Sunday, March 30, 2025

Ah Sevgilərim

Romadayam, pizzamı yeyib qırmızı şərabımı içdikdən sonra cappucinomu yudumlarkən yazmaq qərarına gəldim. Çünki ölümsüzləşdirməkdən xoşum gəlir, çünki ölüm qorxusu məndə yüksəkdi yəqin. Hər şey bitib getmədən hekayələrdə yaşatmalı olduğunu düşünürəm. Həyatıma girən adamları, həyatımdan çıxan adamları çıxmadan bir rol verib, hərəsinə bir obrazda vəsf edərək birşeyləri ölümsüzləşdirməkdi məqsədim. Amma onların üzərinə verilən yükdən xəbərim olmadan. Mən bunu bu səfərimdə başa düşdüm. Beynimin içində yaşadığımı, hər şeyin beynimin məhsulu olduğunu və sözlər verdim. Beynimi rahat buraxmağı, beynin məsuliyyəti olanları düşünmək deyil, gələcəyi planlamaqdır. Və yaxud indiki zamanda məsuliyyətli addım atmaq. Keçmişi düşünməklə beynimi istismar etdiyimi də başa düşürəm. Bu yazını yazaraq bu söjbəti burda buraxıb beynimi susdurmaqdır məqsədim.

Bu mənim ən bomba tətilim oldu indiyə kimi. Amerika tətilindən sonrakı bütün tətillər narssistim haqda düşüncələrlə korlandığı üçün mən yaşamırdım sanki, heçnəyin keyfini də çıxara bilmirdim. Barcelona tətilim necə pox oldu, ya da hələ yeni başlayanda Milan tətilim və s. Bunlar çox gözəl təcrübə idi, niyə olduğu kimi qəbul etmirdim ki?

Mən İtalyanla evlənəcəm

Bura gəlmədən əvvəl də fikir var idi. Uzun zamandır da var. Bəlkə də Londonda tanış olduğum İtalyanla etdiyim gözəl paylaşımın sonunla belə qərara bgəlmişəm, bilmirəm amma məsələləri romantikləşdirmirəm artıq. Keçirəm macərama.

Maltaya qara dərili müğənni rəfiqəm də Belçikadan gəldi. Yunan dostum məni bişirməyi planlaşdırdığı üçün dinner üçün yer təşkil eləmişdi, Belçikalı podruqamı da götürüb getdim, yer bağlı idi. Burnuma ot iyi gəldi, tam yan məkanda biri çəkirdi. Başımı soxdum o məkana bir ada, çox balaca yerdə musiqi qoşub ot çəkirdi. Dedim atam burda neynirsən. Göz-qaş elədim, dedim sabah gələcəm danışaq.
Səhəri gün rəfiqəmlə bomj kimi onun küçə basketin etməsiylə mən də 1-2 saat onun yanında qaldım, sonra sıxıldım. Dedim gedirəm gəzməyə. Directly qaqaşın yanına getdim. 

İlk baxışda tanımadı məni, sonra söhbətləşdik. Adam yoga müəllimi idi. Sonra mən gecənin sonuna doğru yetimçələrimi dəvət etdim. Məkanın adının Rumi olduğunu görəndə dəhşətə gəldim, mən yerin adını bilmədən bura gəlmişdim. Koroçe tez çıxdım mən, məni yunanlı dostum səhərə qədər qaldı orda. Marko (italiyalı qaqaş) ona məndən xoşu gəldiyini dedi. Mən də səhəri gün son günüm olduğu üçün, Markodan aldığım romantik mesaj sonunda onun məkana getdim. Əlində birinici söz verdim ki, uçuş vaxtıma kimi yanında qalacam. Sonra istəmədim. Qorxdum və sadəcə getmək istədim. Amma biraz yeyişdim o ayrı.

Gözəl connetionun etksindəyəm, bu var düzdür. Amma hərşeyi romantikləşdirmək də ruhumda var be qızım. Amma buna artıq həvəsim yoxdur. Nə romantikləşdirməyə, nə də idarə etməyə.

Yaşadığım gözəl anlar üçün təşəkkür edib, yoluma davam etməyi öyrənməyin tam vaxtıdır. Artıq beynimin içində yaşamamağa söz vermişəm, oldu-bitdi orda da buraxıram. Çox sevinirəm ki, gözəl şeylər hər yaşda yaşana bilir. Çox sevinirəm ki, çox gözələm, həm ruhum həm bədənim. Bu tətildə buna şahid oldum. Başqa şeylər də öyrəndim.

Öyrəndiklərim

-Beynimdəki insanları tənqid edən  və ələ salan səsi söndürmək lazımdır. Bu mən deyiləm
-Qənaətə gəlmək üçün tələsməmək lazımdır (nə insan, nə məkan haqqında)
-Güvənməyi bacarmıram deyəsən
-Həyatımda bir adam olmasından qorxuram
-Kişilərdən isə həm qorxuram, həm də onları alçaltmaq istəyirəm ona görə həmişə özümə real adam yox oyuncaq axtarmışam
-Beynimin içində çox yaşayıram və bunu etdikcə anı yaşaya bilmirəm, ona görə bu vərdişimi tərgitməyi niyyət edirəm.
-Heçnəyi romantikləşdirmək istəmirəm.
-Balaca çemodanla səyahət etmək kayfdır
-Otel seçimini diqqətli etməliyəm daha

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...