Tuesday, January 14, 2025
Depressiya bitdi bircə overthinkingi minsəm
Şirin tötüm, yeni bir ruhsal yolda hərəkət edirəm. Ən gözəli, dediyim kimi, üzülmürəm, depressiyada deyiləm. Amma buna baxmayaraq vərdiş etdiyim mundar düşüncələrdən yaxa qurtulmaq istəyirəm. Bu məni necə narahat edir, bütüngün işləyirəm, sonra özünüinkişaf kitabları oxuyuram, özümü pozitiv tutmağa çalışıram, idmana gedirəm. Amma at the end of the day yuxuya gedərkən məni incidənlərdən necə intiqam aldığımı, onları bir podvala yığıb izdevatsa etdiyimi düşünüb xomxoşbəxt yuxuya gedirəm. Halbuki, özümə yatağa girəndə deyirəm, həyatım sehirlidir, hər təcrübə dəyərlidir, həyatın hazırladığı xoş axına özümü buraxıram zırt-pırt. Bəlkə də, mən böyük bir düşüncədən ibarətəm. Əslində həmişə də belə olub, mən etdiyim səhvləri məlumatsızlıqdan deyil, tam əksinə məlumatlı və bilərək, istəyərək etmişəm. Bu mənim bir növü üsyan üsulumdur, amma blət kimə? özümü cəzalandırıram da, per-petux həyatını qaldığı yerdən davam edir. Ayrıca da çoxlu sözlər verirəmee özümə bu blogda onu da istəmirəm. Nə mənası var, veridyim sözlərə məhəl qoymuram, sonra özümə əsəbi olmağın. Götümün qırağına qədər olmayacaq insanları həyatımın içində qoyduğumu zənn edirəmee, blət bu pisdir. Məsələn o narsisst, valla billa başqa şərtlərdə mən ona bullingi kralını edərdim, amma how come bu qədər dərisiz oldum. Kimsə həyatımdan gedər deyə qorxmağım zad, bunların gətirdiyi outcome-lar mənim ürəyimi əməlli bulandırır artıq. İştə bunlar reallıq deyil, düşüncənin verdiyi məhsullardır. Götümə olçayacaq bir insanı və məsələni o qədər düşünürəm ki, sonra götümə də olur, beynimi də yeyir.
Ay nəysəki bunların fonunda çox gözələm, yoxsa üzgün olardım. Ruhsal yol deyirdim - hə, gönü qalınlığı öyrənmək istəyirəm. Həssas qəlbliliyin daşını atmaq, özümdən başqa hamıya yaxşı olmaq dövrəsindən çıxıb ancaq özümə yaxşı olmaq istəyirəm. Cındır olmaq istəyirəm :)
Subscribe to:
Post Comments (Atom)
YAS
16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...
-
Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu ...
-
Icimde bitmeyen yas var Onu yaxsi taniyiram Belke de menimle eyni vaxtda dogulub Icimde bir yas var Ölən de, aglayan da menem Olen her huce...
No comments:
Post a Comment