Nəhayət ki, qabığımı qırıb yeni insan çıxartmağı bacardım içimdən. Mənasız münasibətlər, təklikdən qorxma, intriqa sevdası, istədiklərinin olmaması isterikası, iş yerində narahatlıq, qayğılar, narsisti, dəlisi, dülüsü hər şeyin yekunlaşdığını görürəm, qəbul etmək mənə çətin gəlirdi. Amma artıq qəbul da etmişəm. Bunlarla əlaqəm get-gedə incəlib itdikcə içimdə qəribə boşluq əmələ gəlirdi. Bu boşluq məni qorxudurdu, çünki onlarla içimi doldurmağa öyrənmişəm. Üzülmədən, acı çəkmədən ağladığım anlar da oldu son zamanlar. Məyərsə adaptasiya imiş.
Niyabrdan əsası qoyulan depressiyadan çıxma anını deyəsən uğurla tamamladım. Əvəzində içimdə çiçəklər açacağını gözləyirdim. Amma əksinə oldu - artıq vicdan əzabı çəkmirəm. Bəlli ki, biraz qəddar olmuşam. Ya da qətiyyətli. Amma hər şeyin adını qoyan. Da, hər şeyin adını qoymaq həyatını işini asanlaşdıran əsas məsələlərdən biridir. Bunu etdikcə, fikirlərini ifadə etdikcə, özünü rahat izah etdikcə bir çox məsələ ortadan qalxır.
Yol aydınlanır sanki. Nəyin doğru, nəyin yalnış olduğunu görməyə başlayıram yavaş- yavaş. Çox az biraz qıcığım qalıb. Bir çox insanı tupoy hesab edirəm, çox az insanı sevirəm. Qalanı isə düzəlir şükür Allaha
No comments:
Post a Comment