Sunday, March 30, 2025
Ah Sevgilərim
Tuesday, March 25, 2025
Hüzur bəzən getməkdir
Sonra dedim gözəl qızım, hamıya yaranmağa çalışırsan özünü pis etməklə, bəsdir, boş ver. Özünə xidmət et biraz. Sonra çox emosiya yaşamadım. Nə pozitiv nə neqativ. Bunun yaxşı və ya pis olduğunu bilmirəm. Hətta uçuş boyunca dayanmadan yatdım, 8 saat gözləmədə də yatdım, heç kimi , heç nəyi düşünmədim.
Xülasə, mən uzun müddətdən sonra diqqət çəkməməyə meyl edirəm artıq. Kimisə istəmirəm, diqqətini, özüm üçün də darıxmıram. Bilmirəm nədir bu. Yunan dostum bildi Maltaya gələcəyimi o da gəldi. Onunla vaxt keçirəndən sonra otağıma girib, əşyalarımı otaqda yerləşdirmək bəlkə də, indiyə kimi səyahətimin ən gözəl anı idi mənim üçün. Özümün özümə ən güvənli liman olduğunu bilmək, ətrafdan ümidini kəsib özünə bağlanmaq yəqin ki, yaxşıdır.
Yağış yağır. Deyirəm dua edim. Əvvəl bir neçə xəyalım var idi - ana olmaq, xoşbəxt ailəm olsun, çox uğurlu və imkanlı həyatım olsun. Bunların heç birini diləmək də keçmir içimdən. Özümü söküb sanki yenidən yığıram. Bu biraz vaxt alacaq. Amma əsla depressiyada deyiləm, əksinə uzun müddətdən sonra əminliklə deyə bilərəm ki, sağalmışam artıq. Neçə ildən sonra ilk depressiv olmayan səyahətimdir şükür.
Həyat özü də bir səyahət deyilmi? Yola çıxırsan, sonra yolda təyinatın, istiqamətin, istəklərin, istəmədiklərin, təcrübələrin məlum olur. Mən çox inanıram ki, Allah mənə göstərəcək nəyin mənə lazım olub olmadığını. Hərşey yaxşıdır, daha da yaxşı olacaq! Şükür
Tuesday, March 18, 2025
Balamı üzüblər
Ənənəvi olaraq marta xas qıcıq halındayam. Daha əvvəlki, illərdə olduğu kimi. Hamını cırmaq istəyirəm. Hiss etdiyim fiziki sinirbozuculuqdan danışmaq istəmirəm amma hisslərimdən danışmaq və sakitləşmək istəyirəm -
İlk olaraq ondan başlayaq ki, hal-hazırda bir kafedə oturub yazıram. Kofe sifariş etmişəm, kofedən pox dadı gəlir. Sifariş etdiyim şirniyyatı da qaytardım.
Yaxşı moment - Hava möhtəşəmdir, uzun aylardan sonra üşüməməyə başlamışam, qəlbimdəki buzlar əriyir deyə hiss edirdim.
Pis hal - hərşeyi şəxsi qəbul edirəm, yanımdakı maşının başqasına siqnal verməsini də.
Yaxşı hal - həkimə getdim, müalicə yazdı yəni bir addım ataraq başlamışam artıq
Mülahizə - Adətən bu hal nə ilə bağlı olur?
1- Ya toksik münasibətdə olanda (ki, elə bir hal yoxdur deməli bu ehtimalı dringindores)
2- Böyük və yaxşı dəyişikliyin atanasında olanda
3- Çox yorulanda (amma niyə, həmişə energy saving mood-dayam)
Neyniyəcəyik -
-İnsanlarla münasibətdən qaç əgər cırmaq istəyirsənsə hamısını daha çox yük verəcək sənə.
-Dayanmadan özünü danlamaq moodundan çıx. Mən dəyərliyəm mooduna gir
-Özünə və başqalarına yüklənmə, yaradıcıllığa yüklən
-Nəfəs hərəkətləri et
-Simanı dringindores et
-Tətil yaxşı gələcək
-Səthi düşün, ya da heç düşünmə
-Səthi düşün ya da heç düşünmə
-Heç düşünmə!!!!
Sunday, March 2, 2025
Qadınlıq enerjisi
Hermes Kelly qara rəng istəyirəm. Bu ayrı! Amma bununla paralel qadınlıq enerjimdə baş verən qüsurlar üzərinə düşünürən son zamanlar. Zatən demişdim, beynim başım yerində deyil, hamı əsəbimə işləyir. Pulsuzam. Yüklənmişəm kredit kartıma, telefonum susur. Heç kim məni xoşbəxt etmək üçün fövqəlada vəziyyət elan etmir. Amma eyni zamanda "uf ya yazıq qız, necə çirkindir yəqin kompleks keçirir" dediyim qızlar isə mənə boyfriendlərindən aldıqları hədiyyələri göstərəndə paxıllıq, cındırlıq, götəşlik və sairə bu kimi bütün pis vərdişlərim ayaqlandı və mənə hücum etməyə başladı.
Keçmiş ərim heç olmasa qar yağanda başıma papaq taxıb, məni bürüyürdü. İndi pişiklərim belə ayağım donanda noskiləri gətirmir. Nəysə uzun-uzadı yazıb, ulaşmaq ola burda. Amma məqsəd özümü aşağı çəkmək deyil, tam əksinə birşeyin dəyişməsi üçün problemin nədə olduğunu aşkarlayıb onları dəyişmək yolunda irəliləməliyəm.
Əvvəl çox macəralar yaşayırdım, indi sankı oğraşametr var məndə. Götəşlərin yanında görünməz olmağı, uzaqlaşmağı ümumiyyətlə ünsiyyətə keçməməyi bacarıram. Off inşallah bu yaşlanmamla bağlı deyildir. Anyways, qadınlıq enerjimin yer sürüməsindən danışdırdım. Mənim qadınlıq enerjim maddiyyatla paralel hərəkət edir. Nə vaxt ki, pulum olmur özümü prius şoferi kimi hiss edirəm. İçimdəki ghetto narkomanı çıxır, hamıyla dalaşmaq istəyirəm. Pulum olanda isə yaxşı shopping edib, gözəlləşirəm. Pulum lap çox olanda isə gijdillaxski seanslara pul axıdıb özümü mister loba loba hiss edirəm.Bu aralar isə babat düşmüşəm. Kənarda köşedə nə qalıbsa sıyırmışam. Görəsən niyə belə olub, axı babat qazanıram.
Dərs 1- Maliyyə savadlılığını artır.
Sabah etibarilə xərclədiyin hər qəpiyinin hesabatını apar. Kənara da nəsə atmağı bacar.
Götəşkalardan uzaq olmağı bacarmaq bombadır. Buna görə Allaha minnətdaram. Amma bunun fonunda özümü tək və yalquzaq kimi hiss etmək pisdir. Məni qıtlıq psixologiyası salır. Deməli,
Dərs 2 - Özünü qınamaqdan əl çək
Быть осознанным это хорошо amma özünü dayanmadan question etmək də gijdillaxlıq əlamətidir. Hamı ölüb gedəcək, çox əylənən də, tək əylənən də. İnsanlar qrup halında bir yerdə olanda da ölə bilir, evdə tək başına, üzərindən günlər sonra ölmə xəbəri məlum olan adam da nəticədə ölmüş hesab olunur. Nəyə, kimə özünü sübut etməyə çalışırsan ki, pipiş?
Yaxşı şeylər olacağını hiss edirəm
Görəsən müdrikləşirəm yoxsa başım xarab olur? Nəysə, dedim axı özümüzü qınamırıq artıq, ona görə də yəqin ki, müdrikləşirəm.
Dərs 3- hamını qınamaqdan, əzişdirmək istəyindən əl çək. Əksinə sevgi ver. Dilə gətirməsən də.
Bugün işə gedəndə bir neçə nəfəri minib çapacağımın xəyalını qurararaq gedirdim. Sonra dedim, balaş dont do that. Ghetto uşağını çıxartma, sakitləş. Mən sənin bu eşşək balası halını çox da sevmirəm. Mənə ziyan verirsən. Odur ki, biraz sakitləşdim və gördüm ki, mümkündür. Xəyali düşmənlər yaradıram dayanmadan öz gerçək enerjimi basdırır bu. Ona görə amaan, sevgi verə bilməsəm də, pis şeyləri insanlar haqda düşünməməyi seçirəm.
Dərs 4 - Bu bu yaşımda üzləşdiyim ən çətin dərs idi amma deyəsən bacarıram - SƏBR ET
Özümü bildim biləli bir yerdə durmamışam. Atam məni uşaq olanda özüylə harasa aparanda 5 dəqiqə sonra məliyirdim ki, gedək burdan başqa yerə. Başqa yerə gedəndə, yenə mələyirdim. Koroçe that's my style. Bu da məndə daha sonra focus olma problemi yaratdı. İndi götümü qoyub bir yerə bir iş görə bilmirəm. Amma bunun da üstünə gedirik.
Bir neçə həftədir, saçımın uzunluğu məni narahat edir. Nə uzundur, nə qısa. Çirkin gəlir mənə, əvvəlki uzun saçlarımı istəyirəm. Daha feminin və gözəl hiss etdiyim o saçları. Düşündükcə daha pis hiss edirdim. Bugün yolda gedərkən, içimdən bir səs "Dooşan, səbr et. Sən indi toxum əkirsən. Birazdan bunun bəhrəsini görəcəksən dedi". Çox gözəl hiss idi. Başa düşdüm ki, saçım da uzanacaq, pulum da çoxalacaq, sevgim də artacaq. Hərşey düzələcək, indi hazırlıq mərhələsidir. Hərşeyin susması okdur. İlk dəfə idir ki, sabri daddım bəlkə də o an. Bunu həyat tərzinə çevirməyi öyrənməliyəm. Qatarın önündə qaçmamağı, öz zamanımı gözləməyi bacarmalıyam. Mən heç bunu etməmişəm, öz zamanımı gözləməyi.
Öz yaşıdlarımdan tez məktəbə getmişəm. Hamını yerinə düşünməyi seçmişəm. Universitet vaxtında qrupda birinci işləməyə mən başlamışam. İş yerində hamıdan cavan mən idim. Ərə getmək vaxtım gələndə, özüm seçmişəm. Uşaq istəmişəm, olmadıqca daha da aqqressivləşmişəm və sairə, və sairə.
Öz zamanımı gözləməliyəm və bu çox gözəldir.
Dərs 5- Çox ver, ən çox qadınlara ver (Sex mənasında deyil)
Mən qadınlara maddi və mənəvi kömək edəndə bunun qat və qat artığı mənə qayıdır. Həmişə buna fikir vermişəm. Çoxdandır insanlara üsyan zad məni bu bacarığımın qarşısını alıb. Amma bu mənim özümü yaxşı hiss etməyim üçün də bir vasitədir. Yenidən bu proqramıma qayıtmalıyam. Uzun müddətdir hədiyyə vermirəm, bunu bərpa etməliyəm.
Bugün martın 2-dir. Ramazanın da 2-ci günüdür. Bəzən kafir kimi davransam da, şeytanların zəncirləndiyini doğurdan da hiss edə bilirəm. Kaş ki, həmişə belə olsun.
Dedim axı, əlibol davranacam bundan sonra -
💜 Səni çox sevirəm
P.S. Hermes Kelly-in olacaq
YAS
16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...
-
Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu ...
-
Icimde bitmeyen yas var Onu yaxsi taniyiram Belke de menimle eyni vaxtda dogulub Icimde bir yas var Ölən de, aglayan da menem Olen her huce...