, January 5, 2025
Oh my Gucci
Yanvar gəldi.
Özümə daha çox xatirə, xoşbəxtlik, xoş anlar və gələcəyim üçün sağlam zəminlər toplamalıyam.
Subscribe to:
Posts (Atom)
YAS
16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...
-
Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu ...
-
Icimde bitmeyen yas var Onu yaxsi taniyiram Belke de menimle eyni vaxtda dogulub Icimde bir yas var Ölən de, aglayan da menem Olen her huce...