___
10 gündür içimdə boşluq var, daha doğrusu hissizlik. Heçnəyə üzülmürəm də, sevinmirəm də. Belə qəribə. Bugün səhər 8-də budilnik çaldı. 11-də yermdən çıxdım, işdə 12də gəlmişəm. Gələn kimi, biraz vicdan əzabı çəkmək haqqında düşündüm, sonra çəkmək istəmədim. Hər şeyi başa düşürəm axı, artıq. Təqdiralmaq istəyindən qaynaqlanan əsəsbi, və yaxud günah hissinin verdiyini mutsuzluğu. Hətta niyə bu qədər qurban olmuşam, onu da indi başa düşə bilirəm. Çünki mən insanları "yaxşı", "pis" deyə kateqoriyalaşdırmışam. Elə olduğu təqdirdə bunların arasında məsafə və xətt müəyyən etmək yorucu olur və nəticədə bugün yaxşı olan sabah pis ola bilər. Odur ki, boşdur insanlar da. Hərə özünə görə. Düzü, kimsə sənə xidmət edə bilər, xidmət etməsi bitdiyində isə getməlidir. Bu qədər bəsit.
____
Bircə beynimi qurcalayan madiyyatdı indi. O da səmimiyyətsiz ağrıdır, özünü başqa cür təqdim edə bilməmənin acısı zad. Amma qalan bütün yarış və müsabiqələrdən könüllü imtina etmişəm. Görəsən depressiyadı bu? Yoxsa depressiyanı yenəndən sonra gələn müdrikləşmə və güclənmə? Hər nədisə çox da qozuma deyil
No comments:
Post a Comment