Friday, January 31, 2025
Maceracı ruhumun monologo
Hə düzdür, ağlıma hər saniyə yeni fikirlər gəlir. Birini tutub onun dalınca gedirəm. Bəzən sadəcə Netflixdə izlədiyim serialı söndürüb beynim mənə "get, özünü as" deyir. bəzən inanıram, dayanıram, prosesi düşünürəm, tam ərinmək istərdim, davay daha sonrasını da düşün deyirəm. İlk kim görəcək meyidini, necə biləcəklər zad. həyacanlanıram. Sonra axırlara doğru özümü öz yasımda ağlayan insanlara qoşulub ağlayarkən görüb dayanıram. İçimdəki proqmatik mən "gijdillax, sən diqqət istəyirsən, buna görə də ölümlə manipulasiya edirsən" deyir və mən utanıram. Ammaaan, sizə ölümüm də çoxdu deyib söhbəti bağlayıram. Kimə bu qədər əsəbiyəm və ya küsəm bilmirəm, mma bunun özünün də zəiflik olduğunu bilirəm. Amma beynimin içində bir petux oturub məni idarə etməyindən xoşhal deyiləm.
Bəzən burnuma iylər gəlir, aparır mən birilərinin yanına. Ağlaşma, mələşmə zırt pırt orda da biraz drama sonra başqa bir mahnı gəlir aparır məni getdiyim ölkələrdən birinə. Yəni, herçəkdən budurmu həyat? Ya boş qalmayacaqsan, ya da qaldınsa belə fikirlərin məngənəsində var-gəl edib hamısını iç səsi saymaq?
Daha çox özümü dahi sayıram başqa reallığda doğulmuş dahi. Məncə bu fikirdə çox haqlıyam, sadəcə reallığım bəsit gəlir. Dünyadan sıxılmağım da çox vaxt bununla bağlıdır. Bəyaq, bir neçə saat öncə ölümünə qruz içindəydim amma səbəbsiz. Özümü bədbəxt, heçkimə lazım olmayan, sevilməyən, həmişə tərk edilən və elə - belə yox arxasına baxılmadan tərk edilən zad.Sonra çıxdım özümə bir şərab alım, içim ağlayım zad. Ətrafımda elə sikik adamlar və cütlüklər gördüm ki, yadıma düşdü niyə tək olmağı seçmişəm :))
Amma götəş balam, hər çeyin sonunu bir insana və ya münsaibətə bağlaman saçma! This is the key! İşte mən herşəyi insanlar üzərində qurmuşam, sistemim yanlış. İndi onu düzəldirəm. Halbuki, beynimin içində başqa dünya, başqa reallıq var ki, ona aşiqəm. Şizofrenmiyəm görəsən, bilmirəm amma bunu şəkillə çəkdim.
Əslində məsələ bəsitdir, işdə, həyatda çox yorulmayacağım bir sistem qurmuşam. bu genetkadır. Ona görə atam və qardaşım ömür boyu işləməyib. Mən də onlardan biriyəm. Geri qalan enerjimi və vaxtımı özümü qayırmağa xərcləyirəm. Bunu düşünməliyəm əslində. Nağıllarımı yazım gərək. Bir kitab çıxarım, çoxlu rəsm çəkim, mükəmməlləşim. Beləcə ömür keçəcək.
Subscribe to:
Post Comments (Atom)
YAS
16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...
-
Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu ...
-
Icimde bitmeyen yas var Onu yaxsi taniyiram Belke de menimle eyni vaxtda dogulub Icimde bir yas var Ölən de, aglayan da menem Olen her huce...
No comments:
Post a Comment