Wednesday, February 5, 2025

Zor eləmişəm!

Çoxlu şeylər yazacaqdım yolda gələrkən, ağlımda hər fikri möhkəm hafizəmə yazıb 6-cı Paraleldə yerləşən London fog verildiyi second cup-a gələrkən hamısını bloga qusmaq var idi planda. Amma bura gələrkən içimdən gəlmədi, Pufff uçb getdilər. Necə ki, beynimin içində böyütdüyüm məni məhv etməsinə icaze verdiyim mənasız qorxularım kimi.Of bir də mənasız insanlar... Hansı ki, onlarsız yaşaya bilməyəcəyimi zad düşünürdüm. Hamısı necə pufff olub getmişdisə. Hər şey mənasını itirib, lakin mən... Mənim üçün daha mənalı olmağa başlamışam.Lan hamı bi çıqqan yaşayıb rədd olub gedəcək,bu qədər niyə böyütmüşəm ki. Zor eləmişəm!Nə etmişəmsə indiyə kimi. Koroçe, yuxarıdakı mətndən başa düşdüyün qədəriylə heçnəyi və heç kimi qozuma almama dönəminə qədəm basmışam. Hope we clear with that - Bomba nağıllar yazıram uşaqlar üçün. Səbirsizliklə kitabımı çap edib, youtube kanalımı açmağı hədəfləyirəm. - İşdə hər şey qaydasındadır, çünki qozuma almıram. İşləyirəm və hisslərim mənim böyük yüksəliş məni gözləyir deyir. Amma sakitəm. Hər şeyə okeyəm. - Narsist də osdurdu. Off 2 ilimin cəzaçəkməsi bitdi.Özümü necə belə bir poxa salmağı bacardım, bu qədər yaşanmışlıq və təcrübəylə bilmirəm. Amma zor eləmişəm bunu da! - Maşını satmışam. Daha yaxşısını alacam deyə. Hələ ala bilmirəm, amma alacam. Onu da satmaqla zor eləmişəm. Nə bomba şeyd təslimiyyət. Kontrolun ipini kontrolun götünə soxub əl çəkmək hərşeydən. Kainatın sənə hazırladıqlarını qəbul etməyə hazır vəziyyətə gətirmək özünü. Həm də, özümü aldatmıram, ola bilsin ki, yazdıqlarım və hiss etdiklərim olmaya bilər. Amma bu da qozuma deyil, desəm? Əslində fikirləşirəm ki, mən ömür boyu xoşbəxt ruh olmuşam amma biraz drama sevən xoşbəxt ruh. Ən götəş vaxtlarımda belə, güzgüdə özümü görüb "blət, nə gəşəng görünürsən" deməyi bacarmışam. Ya da ən depressiv halımda özümə bir əyləncə təşkil edib, özümə rəng qata bilmişəm. Ya da özümü ələ sala bilmişəm, özümlə əylənməyi də bacarmışam. Bəzən sadəcə özümə yazığım gəlib nə vaxtsa onu da zor eləmişəm! Mən mənm işığımın olduğuna inanmağa başlamışam. Özü də lap möhkəm inanmağa başlamışam. İşığım məni aparacaq təyinatım üzrə, mənə yetirəcək insanları yenə təyinatı üzrə. İşığıma güvəndiyim üçün heç kimin işığını qısqanmıram və gözüm heçkimin işığında deyil.

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...