İkinci pişiyim Simuzərlə heç cür könüldən bağlana bilmədik, o mənimlə, mən onunla xoşbəxt deyildim. Lakin, mən ondan daha şüurluydum (ən azından belə düşünürəm) ona görə, hər vəchlə özümü məcbur edirdim. Özümü onu sevməyə, onun məni sahibi kimi görməyinə məcbur edirdim, amma olmurdu, nəticədə onu göndərmək qərarı verdim. Əlbəttə ki, bunun fonunda beynimdə və ürəyimdə baş qaldıracaq vicdan fəryadlarının fərqində olaraq.
Sonra keçmiş ərimlə boşanma qərarı gəldi ağlıma. Əslində bu qərara addım atmaq üçün ən böyük motivasiyam bu söz idi "Sənə də, özümə də başqa cür yaşamaq üçün 2-ci şans verirəm".
Nəticə etibariylə keçmiş ərim mənsiz necə xoşbəxtdirsə yeni həyatda, Sima da belə xoşbəxtdir yeni həyatında.
Mənə gəldikdə isə, mən Snupa yenidən aşiq oldum. Bəzən o və balaca qardaşım qızı içimdəki sevgini doldurmağa yetir. Çünki, məndən şüurlu şəkildə heç nə gözləmirlər. Mənim insanlara sevgim isə ən az onların mənə sevgisi qədər kirli ola bilir.
İçimdəki qətliam bitib, silahları yerə qoyub bütün səslər. Xəstələnmişəm, amma bu xəstəlik belə mənə hüzur verir. Sanki, ölmüşəm və hüzuru dadıram kimi bir qəribə rahatlıq var içimdə. Xəyalımda hərşeyimi satıb getmişəm dünya səyahətinə. İndi artıq Hindistandayam (ən sevmədiyim ölkələrdən biri) və mən ora da bağlanmışam. Hər gün yeni insanlarla tanış oluram. Və bu yeni insanlar mənim simamda olur. Tanrıyla qəribə bi bağlantı yaranıb aramda sanki.
Çox qəribəyəm, sevgi doluyam, ya da bilmirəm bəlkə hissizəm və ya hüzurluyam. Dünən Snupu kostyumda təsəvvür etdim çəkdim. Sanki onda özümü gördüm, məmur standartlarına girən pişik. Tam da mənim kimi💜
Ən maraqlısı, həyatımdan keçən insanları girib-çıxdıqları üçün danlamıram heç, əksinə hər birinin bir nüansını özümə saxlamışam bunu görürəm. Buna görə onlara sonsuz minnətdaram. Amma ən çox bu həyata minnətdaram. Necə həvəslə zibilə atmağa tələsirdim daha əvvəl. Bir insanın mənə davra formasından asılı olarq həyatımı bitirmə istəyinə asanlıqla qapıla bildiyim ağlıma gəlincə bu versiyaya necə gəldiyimə sadəcə heyrətlənib Allaha aşiq oluram. Çox şükür!
No comments:
Post a Comment