Tuesday, January 7, 2025
2025də ana olmaq istəyirəm
Nəm-nüm eləmədən, qısa konkret 2025-ci l hədəfim budur. Bunu bir də ağılla məntiqlə etməklə yanaşı, hiss edərək istəyirəm. Yəni sanki seçmişəm məndən əvvəl bunu. Bunu həmişə istəmişəm amma hər ilin teması fərqli idi. Bu il pişiklərimin yanında bir bala daha istəyirəm amma insan balası, mənim balam.
2024-də ölkəni dəyişmək istəyirdim - nəticədə işimi və yaşadığım yeri dəyişdim.
2021-2023 münasibətlər üzrə challenge yaşadığım illər idi, nəticədə əziyyət çəkdim amma çox böyüdüm. Terapiyalar, seanslar və mən özümə gedən yolu tapdım.
2019-etibarilə isə resurslarımı bərpa etmək ili idi.
Burdan baxanda başa düşürəm ki, yaşadığım heç nə boşuna deyil.
İndi isə daha ciddi bir şey istəyirəm - dünyaya bir can gətirmək. Bunu da edim, alınsa nə gözəl. Alınmasa da Allahdan gələn hər şey qəbulumdur. Hadi bakalım İnşallah
Subscribe to:
Post Comments (Atom)
YAS
16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...
-
Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu ...
-
Icimde bitmeyen yas var Onu yaxsi taniyiram Belke de menimle eyni vaxtda dogulub Icimde bir yas var Ölən de, aglayan da menem Olen her huce...
No comments:
Post a Comment